Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1179/2024 24.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən- Talalar yolu xx.xx.2024-cü ildə hərəkət edərkən saat 16:16-da baş vermiş avtoqəza nəticəsində ona dəymiş zərərə görə - avtoqəza nəticəsində avtomobilinə dəymiş zərərə görə 2060 (iki min altmış) manat, avtoqəza nəticəsində səkkiz iş günü ərzində işləyə bilməməyi səbəbi ilə günə 50 manat olmaqla cəmi 400 (dörd yüz) manat zərərin, avtoqəza nəticəsində onun sağlamlığına dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün 500 (beş yüz) manat. - iddia ərizəsinin verilməsinə görə 50 (əlli manat) manat, cəmi 2960 manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia etdiyi xx.xx.2024-cü il tarixində keçiriləcək şikayət ərizəsindən imtina etdiyini, Cavabdeh haqqında heç bir şikayəti olmadığını bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə istinad edərək, məhkəmə hesab edir ki, İddiaçı məhkəmə hazırlıq iclasında iddiadan imtina barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon İcra və Probasiya Şöbəsi vasitəsilə İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon İcra və Probasiya Şöbəsi vasitəsilə İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1179/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1179/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver