Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-106/2025 11.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili, eyni zamanda İddiaçı1 nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 Ziyaviddin oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində pulun və 120 manat dövlət rüsumunun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 Ziyavədin oğlunun vəkili (nümayəndə) Nümayəndə1 iddianın dəqiqləşdirlməsi barədə məhkəməyə ərizə verərək Balakən rayonu Qazma kəndində yerləşən 993 nömrə ilə İddiaçı1 adına inventar qeydiyyatına alınmış fərdi yaşayış evininin texniki pasportuna əsasən 2004-cü ildə iddiaçılar tərəfindən inşa edilmiş 1 mərtəbəli, iki otaqlı, ümumi sahəsi 44 kv/m-dən ibarət fərdi yaşayış evinin dəyəri olan 10000 (on min) manat məbləbğində pulun və 120 manat dövlət rüsumunun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandılrmışlar ki, cavabdeh Xəlilov X12 rayonu Qazma kəndində yaşayır, 1980-ci ildə anadan olmuş, 1990-cı ildə X3na övladlığa verilmişdir. Balakən rayonu Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 08 saylı qərarı ilə X7, İddiaçı2, Cavabdeh Ziyavəddin oğluna Balakən rayonu Qazma kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 1425A KOD 40103018 olan Torpağın Milkiyyətə verilməsinə dair şəhadətnamə və JN 1425 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-286/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən, X6, İddiaçı2, Cavabdeh Ziyavəddin oğlunun ümumi birgə mülkiyyətində olan 0.20 ha həyətyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə Cavabdeh Ziyavəddin oğlunun payı müəyyən edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X6, İddiaçı2, Cavabdeh Ziyavəddin oğlunun ümumi birgə mülkiyyətində olan 0.20 ha həyətyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh Ziyavəddin oğlunun 1/3 hissə payının naturada ayrılması qət edilmiş, həmin torpaq sahələri Cavabdeh verilmiş, verilmiş sahələr üzrə cavabdeh çıxarışlar almışdır. X3 2017-ci ildə vəfat etmişdir. X1 ümumi mülkiyyət hüququ üzrə məxsus Qazma kəndində yerləşən ümumi sahəsi 0,2576 ha torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0,1215 ha olan torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinə ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. İddiaçı2 özünə məxsus olan torpaq payını İddiaçı1 notarial qaydada bağışlamışdır. Bu torpaqlar mərhum X4 və İddiaçı1 ümumi mülkiyyətində olmuşdur. X8 vəfat etdiyindən Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak Cavabdeh və İddiaçı1 arasında payları bərabər olmaqla bölünmüşdür. Bununla əlaqədar ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi, xx.xx.2019-cu il tarixdə 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi, xx.xx.2019-cu il tarixdə 2V-486 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin 1/2 hissəsi, xx.xx.2019-cu il tarixdə 2V-487 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X1 çatacaq hissəsinin ½ hissəsi, xx.xx.2019-cu il tarixdə 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən miras əmlakların digər 1/2 hissəsinə Cavabdeh Ziyavəddin oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır.Həmin şəhadətnamələr əsasında paylı mülkiyyət üzrə paylar müəyyənləşdirilərək ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi İddiaçı1 adına qeydə alınmışdır. İddiaçı Cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən X11 ilə İddiaçı1 ümumi mülkiyyətində olan 0,2576 ha olan torpaq sahəsinin, 0,1215 ha olan torpaq sahəsinin, 0,129 ha torpaq sahəsinin və 0,4002 ha olan torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsinin naturada ayrılması və Cavabdeh düşən həmin paylardan cavabdeh İddiaçı1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-5/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1n ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, cavabdeh İddiaçı1 həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən çıxarılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün Balakən rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, sözügedən qətnamə icra edilərək torpaq sahələri üzərində yerləşən əmlaklarla birlikdə Cavabdeh Ziyavəddin oğluna təhvil verilmişdir. Qeyd etmək istəyir ki, onların təsərrüfatlarında olan torpaq sahələrində konfiqurasiya səhvləri olmuş, fərdi yaşayış evlərinin yerləşdiyi ərazi 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilinə işlənilmiş, 0.12 ha həyətyanı torpaq sahəsi isə fındıq bağının daxilində yerləşən ərazidən işlənmişdir. 0.25 ha torpaq sahəsində 2004-cü ildə öz vəsaiti və anası İddiaçı2 vəsaiti hesabına 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kvm-dən ibarət fərdi yaşayış evi inşa etmişlər. Həmin fərdi yaşayış evinə keçmiş Balakən rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventar nömrəsi 993, qeyd nömrəsi 788 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu işlənmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra sənədi icra olunarkən 2004-cü ildə öz vəsaiti və anası İddiaçı2 vəsaiti hesabına inşa olunmuş 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kvm-dən ibarət fərdi yaşayış evi Cavabdeh Ziyavəddin oğluna təhvil verilmiş, anası İddiaçı2 isə Balakən rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının fiziki təzyiqi ilə həmin fərdi yaşayış evindən zorla çıxarılmışdır. 2004-cü ildə öz vəsaiti və anası İddiaçı2 vəsaiti hesabına 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kvm-dən ibarət fərdi yaşayış evini inşa edərkən xeyli miqdarda xərc çəkmişdir. Lakin həmin tikili ilə bağlı cavabdehdən 10000 manat tələb edir. Beləliklə 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsi cavabdehə verildiyindən və həmin hissədə 2004-cü ildə öz vəsaiti və anası İddiaçı2 vəsaiti hesabına tikilmiş 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kvm-dən ibarət fərdi yaşayış evi yerləşdiyindən və həmin fərdi yaşayış evini cavabdeh təhvil aldığından cavabdeh çəkdiyi xərclərə görə əsassız varlanacaqdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, mərhum atasına məxsus həyətdə dəyərini tələb etdikləri evdən başqa iki mərtəbəli ev, mal damı, talvar da vardır. Həmin tikililər onun sahibliyində və istifadəsindədir. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək İddiaçı1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Ziyavəddiun oğlunun nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, iddiaya qarşı qəti surətdə etiraz edir. Sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi ərazinin 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilində işlənməsi tamamilə yalan məlumatdır. Cümlənin mənasından belə çıxır ki, fərdi yaşayış evləri tikiləndən sonra həmin 0.25 ha torpaq sahəsinin cizgiləri işlənmişdir. Balakən rayon Qazma kəndində torpaq islahatı 1998-ci ildə keçirilib. İddiaçı etiraf edir ki, sözügedən tikili 2004-cü ildə, yəni torpaq islahatından 6 il sonra tikilibdir. Bu tikili, habelə bu ərazidə tikilən digər tikililər kənd təsərrüfatı təyinatlı pay torpağında tikilib. İddiaçı göstərir ki, 0.25 ha torpaq sahəsində 2004-cü ildə öz vəsaitləri ilə birmərtəbəli, iki otaqlı ümumi sahəsi 44 kv/m-dən ibarət fərdi yaşayış evi tikmişlər. Bu fikir də tamamilə yalnışdır. Ona görə ki, İddiaçı1 mübahisə predmeti olan tikilinin olduğu ünvanda, ümumiyyətlə qeydiyyatda deyil. O, X3nun təsərrüfatından ayrılmış və 1994-cü ildə sözügedən ünvandan təxminən 2 km aralıda özünə həyətyanı torpaq sahəsi götürmüşdür. Torpaq islahatı keçirilən zaman onun pay torpağı da tamamilə başqa bir ərazidən verilmişdir. 1998-ci ildən etibarən Abdulla ilə cavabdehin aralarında dərin ixtilaflar yaranmışdır. İddiaçını sözügedən əraziyə bağlayan heç bir hüquqi və faktiki əsas olmayıb. Belə olan halda Abdulla burada necə ev tikə bilərdi. İddiaçı1 54 yaşı var. Bu müddət ərzində o, heç bir yerdə işləməyib, fermer deyil, kommersant deyil, iş adamı deyil, ticarətçi deyil, adi alışverişi belə bacarmır. Heç bir bankdan kredit götürməyib. Onda bu tikilini hansı vəsaitlə tikibdir. Sözügedən tikili 0.25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin ataları X1 düşən hissəsində Xəlilov Ziyavəddin tərəfindən tikilib, həm də 2004-cü ildə deyil, 1999-cu ilin yayında tikilibdir. İddiaçı qeyd edir ki, guya həmin tikiliyə qoyulan vəsaitin bir hissəsini İddiaçı2 tərəfindən verilibdir. Bu yalnışdır. Ona görə ki, vətəndaş nikahında olublar. İddiaçı2 o vaxtlar aldığı cuzi pensiya onun dərmanlarına xərclənib. İddiaçı2 Balakən rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının fiziki təzyiqi ilə həmin fərdi yaşayış evindən zorla çıxarılması da tamamilə yalandır. İddiaçı2 heç kəs oradan zorla çıxartmayıb. İddiaçı2 və oğlu Abdulla hal-hazırda, 0.25 ha torpaq sahəsinin X5 düşən digər hissəsində, X8 tərəfindən tikilmiş ikimərtəbəli yaşayış evində yaşayır. Bundan əlavə İddiaçı2 0.25 ha torpaq sahəsindən özünə düşən hissəni 28 avqust 2019-cu ildə oğlu İddiaçı1 notariat qaydasında bağışlayıbdır. İddiaçı2 həmin torpaq sahələrində miras əmlaklara aidiyyatı yoxdur. Çünki, onun əmlakı bölünməyib. İddiaçılar qeyd edir ki, mübahisə predmeti olan tikili cavabdehə düşdüyünə görə cavabdeh əassız olaraq varlanacaqdır. Cavabdeh həmin tikiliyə özbaşına olaraq sahiblənməyib. Balakən Rayon Məhkəməsinin 2(019)-5/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tikilinin yerləşdiyi torpaq sahəsi ona verilmişdir. Ona görə də burada əsassız varlanmaqdan söhbət gedə bilməz.İddiaçının 10000 (on min) manat tələbi də tam əsassızdır. Hesab edir ki, iddia tələbi heç bir mötəbər mənbəyə əsaslanmır və formal mülahizələrdən ibarətdir.Qeyd edilənləri nəzərə alaraq, e-2(019)- 1046/2024 saylı iş üzrə iddianın əsasız olduğu üçün rədd edilməsi haqqında qərar qəbul etməyi məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli **********05 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən mərhum X8 ilə İddiaçı2 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha torpaq sahəsinin, ümumi sahəsi 0 1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinin naturada Ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur, (yerquruluşu planı 2). Balakən rayonu Qazma kəndində yerləşən mərhum X8 ilə Xəliİova Ades Məcid qızının birgə mülkiyyətində olan ümumi sahəsi 0.2578 ha torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0,129 ha olan torpaq sahələrində DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********1 olan Çıxarışa əsasən 0.4002 ha və **********90 olan Çıxarışa əsasən 0.129 ha torpaq sahələrində hər hansı bir tikililər mövcud deyildir və həmin torpaq sahələrinə elektron məlumat bazasında gediş-gəliş yolu işlənilməmişdir, DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********3 olan Çıxarışa əsasən 0.2576 ha torpaq sahəsində tikililər və köməkçi tikililər mövcuddur. Həmin torpaq sahəsinə və ona bitişik olan DƏDRX-mn tərtib etdiyi reyestr nömrəsi **********2 olan Çıxarışa əsasən 0.1215 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən gediş-gəliş yolu işlənilmişdir, (yerquruluşu planı 1, 2).Balakən rayonu Qazma kəndində yerləşən mərhum X8 ilə İddiaçı2 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinin Cavabdeh Ziyavəddin oğluna düşən ¼ hissəsinin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız halə düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Cavabdeh X9 tərəfindən Batakən rayonu Qazma kəndində yerləşən mərhum X8 ilə İddiaçı2 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha o!an torpaq sahəsinin iddiaçı Cavabdeh Ziyavəddin oğluna düşən torpaq sahələri bütövlükdə istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Resaublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 iyun 2022-ci il tarixdə verilmiş 10/1574 nömrəli ekspert rəyində göstərilmişdir ki; Qərardadın 1-ci sualı üzrə: Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərərfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Balakən rayonu, Qazma kəndində yerləşən mərhum X8 ilə X15 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın 2-ci sualı üzrə: Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərərfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Balakən rayonu, Qazma kəndində yerləşən mərhum X8 ilə X15 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahəsində hər hansı bir tikililər mövcud deyildir və həmin torpaq sahələrinə elektron məlumat bazasında gediş-gəliş yolu işlənilmişdir. DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********3 olan Çıxarışa əsasən 0.2576 ha torpaq sahəsində tikililər və köməkçi tikililər mövcuddur. Həmin torpaq sahəsinə və ona bitişik olan DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********2 olan Çıxarışa əsasən 0.1215 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən gediş-gəliş yolu işlənilmişdir. Qərardadın 3-cü sualı üzrə: Balakən rayonu, Qazma kəndində yerləşən mərhum X8 ilə X15 birgə mülkiyyətində olan ümumi sahəsi 0,2576 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpay sahşəsininin ümumi sahşəsi 0.40002 ha olan otorpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahşəsininin Cavabdeh Ziyavəddin oğluna düşən 1/4 hissəsinin naturada ayrılması texniki cəhətdlən mümkündür.(Bölgü variantları ekspert rəyinə əlavə edilmişdir). Qərardadın 4-cü sualı üzrə Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərərfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh İddiaçı1 tərəfindən Balakən rayonu Qazma kəndində yerləşən mərhum X10 ilə X15 birgə mülkiyyətində olan ümumi sahəsi 0.2576 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.1215 ha olan torpaq sahəsinin, ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsinin və ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinin iddiaçı Cavabdeh Ziyavəddin oğluna düşən torpaq sahələri bütövlükdə istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsində görünür ki, iddianın təmin edilməsi, Reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1 ümumi payıl mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X6 və İddiaçı1n ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması; cavabdeh İddiaçı1 həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən çıxarılması; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı1 tutularaq, iddiaçı Cavabdeh ödənilməsi; iş üzrə ödənilmiş 596 manat mütəxəssis xərci İddiaçı1 alınıb iddiaçı Cavabdeh verilməsi; iş üzrə 150 manat ekspertiza xərcinin cavabdeh İddiaçı1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 28 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, İddiaçı2 Balakən rayonu Qazma kəndində yerləşən ümumi sahəsi 0.2576 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 2/4 hissə payını İddiaçı1 bağışlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli 10/10196 nömrəli ekspertiza rəyindən görünür ki, Balakən rayonu, Qazma kəndi ərazisinə yaxın ərazidə yerləşən, Analoji xususiyyətlərə malik fərdi yaşayış evininin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı bazar dəyərininin müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən, Balakən rayonu Qazma kəndində yerləşən 2004-cü ildə inşa edilmiş 1 mərtəbəli, İki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evininin 01 iyul 2025-ci il tarixinə bazar şiyməti 10500,00 (on min beş yüz) manat təşkil edir. Mütəxəssis rəyi X2 (BQS) eləcə də, əmlakın qiymətləndlirilməsi üzrə digər beynəlxalq qtiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işdə Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 08 saylı qərarı ilə X7, İddiaçı2, Cavabdeh Ziyavəddin oğluna Balakən rayonu Qazma kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, iddiaçıların dəyərini tələb etdikləri tikilinin Balakən rayonu Qazma kəndində yerləşməklə , mərhum X6, İddiaçı2 və Cavabdeh Ziyavəddin oğlunun ümumi birgə mülkiyyətində olmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunması, qanunsuz tikili olması, dövlət qeydiyyatına alınmaması işin mübahisəsiz hallarıdır. İddiaçılar həmin tikilinin özləri tərəfindən inşa olunduğunu iddia edirlər, cavabdeh tərəf isə tikilinin mərhum atası X11 tərəfindən inşa olunduğunu bildirir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 tikilinin yerləşdiyi təsərrüfata, torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin İddiaçı1 həmin tikilinin onun tərəfindən inşa olunduğunu göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi fərdi ysaşayış evinin texniki pasportu isə hüquqmüəyyənedici sənəd deyildir və sözügedən tikiliyə aid olması müəyyən olunmur. İddia tələbi üzrə sübutetmənin iddiaçı tərəfindən həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, belə olan halda onun həmin tikilinin dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz. İddiaçı2 da həmin tikilinin özü və oğlu İddiaçı1 tərəfindən inşa olunduğunu bildirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, həmin tikili təsərüfat başçısı olmuş mərhum X11 tərəfindən inşa olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, mərhum X6 təsərrüfatında sözügedən tikilidən başqa bir ədəd iki mərtəbəli yaşayış evi, mal damı, naves və digər tikililər vardır. Həmin tikililər iddiaçıların sahibliyində və istifadəsindədir. İş materiallarından müəyyən olunur ki, İddiaçı2 mərhum X6 vərəsəsi deyildir, sonuncunun miras əmlakı olan torpaq sahələri İddiaçı1 ilə Cavabdeh Ziyavəddin oğlunun arasında bölünmüşdür. İddiaçı2 mərhum X11 ilə rəsmi nikahının olmasına dair sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin nümayəndəsi onların qeyri- rəsmi nikahla yaşadıqlarını göstərmişdir. İddiaçı Abdulla Xəliov mərhum X6 təsərrüfatında olan bir ədəd iki mərtəbəli yaşayış evindən , mal damından və navesdən istifadə etməklə bu əmlaklara sahiblik etdiyi halda onun əlavə olaraq sözügedən tikilinin də dəyərini tələb etməsi hüquqdan sui-istifadədir. Mülki Məcəllənin 16.1-cı maddəsinə əsasən isə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu da diqqətə çatdırır ki, iş materiallarından görünür ki, adıçəkilən tikili Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsinə əsasən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması nəticəsində Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində qalmışdır. 08 avqust 2022-ci ildə iddiaçıların həmin tikilinin cavabdehə verilmiş torpaq sahəsində qalmasından məlumatları olmuşdur. Onlar isə hazırkı iddianı 14 oktyabr 2024cü ildə qaldırmışlar. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənmiş 120 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,yekun olaraq bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ziyan tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməli, ödənmiş 120 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ziyan tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin; 120 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-106/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-106/2025
11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver