Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1154/2023 27.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 7070 ( yeddi min yetmiş) dollar pulun və dövlət rüsumu olaraq ödədiyi 127 manat pulun alınaraq ona tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəməyə ərizə göndərərək Cavabdeh ilə aralarında yaranmış barışıq sazişinə əsasən e-2(019)-1154/2023 nömrəli mülki işin materiallarının geri qaytarılmasını və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı ərizəsinə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 7070 ( yeddi min yetmiş) dollar pulun və dövlət rüsumu olaraq ödədiyi 126 manat pulun alınaraq ona tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə göndərərək Cavabdeh ilə aralarında yaranmış barışıq sazişinə əsasən e-2(019)-1154/2023 nömrəli mülki işin materiallarının geri qaytarılmasını və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, İddiaçı ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.Ödənilmiş 126 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 126 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1154/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1154/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver