Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-345/2025 08.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə və digər nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı ilə X18 və İddiaçı ümumbirgə mülkiyyətinə verilmiş (Torpağın mülkiyyətə verilməsinə dair JN-443A (kod ********) saylı şəhadətnamə ilə) 0.24 ha torpaq sahəsindən ona düşən 0.12 ha payın müəyyən edilməsi və həmin payın naturada bölünərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş və hal-hazırda da həmin ünvanda yaşayır. X18 onun atası, X2 isə anasıdır. Onlar el adəti ilə ailə qurub evlənmişlər və bu nikahı xx.xx.1945-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahlarından 11 övladı-Səmid, Qərib, Leyla, Yusif, Şani, Rəhimə, Qəni, Şəmsulla, Hüseyn, Əli və Məhərrəməli dünyaya gəlmişdir. Məhərrəməli xx.xx.2018-ci il tarixdə vəfat etmişdir (arayışları iddia ərizəsinə əlavə edir). Atası xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Yuxarıda adları qeyd olunan övladlar hamısı mərhumun vərəsələridir (bu barədə olan arayışı iddia ərizəsinə əlavə edir). Torpağın mülkiyyətə verilməsinə dair JN-443A (kod ********) saylı şəhadətnamədən görünür ki, Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı ilə 0.24 ha torpaq sahəsi X18 və İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən fərdi yaşayış evi tikilmiş və hal-hazırda da o həmin evdə yaşayır. Qardaşı Cavabdeh özünü yeganə vərəsə hesab edərək həm atasının payına düşən 0.12 ha torpaq sahəsindən həm də, ona düşən 0.12 ha torpaq sahəsindən istifadə edir və ona mülkiyyətçi kimi torpağından istifadə etməyə maneçilik törədir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi sözügedən torpaq sahəsindən ona düşən payın ayrılması və naturada bölünməsidir. Çünki, cavabdeh elə zənn edir ki, 0.24 ha torpaq sahəsi ona məxsusdur. Həmçinin torpaq sahəsi natura qaydasında bölünərkən fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin ona natura qaydasında ayrılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, mütəxəssis rəyi ilə razı olmadığını, ayrılması mümkün olan torpaq sahəsinin sənəd üzərindəki sahəsindən az olsa belə naturada ayrılmasına iddiaçının razı olduğunun nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materialında olan “JN-443A, KOD 80100018 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının qərarı ilə 0,24 ha torpaq sahəsi ailə üzvləri Yusifova X23 olmaqla X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 745 saylı arayışdan görünür ki, X18 xx.xx.1998-ci ildə vəfat etmiş və onun X12, İddiaçı, X13, X14, X15, X5, X16, Cavabdeh, X19, X6, X9 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X17 xx.xx.1957-ci ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X10 xx.xx.1960-cı ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X19 xx.xx.1962-ci ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X6 xx.xx.1964-cü ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X12 xx.xx.1966-cı ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.1969-cu ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, atası X18, anası X1r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2248/2025 saylı mütəxəssis rəyindən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN- 443A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X8 və İddiaçı mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyətinin faktiki istifadə vəziyyətinə uyğun gəlməməsi, torpaq sahəsinə faktiki vəziyyətdə yalnız bir tərəfdən gediş-gəliş yolunun mövcud olması və həmçinin torpaq sahəsi üzərində tərəflərə məxsus fərdi yaşayış evlərinin və köməkçi tikililərin olması səbəbindən həmin 0,24 ha torpaq sahəsindən 0,12 ha payın naturada ayrılmasının mümükün olub-olmamasının müəyyənləşdirməsinin mütəxəssisin imkanı xaricində olduğu qeyd edilmiş, əlavə olaraq iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun (sənəd ölçüsü nəzərə alınmaqla) sxematik bölgü planının (mümkün olduğu təqdirdə) rəyə əlavə edilmiş yerquluşu planında göstərildiyi qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2025-ci il tarixli, 10/5166 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2-2248/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-443A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X8 və İddiaçı mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyətinin faktiki istifadə vəziyyətinə uyğun gəlməməsi, torpaq sahəsinə faktiki vəziyyətdə yalnız bir tərəfdən gediş-gəliş yolunun mövcud olması və həmçinin torpaq sahəsi üzərində tərəflərə məxsus fərdi yaşayış evlərinin və köməkçi tikililərin olması səbəbindən həmin 0,24 ha torpaq sahəsindən 0,12 ha payın naturada ayrılması barədə tədqiqat aparmağın mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı, yəni ümumi mülkiyyətin mülkiyyətçisi payının müəyyən edilməsini və naturada bölünməsini istəyir. Torpaq sahəsinin sənəd üzrə vəziyyətinin faktiki istifadə vəziyyətinə uyğun gəlməməsi, torpaq sahəsinə faktiki vəziyyətdə yalnız bir tərəfdən gediş-gəliş yolunun mövcud olması və həmçinin torpaq sahəsi üzərində tərəflərə məxsus fərdi yaşayış evlərinin və köməkçi tikililərin olması səbəbindən həmin 0,24 ha torpaq sahəsindən 0,12 ha payın naturada ayrılmasının mümkünlüyü ekspert tərəfindən müəyyənləşdirilə bilməmişdir. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia tələbi payın müəyyən edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla ideal bölgüsü həyata keçirilmılidir. İş materiallarından da göründüyü kimi, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə ilə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,24 ha torpaq sahəsi iddiaçı və onun hazırda vəfat etmiş atasının ümumi mülkiyyətinə verilmiş, bu zaman hər ikisinin adları qeyd edilsədə paylar müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən isə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır və iddiaçının mübahisəli 0,24 ha torpaq sahəsi üzərində 1/2 hissə olmaqla payı müəyyən edilməlidir. Məhkəmə iddianın payın naturada bölünməsi hissəsində hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, nə iddiaçı, nə də cavabdeh, ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsinin sənəd üzrə vəziyyəti faktiki istifadə vəziyyətinə uyğun gəlmir, torpaq sahəsinə faktiki vəziyyətdə yalnız bir tərəfdən gediş-gəliş yolunun mövcuddur və torpaq sahəsi üzərində tərəflərə məxsus fərdi yaşayış evləri və köməkçi tikililər mövcuddur həmin torpaq sahəsindən iddiaçıya məxsus torpaq sahəsinin naturada ayrılması və ya torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. İddia tələbi həmin hissədə təmin edilməməlidir. Əlavə olaraq, məhkəmə iddiaçının nümayəndəsinin iddiaçının payı azaldılmaqla ekspert və mütəxəssis rəyinə uyğun mümkün variantda bölünməsinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq torpaq sahəsinin sənəd üzrə sərhədləri, koordinatları və konfiqurasiyaları nəzərə alınmaqla payın sahəsinin azaldılmaqla naturada ayrılması üçün öncə tərəflərin razılaşması, bu mümkün olmadıqda isə məhkəmə qaydasında ayrılması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə DƏDRX üçün Çıxarışın verilməsi vəzifəsini yaratmadan payın dövlət reyestrində qeydə alınması üçün əsas sayılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə JN-443A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətdə olan Ərçivan qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin mülkiyyətçilərindən – İddiaçı payı 1/2 hissə olmaqla müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsumun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülsün. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra payın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-345/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-345/2025
08.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver