Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1785/2025 28.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndələri və vəkilləri Nümayəndə Cavabdeh qarşı naturada bölünmə və ya hərracdan satılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndələri və vəkilləri Nümayəndə Cavabdeh qarşı naturada bölünmə və ya hərracdan satılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndələri və vəkilləri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edildiyi üçün, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin onlara qaytarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndələri və vəkilləri Nümayəndə Cavabdeh qarşı naturada bölünmə və ya hərracdan satılma tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-1785/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndələri və vəkilləri Nümayəndə Cavabdeh qarşı naturada bölünmə və ya hərracdan satılma tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1785/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1785/2025
28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver