Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-111/2025 06.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi,cavabdehlərin (torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, maddi zərər tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (Torpağın Mülkiyyətə Verilməsinə dair Şambul kənd “Azərbaycan” kolxozunun J.A.İ.K-nın 18 iyul 1997-ci il tarixli 07 saylı iclasın qərarına əsasən) 2.33 ha torpaq sahəsinin zəbt olunmuş 0.12 ha hissəsindən cavabdehlər X2 və Cavabdeh4, 0.49 ha (0.25 ha həyətyanı torpaq sahəsi, 0.24 ha pay torpaq sahəsi) hissəsindən isə Cavabdeh2 çıxarılmaları, torpaq sahəsinin ona təhvil verilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, Cavabdeh3 torpaq sahənin zəbt olunmuş 0.29 ha hissəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlərin (torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh2 13500 manat, X1 və Cavabdeh4 2000 manat, Cavabdeh3 3000 manat maddi zərərin alınması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqrama göndərərək vəkil yazan iddia ərizəsindən narazı olduğunu, 10-15 gün müddətinə iddia ərizəsini yenidən yazıb göndərəcəyini göstərərək sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Cavabdeh X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə ikclasına gəlmiş cavabdehləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər X3,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (Torpağın Mülkiyyətə Verilməsinə dair Şambul kənd “Azərbaycan” kolxozunun J.A.İ.K-nın 18 iyul 1997-ci il tarixli 07 saylı iclasın qərarına əsasən) 2.33 ha torpaq sahəsinin zəbt olunmuş 0.12 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4, 0.49 ha (0.25 ha həyətyanı torpaq sahəsi, 0.24 ha pay torpaq sahəsi) hissəsindən isə Cavabdeh2 çıxarılmaları, torpaq sahəsinin ona təhvil verilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, Cavabdeh3 torpaq sahəsinin zəbt olunmuş 0.29 ha hissəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlərin (torpaq sahəsinə girişçıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh2 13500 manat, X1 və Cavabdeh4 2000 manat, Cavabdeh3 3000 manat maddi zərərin alınması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrimə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqrama göndərərək vəkil yazan iddia ərizəsindən narazı olduğunu, 10-15 gün müddətinə iddia ərizəsini yenidən yazıb göndərəcəyini göstərərək sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, onun iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən filialı tərəfindən, xx.xx.2024-cü il tarixli 6904 nömrəli qəbzlə ödənmiş 146 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər X3,Cavabdeh2,Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi,cavabdehlərin (torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, maddi zərər tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən filialı tərəfindən, xx.xx.2024-cü il tarixli 6904 nömrəli qəbzlə ödənmiş 146 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılmasına aid hissədə qərardadın icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-111/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-111/2025
06.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver