Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1027/2021 08.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 2671 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2641 (iki min altı yüz qırx bir manat) manat oğurluq hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 2671 (iki min altı yüz yetmiş bir manat) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.12.2020-ci il tarixdə Balakən rayonu, H.Əliyev prospekti Bayraq meydanında yerləşən telefon mağazasında baş vermiş oğurluq hadisəsi nəticəsində Cavabdeh tərəfindən "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC-yə məxsus İD 1806 saylı 1 ədəd "E-manat" ödəmə terminalı sındırılmış, həmin terminala 1241 ( bir min iki yüz qırx bir) manat zərər dəymiş, həmçinin, terminalın daxilində olan 5427 (beş min dörd yüz iyirmi yeddi) manat pul vəsaiti oğurlanmışdır. Həmin oğurluq hadisəsi ilə bağlı Cavabdeh barəsində Balakən RPŞ-də ********* saylı 09 yanvar 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Balakən Rayon Məhkəməsinin 1(019)-29/2021 saylı 08.06.2021-ci il tarixli hökmü ilə Cavabdeh cinayət hadisəsinin baş verməsində təqsirli bilinmişdir.Beləliklə, yuxarıda göstərilmiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 6668 manat məbləğində maddi zərər dəymişdir. PİC ******* 949 saylı sığorta şəhadətnaməsinə, 16 avqust 2021-ci il tarixli ƏS 21007 saylı Sığorta ödənişi aktına əsasən “Meqa Sığorta" ASC tərəfindən "xxxx" MMC-yə 2641 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunan oğurluq əməlində təqsirli bilinən Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək göstərdi ki, 21 dekabr 2020-ci il tarixdə, saat 04 radələrində X1 icarə əsasında işlətdiyi Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Teyyub Elektronika” mağazasının tavanını əvvəlcədən özü ilə gətirdiyi dəmir mismarçıxaranla və əlləri ilə uçurub, saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq, orada olan "xxxx" MMC şirkətinə məxsus saxlanc yeri olan “E-Manat” ödəmə terminalını qeyd olunan dəmir mismarçıxaranla sındırıb, içərisində olan 1 ədəd 120 manat dəyərində pul qabını (kaset) oğurlayaraq, Balakən şəhəri ərazisindən keçən Balakən çayına aparıb, orada olan iri daşlardan istifadə edib, sındıraraq, içərisindən 5427 (beş min dörd yüz iyirmi yeddi) manat məbləğində pulları götürmüşdür. Bu və digər oğurluq əməllərinə görə o,Balakən Rayon Məhkəməsinin 1(019)-29/2021 saylı 08.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş,ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, hazırda da cəza çəkir.Onun həmin pulu ödəmək imkanı yoxdur. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16.08.2021-ci il tarixli 21007 nömrəli sığorta ödənişi aktından görünür ki, 16 avqust 2021-ci il tarixli ƏS 21007 saylı Sığorta ödənişi aktına əsasən “Meqa Sığorta" ASC tərəfindən "xxxx" MMC-yə 2641 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi üzrə 29.12.2020-ci il tarixli qüsur aktından görünür ki, "xxxx" MMC-yə 1241 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə 29.12.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-yə məxsus İD nömrəsi1806 olan ödəmə terminalında 5427 manat məbləğində pul olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli 1(019)-2/2021 nömrəli hökmün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu cəzaya Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrilə təqsirli bilənərək, qəti olaraq təyin olunmuş 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbləri qaydasında azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablandığı 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X2 Cəmiyyəti tərəfindən 06 may 2021ci il tarixdə "xxxx" ASC-nin idarə Heyətinin sədri Sevinc Gülmalıyevaya ünvanlanmış 003/RB-21-0808 nömrəli məktubdan görünür ki, 21 dekabr 2020-ci il tarixində Balakən rayonu Heydər Əliyev pr. Bayraq meydanına yaxın “telefon mağazasın”da baş vermiş oğurluq hadisəsi nəticəsində İD1806 nömrəli terminaldan 5427.00 manat məbləğində pul vəsaiti oğurlanmış və terminala 1241.00 manat məbləğində maddi zərər vurulmuşdur. Müqavilə şərtlərinin tələblərini nəzərə alaraq baş vermiş hadisədə dəymiş zərərə (6668 manat) görə hesablanmış 2641.00 ( iki min altı yüz qırx bir) manat sığorta ödənişini bank hesabına ödənilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 21.12.2020-ci il tarixdə Balakən rayonu, H.Əliyev prospekti Bayraq meydanında yerləşən telefon mağazasındakı "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC-yə məxsus İD 1806 saylı 1 ədəd "E-manat" ödəmə terminalını sındırmış, həmin terminala 1241 ( bir min iki yüz qırx bir) manat zərər dəymiş, həmçinin, terminalın daxilində olan 5427 (beş min dörd yüz iyirmi yeddi) manat pul vəsaiti onun tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsi ilə bağlı Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, hazırda da cəza çəkir.Oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 6668 manat məbləğində maddi zərər dəymişdir. PİC ******* 949 saylı sığorta şəhadətnaməsinə, 16 avqust 2021-ci il tarixli ƏS 21007 saylı Sığorta ödənişi aktına əsasən “Meqa Sığorta" ASC tərəfindən "xxxx" MMC-yə 2641 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, «zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsı sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir . «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərər üçün ödənmiş sığorta ödənişinə görə 2641(iki min altı yüz qırx bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat alınıb "xxxx" ASC-nin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərər üçün ödənmiş sığorta ödənişinə görə 2641 (iki min altı yüz qırx bir) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci, cəmi 2671 (iki min altı yüz yetmiş bir) manat alınıb "xxxx" ASC-nin xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1027/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1027/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver