Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1174/2025 13.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Talalar kənd sakini Cavabdeh ona borclu olduğu 3697.94 manat və dövlət rüsumu olaraq ödədiyi 59 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. Balakən rayonu N.Nərimanov adına Mahamalar kənd tam orta ümumi təhsil məktəbində müəllimə işləyir. 01 aprel 2022-ci il tarixdə Balakən rayonu Talalar kənd sakini olan Cavabdeh bankdan kredit götürmək istədiyini bildirməklə ondan zamin durmağını xahiş etmişdir. Ramiz qonşusu olduğundan və həyat yoldaşıyla yaxın münasibətdə olduğundan o, Cavabdeh zamin durmağa razılaşmışdı. 01 aprel 2022-ci il tarixdə ***-***- **-**-**********51 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 4500 manat kredit pul götürmüşdür. O, kredit götürərkən o da zamin kimi həmin müqaviləni imzalamışdı. Cavabdeh banka olan kredit borcunu yalnız bir neçə ay ödəmişdir. Onun tərəfindən kredit borcu ödənilmədiyindən "xxxx" QSC Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və kredit borcunun Cavabdeh və onun tərəfindən ödənilməsi barədə Məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə qərarı qəbul edildikdən sonra Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh və ona qeyd olunan borcu müştərək qaydada ödənilməli olmaları barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh bu borcu ödəmədiyindən və onun rəsmi iş yeri olmadığından kredit borcu 2024-cü ilin oktyabr ayından etibarən əmək haqqından tutulmuşdur. 7 faiz icra xərci də daxil olmaqla ümumilikdə ondan 3697.94 manat pul tutulmuşdur. Dəfələrlə Cavabdeh onun əvəzinə "xxxx" QSC-yə və icra xərci olaraq ödədiyi pulu ona qaytarmağı tələb etsə də o, pulunu ödəmir. Buna görə də pul tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, bank tərəfindən tələb üzrə yaranan borcdan 5 manat komissiya olmaqla cəmi 688 manat ona geri ödənilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olduğunu, özünün də borcdan ödəniş etdiyini, banka şikayət etdikdən sonra 688 manatın iddiaçıya geri qaytarıldığını, həmin məbləğin tutulmalı olan məbləğdən çıxılaraq buna uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(117)-1247/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada iddiaçının xeyrinə 3256,96 manat əsas, 370,98 manat faiz borcu, 10 cərimə borcu və 60 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 57,36 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli 026G**********02 nömrəli (zamin İddiaçı) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu - Cavabdeh arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Balakən rayon İcra və X1 rayon Təhsil Şöbəsinə ünvanladığı 04 oktyabr 2024-cü il tarixli təklifdən görünür ki, EMF Elektron icra informasiya sistemi üzrə sorğular verilmiş və aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, borclu İddiaçı Balakən rayon Təhsil şöbəsinə işləyir, rəsmi gəliri var və icra sənədində göstərilən borcu 3637.94 manat və 60 manat dövlət rüsumu əmək haqqından 50 faiz tutularaq tələbkarın bank hesabına ödənilməsini təmin etməklə, həmin məbləğin (3637.94 manat və 60 manat dövlət rüsumu) 7 faizi isə Balakən rayon İcra və Probasiya şöbəsinin xüsusi fondun bank hesabına ödənilməsini təmin etməklə, nəticəsi barədə Balakən rayon İcra və Probasiya şöbəsinə məlumatın verilməsi xahiş olunur. xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1247/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon Maliyyə sektorunun arayışdan görünür ki, İddiaçı əmək haqqından 2024-cü il oktyabr ayından 2025-ci ilin iyun ayı daxil olmaqla "xxxx" hesabına 3439.11 manat, 258.83 manat isə 7% icra ödənişi tutulmuşdur. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanan 31 iyul 2025-ci il tarixli məktubdan görünür ki, xx/xx/2022-ci il tarixli, ***-***-**-**-**********51 saylı kreditə əsasən 4,500 AZN məbləğində kredit öhdəliyinin təminatı qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında zamin durmuş, hazırda həmin kredit üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 58 manat dövlət rüsumu ödəmişdir. 17 dekabr 2025-ci il tarixli məxaric orderindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesabına 4.78 manat xidmət haqqı olmaqla 683 manat pul köçürülmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli 026G**********02 nömrəli İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən həmin müqavilə bankla borclu - Cavabdeh arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 3256,96 manat əsas, 370,98 manat faiz borcu, 10 cərimə borcu və 60 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən rayon Təhsil Şöbəsinə İddiaçı icra sənədində göstərilən borcun onun əmək haqqından 50 faiz tutularaq bankın hesabına ödənilməsi və həmin məbləğin (3637.94 manat və 60 manat dövlət rüsumu) 7 faizinin isə Balakən rayon İcra və Probasiya şöbəsinin bank hesabına ödənilməsi bildirilmişdir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon Maliyyə sektorunun arayışına əsasən İddiaçı əmək haqqından 2024-cü il oktyabr ayından 2025-ci ilin iyun ayı daxil olmaqla "xxxx" hesabına 3439.11 manat, 258.83 manat isə 7% icra ödənişi tutulmuşdur. X2 Məhkəməsinin e-2-2(117)-1247/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Odur ki, iddiaçı zamin olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən öhdəliyi icra etmiş zamin borcludan onun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı əmək haqqından "xxxx" hesabına 3439.11 manat, 258.83 manat isə 7% icra ödənişi tutulmuşdur. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona 688 manat qaytarıldığını bildirmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi 3697.94 manat pul məbləğindən ibarətdir. İddiaçıya qaytarılmış 688 manat iddia tələbindən çıxılaraq qalan 3009.94 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 3009.94 manat hissədə təmin edildiyindən, ona uyğun ödənilməli dövlət rüsumu 50.1 manatdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3009.94 manat pul və 50.10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3009.94 manat pul və 50.10 manat dövlət rüsumu, cəmi 3060.04 manat pul alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1174/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1174/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver