Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-116/2024 23.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən paylarının birlikdə naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, ünvan 1i ünvanında yerləşən 1.6673 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 24/60 hissədə, İddiaçı2 isə 20/60 hissədə paylarının birlikdə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək icraatda olan mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə işin baxılmamış saxlanması barədə ərizəsini, cavabdehlərin ərizənin baxılmamış saxlanmasına etiraz etməmələrini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən paylarının birlikdə naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu xərci dövlət büdcəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-116/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-116/2024
23.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver