Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-144/2025 23.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyana görə 500 (beş yüz) manat məbləğində pulun reqres qaydasında Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmə icraatında olan zaman iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr çağırışında Astara rayon çağırış komissiyasının tərkibinə cəlb olunmuş həkim mütəxəssislərin səhv rəyi əsasında X9 barəsində müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında qərar qəbul edilərək ümumi əsaslarla həqiqi hərbi xidmətə göndərilmiş, müəyyən müddət xidmət etdikdən sonra o, 26 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Anadangəlmə hiperqonadotropik hipoqanadizm, funksiyanın mülayim dərəcədə pozulması, anadangəlmə inkişaf qüsuru, sağtərəfli kriptorxizm, abdominal forma, ümumi xəstəlikdir” diaqnozu təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “b”, 80 “c” maddələrinin İİ-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. Astara rayonu üzrə Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın təşkil edilməsi barədə Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti başçısımın 26 sentyabr 2017-ci il tarixli 111 nömrəli Sərəncamı ilə Cavabdeh hərbi həkim komissiyasının sədri təyin olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Astara rayon çağırış komissiyasının tərkibinə cəlb olunmuş həkim mütəxəssislərin verdiyi yalnış rəy nəticəsində X9 2017-ci ilin oktyabr çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış və onun qanunla qorunan hüquq və mənafelərinə zərər vurulmuşdur. X9 2023-cü il ildə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-790/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti) Astara rayon şöbəsindən dəymiş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində kompensasiya tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndi (məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir) nəzərə alınmaqla Dövlət Xidməti tərəfindən icra olunmuş və bunula da həkim Cavabdeh tərəfindən X9 barəsində verdiyi yalnış rəy nəticəsində Dövlət Xidmətinə ümumilikdə 500 (beş yüz) manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaların rəhbər tutaraq Cavabdeh adı çəkilən şəxs barəsində verdiyi yalnış rəy nəticəsində Dövlət Xidmətinə dəymiş zərəri 1 (bir) ay müddətində təqdim olunmuş bank hesabına ödənilməsinə dair məktub ünvanlanmışdır. Lakin 1 (bir) aydan çox müddətin keçməsinə baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməmişdir. Cavabdeh reqres qaydasında Dövlət Xidmətinin xeyrinə dəymiş ziyana görə 500 (beş yüz) manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-790/2023 nömrəli qərarından görünür ki, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsindən iddiaçı X6 xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qərara alınmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-790/2023 nömrəli qərarının təsviri hissəsindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə xx.xx.2023-cü il tarixli 3-3-7/2-30-3233/878 nömrəli məktub ünvanlamış və həmin məktubda göstərmişdir ki, Astara rayonu, Siyəkü kənd sakini vət. X1 övladı X6 xəstəliklə ehtiyata buraxılması barədə müraciəti əsasında Respublika Hərbi Prokurorluğunda araşdırma aparılmış və material üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın surəti HP-5/1481/223 xx.xx.2020-ci il tarixli məktubla vətəndaşa göndərilməklə Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olması izah edilmiş, lakin hazırki tarixədək qərardan şikayət verilməmişdir. İşdə materialında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən Cavabdeh rəsmi məktub ünvanlayaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Astara rayon şöbəsindən dəymiş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində konpensasiya tutularaq iddiaçı X7 ödənildiyindən Xidmətə ümumilikdə 500 (beş yüz) manat məbləğində dəymiş zərərin Cavabdeh ödənilməsi tələb edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli № 3-43/2-1828/2024 nömrəli etibarnamədən müəyyən olunur ki, etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi X4 etibar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-144/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-144/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver