Məhkəmə qərarları › İş №e-2(019)-11/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-11/2025

27.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-11/2025 27.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,.açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə girişçıxış yolunun açılması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0974493, reyestr kitabı 4, vərəq 68, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-ci il). Bildirmək istəyir ki, Balakən şəhəri, Şambul kəndində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olan fərdi yaşayış evindən istifadə olunması məqsədi ilə giriş-çıxış yolunun olması zərurəti yaranmışdır. Həmin fərdi yaşayış evindən istifadə etmək üçün giriş-çıxış yolu Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə mümkündür (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya MH №0002156, reyestr kitabı 1, vərəq 178, reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi 360700882, qeydiyyat tarixi xx.xx.2007-ci il). İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsi məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə göndərdikləri etirazlarında iddianı etiraf etməyərək göstərmişlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçıASC-nin mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması tələbi ilə müraciət etmişdir. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil real vəziyyəti əks etdirmir. Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı ASC-yə məxsus fərdi yaşayış evi 14 dekabr 2016-cı ildə özəlləşdirilib. Lakin həmin ev girov qoyularkən həmin evə girişçıxışın olub-olmaması yoxlanılmamışdır. Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi sahəsi 191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin altında olan torpaq sahəsindən başqa torpaq sahəsi yoxdur. O, öz mülkiyyətində olan torpaq sahəsindən İddiaçı ASC-yə məxsus evə giriş-çıxış üçün yol vermək fikrində deyildir. Bu qanunsuzluqdur onun torpaq sahəsinə və mülkiyyətinə olan qəsddir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 avqust 2007-ci il tarixdə verilmiş **********14-10301 reyestr nömrəli,360700882 qeydiyyat nömrəli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Şambul kəndində istifadəsində olan 0,22 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 102,8 kv/m yaşayış, 100,6 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Şambul kəndli ərazisində 0.03 ha torpaq sahəsində yerləşən 400.10 kv/m sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 21 dekabr 2022-ci il tarixdə verilmiş **********89 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonu,Şambul kəndlində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması zəruri keçidin verilməsinin mümkün olub-olmaması 18 saylı Ərazi İdarəsinin salahiyyətləərinə aid deyildir.

2. İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun (zəruri keçid) başqa sahədən ayrılması 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən həyətyanı torpaq sahəsinin naturada ölçüləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya 0974493,reyestr nömrəsi **********48-1031. Qeydiyyat nömrəsi ********** olan çıxarışın yerləşmə vəziyyəti, həmin torpaq sahəsində yerləşən tikili və köməkçi tikililər tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/676 nömrəli ekspert rəyində göstərilmişdir ki; qərardadın 1-ci sualı üzrə Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində giriş-çıxış yolunun açılmasının texniki cəhətdən mümkün olduğu üçün Cavabdeh mülkiyyətində olan Balakən rayonu Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətinin yol nisbətdə sağ sərhəd divarından 1.5 metr enində olmaqla (Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəlinə əsasən) İddiaçı ASC-nin mülkiyyətində olan fərdi yaşayış evinə qədər sərhəd hasarı çəkilməlidir. (Sxem rəyə əlavə edilmişdir) Qərardadın 2-ci sualı üzrə: İddiaçının və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin 3 tərəfdən qonşu sahələr, 1 tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq İddiaçı ASC-nin mülkiyyətində fərdi yaşayış evinə giriş-çıxış yolu yalnız Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən keçməklə mümkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-4326/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 1.Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması zəruri keçidin verilməsinin mümkün olub-olmaması 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir.

2. İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun (zəruri keçid) başqa sahədən ayrılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3899/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 1.Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması zəruri keçidin verilməsinin mümkün olub-olmaması 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir.

2. İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun (zəruri keçid) başqa sahədən ayrılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 fevral 2025-ci il tarixdə verilmiş 10/9176 nömrəli ekspert rəyindən görünür ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci-ikinci-üçüncü, dördüncü və beşinci sualları üzrə: Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun verilməsi, zəruri keçidin verilməsinin mümkün olub-olmaması 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun (zəruri keçid) başqa sahədən ayrılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-yə ipotekaya qoyulmuş,borc ödənmədiyindən tutuma ipoteka predmetinə yönəldilmiş və ipoteka predmeti İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Hazırda da Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0974493, reyestr kitabı 4, vərəq 68, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-ci il). İddiaçı ASC mülkiyyətində olan həmin fərdi yaşayış evindən istifadə olunması məqsədi ilə giriş-çıxış yolunun olması zərurətinin yarandığını, həmin fərdi yaşayış evindən istifadə etmək üçün giriş-çıxış yolunun Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə mümkün olduğunu göstərərək Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə İddiaçı ASC-nin mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 175.1-175.2-ci maddələrinin məzmunundan göründüyü kimi zəruri keçidin ayrılması tam əvəzi ödənilməklə tələb edilə bilər. Hazırkı işin materiallarından görünür ki, İddiaçı ASC ona zəruri keçidin əvəzi ödənilmədən verilməsini tələb etmişdir. İddiaçı ASC-nin nümayəndələri heç bir məhkəmə iclasına gəlməmiş, iddia tələbinə hər hansı dəqiqləşdirmə verməmişlər. Bundan başqa Mülki Məcəllənin 175.1-175.2-ci maddələrinin məzmununda birbaşa göstərilməsə də maddələrin məzmunundan aydın olur ki, ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi olmayan torpaq mülkiyyətçisi qonşuların mülkiyyətində olan torpaq sahələrindən zəruri keçidin verilməsini tələb edə bilər. İddiaçı ASC Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən giriş-çıxış yolunun açılmasını tələb etsə də, Cavabdeh mülkiyyətində torpaq sahəsinin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində Cavabdeh mülkiyyətində torpaq sahəsinin olmasına dair qeydiyyat tarixi xx.xx.2007-ci il olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa istinad olunmuşdur. Həmin hüquq müəyyənedici sənəddən isə görünür ki, həmin ünvanda olan torpaq sahəsi Cavabdeh mülkiyyətində deyil, onun istifadəsindədir. İstifadədə olan torpaqdan isə zəruri keçid verilə bilməz. Nəhayət zəruri keçidin verilməsi ilə bağlı dəfələrlə məhkəmə mühəndis texniki ekspertizası təyin edilsə də mütəxəssislər və ekspertlər tərəfindən zəruri keçidin verilməsinin mümkünlüyü ilə bağlı rəy verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/676 nömrəli ekspert rəyi isə ziddiyyətli olmaqla, kifayət qədər tam olmadığından, haqlı olaraq məhkəmə tərəfindən qəbul edilməmiş, təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrininköməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iİddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması tələbinə dair iddiası təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar