Məhkəmə qərarları › İş №e-2(019)-1002/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1002/2024

03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1002/2024 03.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış 02 aprel 2019-cu il tarixli ZT-163/19 nömrəli Zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış 02 aprel 2019-cu il tarixli ZT-163/19 nömrəli Zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatının ünvanı olaraq ünvan 1 cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatının Baş ofisinin ünvanı ünvan 2dəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən hüquq normalarının tələbinə görə İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə onun ünvanının olduğu, ünvan 3ə bilər. Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə gorə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, aidiyyət qaydaları pozulmaqla verildiyinə görə İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Həmçinin ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, ümumi qaydada iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153 və 268.1ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı cavabdeh “Aqrarkredit ” Bank Olmayan Kredit Təşkilatına qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilir ki, ümumi qaydada iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar