Məhkəmə qərarları › İş №e-2(019)-1199/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1199/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1199/2023 18.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2,Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı torpaq sahələrində paylarının naturada ayrılması, cavabdehlərin onlara məxsus hissədən çıxarılmaları tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2023- cü il tarixli Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumbirgə mülkiyyətinə verilmiş 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinə 4/15 hissədə payılarının naturada ayrılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onlara düşən 8/15 hissədən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2,cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmiş 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/14 hissədə və İddiaçı2 3/14 hissədə ümumilikdə, 6/14 hissədə paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 onlara məxsus 6/14 hissədə həyətyanı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3,Cavabdeh1, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2023- cü il tarixli Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumbirgə mülkiyyətinə verilmiş 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinə 4/15 hissədə payılarının naturada ayrılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onlara düşən 8/15 hissədən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2,cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmiş 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/14 hissədə və İddiaçı2 3/14 hissədə ümumilikdə,6/14 hissədə paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1,Cavabdeh4 onlara məxsus 6/14 hissədə həyətyanı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); İş materiallarından görünür ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilməmiş tələbin əsaslandırıldığı hallara dair sənədlər ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1 -ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilməlidir ki,qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2,Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı torpaq sahələrində paylarının naturada ayrılması,cavabdehlərin onlara məxsus hissədən çıxarılmaları tələbinə dair iddia ərizəsi qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar