Məhkəmə qərarları › İş №e-2(019)-1206/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1206/2025

08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1206/2025 08.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh verdiyi 7070 (yeddi min yetmiş) dollar puldan ödənilməmiş 5893,53 ABŞ dolları (10019 manat) əsas borc, 3417,36 ABŞ dolları (5809,51 manat) əlavə gecikmə nəticəsində dəymiş ziyanın və dövlət rüsumu olaraq ödədiyi 137.49 manat pulun alınaraq ona tam şəkildə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, Balakən rayonu Şərif kəndində yaşayır. 2015-ci ilin iyul ayında cavabdeh Xipiyev X6 Fatimanı daimi iş yeri ilə təmin edə biləcəyini vəd edərək ondan 7070 ABŞ dolları məbləğində pul tələb etdi. Ona etibar edərək, həmin vədinə inanıb pulu ödəməyə razılaşdı. Həmin dövrdə Rusiya Federasiyasında işlədiyindən, pulu xx.xx.2015-ci il tarixində “Western Union” vasitəsilə cavabdehin adına göndərdi. Lakin cavabdeh verdiyi vədə əməl etmədi. Qızı işlə təmin olunmadı. O, dəfələrlə pulu geri istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırmışdır. Bir müddət sonra borcunu hissə-hissə qaytaracağını desə də, bu da reallaşmadı. Məsələnin sülh yolu ilə həll olunmadığını görüb, 22 aprel 2022-ci ildə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis tərəfindən cavabdeh çağırılmış, izahatı alınmışdır. 14 avqust 2023-cü il tarixində ona rəsmi qaydada bildirilmişdir ki, iş cinayət xarakteri daşımır, mülki qaydada həll edilməlidir. Bundan sonra 2023-cü ildə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İş icraata qəbul olunmuş, iclas günü təyin edilmişdir. Bu barədə məlumatı eşidən cavabdeh onunla əlaqə saxlamış, ondan məhkəmə işini geri götürməsini xahiş etmiş və əvəzində pulu tam şəkildə qaytaracağına söz vermişdir. Etibar yaratmaq üçün həmin gün 2000 manat (1176,47 ABŞ dolları) ödəmişdir. Lakin qalan 5893,53 ABŞ dollarını (10019 manat) yalnız iş məhkəmədən geri qaytarıldıqdan sonra ödəyəcəyini bildirmişdir. Onun sözlərinə inanaraq, o,iddia ərizəsini geri götürmüşdür. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş, indiyədək borcun əsas hissəsini qaytarmamışdır. O, dəfələrlə ondan tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ödənişdən boyun qaçırmışdır. Hətta bir neçə dəfə onu təhdid edərək vəziyyəti daha da gərginləşdirmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, bu günə qədər 10 il müddətində cavabdeh borcunu qaytarmamışdır. Əgər cavabdeh pulu vaxtında ödəsəydi, o həmin məbləği ailəsinin dolanışığına, qızının məşğulluğuna və digər ehtiyaclarına sərf edə bilərdi. Uzun illər boyu bu məbləğin ödənilməməsi ailəsinin maliyyə vəziyyətini ağırlaşdırmış, onun sosial imkanlarını məhdudlaşdırmış, əlavə zərərlərə səbəb olmuşdur. Onun işsiz qaldığı dövrdə bu məbləğin istifadəsi ailəsinin iqtisadi durumunu yaxşılaşdırardı. Pul vaxtında qaytarılsaydı, həmin məbləği evinin təmiri, qızının gələcək təhsili və məişət xərcləri üçün istifadə edə bilərdi.10 il ərzində pulun istifadəsindən məhrum qalmağı nəticəsində onun maliyyə vəziyyəti ciddi şəkildə pisləşmişdir. Cavabdehin borcu qaytarmaması nəticəsində o, əlavə 3417,36 ABŞ dolları (5809,51 manat) maddi ziyana məruz qalmışdır. Bu məbləğ gecikmənin və pulla bağlı itirilmiş imkanların əvəzi kimi qiymətləndirilməlidir. Hal-hazırda onun sabit gəlir yeri yoxdur. Uzun müddət Rusiya Federasiyasında çalışmış, lakin pandemiya dövründə iş yerlərinin bağlanması səbəbindən Azərbaycana qayıtmalı olmuşdur. Ailəsinin dolanışıqları üçün bu məbləğə ciddi şəkildə ehtiyacı var. Qeyd edir ki, pulu göndərdiyi zaman “Western Union” qəbzində adı və soyadı X1 göstərilmişdir. Lakin xx.xx.2016-cı ildə rəsmi qaydada ad və soyadını dəyişdirərək İddiaçı olmuşdur. Bununla bağlı Balakən Rayon Qeydiyyat Şöbəsinin verdiyi şəhadətnamə də mövcuddur. Həmin sənədi məhkəməyə təqdim edir. Onun əlində cavabdehə pulu göndərdiyi barədə rəsmi sənəd mövcuddur. Bu sənədi məhkəməyə təqdim edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhətində yaranmış problem ilə əlaqədar məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə verdiyi 7070 (yeddi min yetmiş) dollar puldan ödənilməmiş 5893,53 ABŞ dolları (10019manat) əsas borc, 3417,36 ABŞ dolları (5809,51 manat) əlavə gecikmə nəticəsində dəymiş ziyanın və dövlət rüsumu olaraq ödədiyi 137.49 manat pulun alınaraq ona tam şəkildə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbi ilə razılaşmır və hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh 2015-ci ildə həmin vaxt Rusiya Federasiyasında yaşayan İddiaçı 7.000 (yeddi min) ABŞ dolları borc istəmiş , Leyla qeyd edilən məbləği onun hesabına göndərmişdir. Təxminən 2-3 ay sonra Leyla pulu geri tələb etdiyinə görə Balakən şəhəri ərazisində yerləşən "Novbahar" restoranında həmin obyektin mərhum sahibi Balakən rayonu, Qullar kənd sakini X2 da iştirakı ilə görüşmüş, ABŞ dolları həmin vaxt 0.78 manat olduğundan həmin vaxt mövcud olmuş məzənnə ilə 7.000 ABŞ dollarının əvəzinə 5460(beş min dörd yüz altmış) manat pulu nəğd şəkildə sayaraq vermişdir. Sonradan 2022-ci ildə X2 vəfatından sonra İddiaçı yuxarıda qeyd edilən pulu yenidən ondan tələb etməyə başlamış, Balakən RPŞ-yə müraciət etmiş, RPŞ-nin Təhqiqat Bölməsində araşdırmanın yekununda toplanmış təhqiqatçı Zaur Xəlilov tərəfindən HK-1-245 nömrəli materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək iddiaçıya müraciəti mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh xx.xx.2023-cü ildə Balakən rayon prokurorluğuna eyni məzmunlu ərizə ilə müraciət etmiş, həmin müraciət əsasında təhqiqatçı Zaur Xəlilov tərəfindən HK-1-245 nömrəli material üzrə qəbul edilmiş qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Balakən RPŞ-yə göndərilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən aparılmış əlavə yoxlama zamanı xx.xx.2023-cü il tarixdə ididaçı Balakən RPŞ-yə ərizə ilə müraciət edərək Cavabdeh ona borclu olduğu 7.000 ABŞ dollarını ona tam olaraq qaytardığını, hal-hazırda onunla barışdığını, gələcəkdə bu barədə hər hansı iddiasının olmayacağını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır, böhtan xarakterlidir və iddia ərizəsində qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 026698 nömrəli adın,ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 1968ci ildə doğulmuş Azərbaycan Respublikası Balakən rayonu Şərif kəndi İddiaçı dəyişdirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-66/2-18640/2023 nömrəli məktubda göstərilmişdir: “Sizin, 7000 (yeddi min) ABŞ dolları məbləğində pulunuzun Cavabdeh tərəfindən ələ keçirilməsi barədə Balakən rayon prokurorluğuna ünvanladığınız müraciətiniz araşdırılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir.Eyni məzmunlu müraciətinizə əsasən 22 aprel 2022-ci il tarixdə HK-1-245 nömrəli material üzrə Balakən Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən təhqiqat aparılmışdır. Toplanmış materialda cinayət hadisəsi olmadığına görə 25 aprel 2022-ci il tarixdə material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qəbul olunmuş qərarın surəti 25 aprel 2022-ci il tarixli 109- 10348-1222 nömrəli məktubla Sizə göndərilməklə, qərardan narazı olduğunuz halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüquqlarınız Sizə izah olunmuşdur. Balakən rayon prokurorluğundan daxil olmuş müraciətiniz Balakən Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən 22 aprel 2022-ci il tarixdə icra edilmiş, Balakən Rayon Polis Şöbəsinin dəftərxanasında saxlanılan HK-1-245 nömrəli eyni məzmunlu müraciətiniz əsasında toplanmış, 25 aprel 2022-ci il tarixli 165 nömrəli rədd materialına əlavə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, Balakən rayonu Yeni Şərif kənd sakini İddiaçı Balakən rayon polis şöbəsinə ərizə ilə müraciəti,həmçinin sonuncunun Balakən rayon Prokurorluğu vasitəsi ilə araşdırılması üçün Balakən Rayon polis şobəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciəti əsasında aparılmış əlavə araşdırma zamanı toplanmış HK-1-245 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd edilən maddə əsasında cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 aprel 2002-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, cinayət hadisəsi olmadığına görə toplanmış HK-1-245 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, vət.X3 Cavabdeh tərəfindən ona olan 7000 ABŞ dolları pul borcunun ödənilməsi üçün aidiyyəti üzrə sonuncunun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməsi Leyla Məmmədovaya izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı tərəfindən Balakən Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanova ünvanlanmış 11 dekabr 2023-cü il tarixli ərizədə göstərilmişdir:”Yazıb Sizə bildirirəm ki, Balakən rayonu Qullar kənd sakini Cavabdeh mənə borclu olduğu 7000 ABŞ dollarını tam olaraq mənə qaytardı və mən hal-hazırda onunla barışmışam.Gələcəkdə bu barədə hər hansı bir iddiam olmayacaq.Xahiş edirəm ərizəmi nəzərə alaraq araşdırmanı dayandırasınınz İmza: imza var İddiaçı” Məhkəmə Cavabdeh nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı 2015-ci ilin iyul ayında Cavabdeh qızı- Qoqayeva Fatimanı işə düzəltməsi üçün 7070 ABŞ dolları məbləğində pul verdiyini, lakin cavabdehin verdiyi vədə əməl etməməsini, dəfələrlə pulu geri tələb etdiyini, lakin cavabdehin müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırdığını, 2023-cü ildə 2000 manat (1176,47 ABŞ dolları) ödədiyini, qalan 5893,53 ABŞ dollarını (10019 manat) ödəmədiyini, 10 il ərzində pulun istifadəsindən məhrum qalmağı nəticəsində onun maliyyə vəziyyəti ciddi şəkildə pisləşməsini göstərərək Cavabdeh verdiyi 7070 (yeddi min yetmiş) dollar puldan ödənilməmiş 5893,53 ABŞ dolları (10019 manat) əsas borc, 3417,36 ABŞ dolları (5809,51 manat) əlavə gecikmə nəticəsində dəymiş ziyanın və dövlət rüsumu olaraq ödədiyi 137.49 manat pulun alınaraq ona tam şəkildə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki,tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddiaçı Cavabdeh ondan aldığı 7070 ABŞ dollarının 1176,47 ABŞ dollarını qaytardığını, qalan 5893,53 ABŞ dollarını (10019 manat) qaytarmadığını göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəf isə iddianı etiraf etməyərək iddia tələbinin əsassız olduğunu, İddiaçı borcunun olmadığını göstərdi. Cavabdeh tərəf göstərdiklərinin əsası kimi isə İddiaçı Balakən Rayon Polis Şöbəsinin rəisinə yazdığı 11 dekabr 2023-cü il tarixli ərizəni təqdim etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi, İddiaçı Balakən Rayon Polis Şöbəsinin rəisinə yazdığı 11 dekabr 2023-cü il tarixli ərizədə isə İddiaçı Cavabdeh ona borclu olduğu 7000 ABŞ dollarını tam olaraq ona qaytardığını, onunla barışdığını və gələcəkdə bu barədə hər hansı bir iddiasının olmayacağını göstərmişdir. İddiaçı bu ərizəsində göstərdiklərini təkzib edən heç bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 138 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin;138 manat dövlət rüsumu xərci İddiaçı aid edilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar