Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1012/2023 27.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi -vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN 1405 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.22 ha torpaq sahəsinin 5/6 hissəsinin birlikdə saxlanmaqla naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi - vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması dövründə iddia ərizəsinə əlavə verərək ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN 1405 KOD40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.22 ha torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı4, İddiaçı1,İddiaçı3 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, onlar ünvan 1i ünvanında yaşayırlar. Cavabdehlə qohumluq münasibətləri vardır. Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2002-ci il tarixli 09 nömrəli qərarı ilə X3, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1405 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 1405F planşet nömrəsində göstərilən 2314.58 kvm torpaq sahəsi kənddaxili ərazidən, 1405A planşet nömrəsində göstərilən 9899.97 kvm torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. Hazırda cavabdeh torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edir. Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özlərinin paylarının ayrılmasını və ona sahib olmalarını istəyirlər. Buna görə də Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1405 KOD 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2002-ci il tarixli 09 saylı qərarı ilə ünvan 1i ərazisindən X1, İddiaçı4, İddiaçı1 Vəlihacı qızının, İddiaçı3,İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə 1.22 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2002-ci il tarixli 09 saylı qərarı ilə ünvan 1i ərazisindən X1, İddiaçı4, İddiaçı1 Vəlihacı qızının, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə 1.22 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdeh isə torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirərək, mübahisəli 1.22 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2002-ci il tarixli 09 saylı qərarı ilə X1, İddiaçı4, İddiaçı1 Vəlihacı qızının, İddiaçı3,İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilməsini, iddiaçıların torpaq sahələrindən öz paylarının müəyyən edilməsini istəmələrini, bununla bağlı onlarla cavabdeh arasında mübahisə olmasını, mülki qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia təmin edilməli, iddiaçılar İddiaçı4,İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan,ünvan 1i ünvanında yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılar İddiaçı4 1/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı3 1/6 hissə, İddiaçı2 1/6 hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rusumu xərci Cavabdeh alınıb dövlət rüsumunu ödəmiş İddiaçı1 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı4 1/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı3 1/6 hissə, İddiaçı2 1/6 hissə payları müəyyən edilsin. 100 manat dövlət rusumu xərci Cavabdeh alınıb İddiaçı1 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1012/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1012/2023
27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver