Məhkəmə qərarları › İş №e-2(018)-331/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-331/2024

05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-331/2024 05.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X21 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Astara Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 5.525 manat vəsaitin, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6.611 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 1363 manat dəyərində bir ədəd “Hisensi 4 *k*Curved*TV*-49 3te49g1733i201g5d110012 serial kodlu markalı televizoru 12 ay müddətinə, aylıq ödəniş 114 manat olmaqla X1. Eyni tarixli, 000419 nömrəli zaminlik müqaviləsinə əsasən X5 borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 3250 manat məbləğində bir ədəd “Samsung WW-65K-52E-69S-(6.5*KQ) 007M5LWN 900969” serial kodlu, 1 ədəd “Eurolux RF-400-HNF-2BG*(60SM/185) Erlza9d **********04220122 serial kodlu markalı paltaryuyanı və soyuducunu 24 ay müddətinə, aylıq 136 manat ödənilməklə İddiaçı satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X10 16 mart 2021ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan İddiaçı öhdəliklərinə zamin durmuşdur. 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 7470 manat məbləğində bir ədəd sep əyarı 585, ümumi çəkisi 7.90 qram, 1 ədəd qolbaq-nal əyarı 585, ümumi çəkisi 12.80 qram, 1 ədəd sırğa-halqa əyarı 585, ümumi çəkisi 5.20 qram, 1 ədəd üzük dördkünc ağ qaş əyarı 585, ümumi çəkisi 2.70 qram, 1 ədəd qolbaq tifanny əyarı 585, ümumi çəkisi 9.70 qram olan malı 18 ay müddətinə, hər ay 415 manat ödənilməklə X1. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X8 06 aprel 2021ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan İlahə Novruzovanın öhdəlikləri üzrə zamin durmuşdur. 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 6090 manat məbləğində bir ədəd üzük əyarı 750, ümumiçəkisi 4.40 qram, 1ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 4.31 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 8.70 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 254 manat ödənilməklə X2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan X11 öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 4570 manat məbləğində bir ədəd qolbaq-gözmuncuq əyarı 585, ümumi çəkisi 8.40 qram, 1 ədəd üzük-qadın əyarı 750, ümumiçəkisi 4.30 qram, 1 ədəd sırğa əyarı 585, ümumi çəkisi 4.80 qram, 1 ədəd sep-ağac əyarı 585, ümumi çəkisi 3.40 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 191 manat ödənilməklə, hər cari ayın 30-u tarixinədək ödənilməsi şərtilə İddiaçı satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X10 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı satqı müqaviləsi üzrə İddiaçı öhdəlikləri üzrə zamin durmuşdur. Prestij Home MMC iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X16 və X3 cəmi 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X16 və X4 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 16340 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə 7552 manat, 50 qəpik və 206 manat dövlət rüsumu olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X15 ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X16 və X3 borc-610 manat, cərimə 362 manat, 80 qəpik, gecikmə 60 gün olmaqla, cəmi ödəniləcək məbləğ 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 borc-2900 manat, cərimə 2505 manat, gecikmə 86 gün olmaqla, cəmi ödəniləcək məbləğ 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə X16 və X4 borc- 4150 manat, cərimə 3735 manat, gecikmə 90 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəlimüqavilə üzrə cavabdeh İddiaçı borc- 5836 manat,cərimə 10504 manat, gecikmə 180 gün olmaqla, cəmi ödəniləcək məbləğ 16340,80 manat, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə borc 3950 manat, cərimə 3602,50 manat, gecikmə 92 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7552,50 manat olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X15 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Prestij Home MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər X16 və X3 müştərək qaydada 610 (altı yüz on) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat qalıq borcun, 1000 (bir min) manat cərimə borcunun, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə cavabdehlər X16 və X4 müştərək qaydada 4150 (dörd min bir yüz əlli) manat qalıq borcun, 1400 (bir min dörd yüz) manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı 5836 (beş min səkkiz yüz otuzaltı) manat qalıq borcun, 3500 (üç min beş yüz) manat cərimə borcunun,16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat qalıq borcun, 1300 (bir min üç yüz) manat cərimə borcu məbləğində pulun iddiaçı Prestij Home MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 (biryüz əlli) manat hissəsinin cavabdehlər X5, İddiaçı, Baxşiyev MəhrəməliYavər oğlu, X16 və X4 müştərək qaydada alınaraq iddiaçı Prestij Home MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin (X24) 2(106)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmiş, iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilməsi və İddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı "xxxx" MMC ilə bağlanılan müqavilələr üzrə qətnamədə qeyd edilən məbləğlərdən daha artıq məbləğ ödəmişdir. Belə ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi Cavabdeh məxsus 5310 4637 3119 9216 nömrəli Nikoyl bank kartı hesabına "xxxx" ASC vasitəsilə 4756.0 manat məbləğində pul vəsaiti, eManat ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə isə 769 manat, ümumilikdə 5525 manat ödəniş etmişdir. Ödənişlər İddiaçı məxsus 540408......5723 nömrəli, 416973......7525 nömrəli kart hesablarından və milli ön aparatından ödənilmişdir. Buna səbəb isə iddiaçı hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşadığı üçün, yalnız ilin müəyyən vaxtlarında Astara rayonuna getdiyi üçün müqavilə bağlanan zaman MMC-nin təsisçisi Cavabdeh iddiaçıya Astara rayonuna gələn zaman müqavilə üzrə ödənişləri nağd formada, Astara rayonuna gələ bilmədikdə isə Cavabdeh məxsus karta və hesaba müqavilə üzrə ödənişləri edə biləcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ona məxsus 168566, Pin kod xxxxxxx nömrəli “Yelobank”-dakı hesabı və **********1199216 nömrəli “Nikoylbank”dakı kart hesabını iddiaçıya vermişdir. İddiaçı isə Astara rayonuna gedən zaman ödənişləri nağd qaydada, qalan vaxtlarda isə MMC-nin təsisçisi olmuş Cavabdeh məxsus kart hesabına və “Yelobank”-dakı hesabına ödənişlər etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 5310 4367 3119 9216 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa eManat ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin, ümumilikdə 769 manat təşkil etdiyi müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin (X24) Mülki Kollegiyası 2(106)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədə qeyd edir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlər borc hesabına silindiyi müəyyən edilmir. Ona görə həmin ödənişlərin borca silinmədiyi halda İddiaçı həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır. Göründüyü kimi məhkəmə öz qətnaməsi ilə təsdiq etmişdir ki, İddiaçı tərəfindən əlavə ödənişlər edilmişdir. Lakin, İddiaçı tərəfindən qeyd edilən karta və hesaba edilən ödənişlərin müqavilə üzrə "xxxx" MMC-yə ödənildiyi öz təsdiqini tapmadığı üçün həmin borcdan çıxılmamışdır. Lakin, qeyd etdiyi kimi həmin ödənişlərin iddiaçı tərəfindən edildiyi öz təsdiqini məhkəmə qətnaməsi ilə tapdığı üçün məhkəmə iddiaçının Cavabdeh tələb etmək hüququnu tanımışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 5.525 manat vəsaitin, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6.611 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə elektron ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq, iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının, vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı qaldırılmış iddia tələbini rədd edərək izahatında bildirdi ki, İddiaçı tərəfindən 5310 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə ümumilikdə 4756.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa e-Manat ödəniş üsuli ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsi ilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlər ümumilikdə 769 manat təşkil edir. İddiaçı həmin məbləğləri birdəfəlik və təkcə özünün borcuna görə deyil, həmdə "xxxx" MMC-də nisyə mal götürmüş qohumlarının borcunuda 5310 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə ödənilməsini təmin etmişdir. Yəni hər ay qohumlarının borclarıda nəzərə almaqla pul ödəmişdir. Ödənilmiş pul məbləğləri konkret müqavilə və şəxslərə görə ödənilməmişdir. Həmin ödənilmiş pul məbləğləri "xxxx" MMC tərəfindən borclu olan şəxslərin adına sənədlər tərtib edilmişdir. Bunları ekspertiza rəyləri və 2(106) 140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilir. Belə ki, qətnamədən və ekspert rəyindən görünür ki, həmin tarixli ödənişlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş kassa mədaxil orderləri və ödənişləri özündə əks etdirən cədvəl məlumatlarında öz əksinin tapdığı müəyyən edilmişdir. Tərtib edilmiş mədaxil orderlərinə görə 5310 4367 3119 9216 bank kartı hesabına "xxxx" ASC vasitəsi ilə daxil olmuş 4756.0 manat pul vəsaiti 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli,000450 nömrəli, 16 mart 2021 nömrəli müqavilələr üzrə və digər müqavilər üzrə borca hesablanmışdır. Bunları həmin müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlləridə təsdiq edir. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021 nömrəli müqavilələr üzrə İddiaçı başqa, həmin müqavilər üzrə borclu olan şəxslər tərəfindən "xxxx" MMC-nin hesabına pul vəsaiti köçürülməsini təsdiq edən heç bir sənəd və sübut yoxdur. İddiaçı başqa həmin müqavilələr üzrə ödəniş edilməsinə dair sənəd və sübut məhkəməyə təqdim edilsə,həmin tələb olunan məbləğinin məndən tələb edilməsi qanuni hesab edilə bilər. Bunlara görədə Mülki Məcəllənin 1091-ci maddəsinin ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Belə ki, o "xxxx" MMC-nin təsisçilərindən biridir. Bunlar da hərəkətlərin qanuniliyini təsdiq edir. Bunlara əsasən "Prestij Home” MMC-də nisyə mal götürmüş qohumlarının borcunu da 5310 4367 3119 9216 bank kartı e-Manat ödəniş üsuli ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, "xxxx" ASC vasitəsi ilə daxil olmuş 4756.0 manat pul vəsaiti və e-Manat ödəniş üsuli ilə bankomat vasitəsilə edilmiş ödənişlərin bir dəfəlik və ya hissə-hissə olmasını dəqiqləşdirilməsi tələb olunur. Bunları Bank məlumatı əsasında dəqiqləşdirilmək olar. Göstərilənləri nəzərə alıb iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izhatını dinləyib dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır.

1. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Prestij Home MMC-nin cavabdehlər X5, İddiaçı, X12, X16 və X7 qarşı «müqavilə üzrə borcun və dövlət rüsumunun ödənilməsinə dair» iddiası qismən təmin olunsun. 24 avqust 2021-cı il tarixli, 000419 nömrəli müqaviləsi üzrə cavabdehlər X16 və X3 müştərək qaydada 610 (altı yüz on) manat qalıq borcu, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqaviləsi üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat qalıq borcu, 1000 (min) manat cərimə borcu, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqaviləsi üzrə cavabdehlər X16 və X4 müştərək qaydada 4150 (dörd min bir yüz əlli) manat qalıq borcu, 1400 (bir min dörd yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqaviləsi üzrə cavabdehlər İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat, 3500 (üç min beş yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqaviləsi üzrə İddiaçı və X6 müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat qalıq borcu, 1300 (bir min üç yüz) manat cərimə borcu məbləğində pul iddiaçı Prestij Home MMC-yə verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsiin 29 avqust 2023-cü il tarixli 2(106)-140/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC" ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilmişdir. İddia mübahisələndirilən hissədə qismən təmin edilmişdir. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilməsi qət edilmişdir. İddia qalan mübahisələndirilən hissədə təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(102)- 202/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsiin 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Şirvan Apellyasiya Məhkəməsiin 29 avqust 2023-cü il tarixli, 2(106)-140/2023 saylı qətnaməsi ilə İddiaçı və X6 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdeh İddiaçı 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə İddiaçı və X6 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi kassasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda da həmin qətnamələrlə müəyyən edilən pul vəsaitlərindən başqa hər-hansı pulun İddiaçı tərəfindən Cavabdeh artıq ödənildiyi müəyyən olunmur. Əsassız varlanma ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsində olan normalar: Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəəyn edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı əsassız varlama ilə bağlı tələbinin maddi və prosessual əsaslarının olmadığını, tərəflər arasında bu işlə bağlı qanuni qüvvədə olan məhkəmə aktlarının olmasını, həmin iş üzrə çıxarılmış apellyasiya məhkəməsinin qətnaməsinin hazırda da icra mərhələsində olmasını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü madələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı 5.525 manat vəsaitin, 500 manat vəkilə ödənilmiş xidmət haqqının, 500 manat nəqliyyat xərcinin və iddianın verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, cəmi 6.611 manat vəsaitin barədə iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilməsin. Məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar