Məhkəmə qərarları › İş №e-2(019)-1271/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1271/2025

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1271/2025 13.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iddia ərizəsi ilə müraciət edərək Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8İ-11056 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi, dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Katex kəndində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiindən **********004 nömrəli müqaviləyə əsasən pul almışdır. Krediti vaxtında ödəyə bilmədiyinə görə gecikmələr olmuşdur. Lakin kredit ödənişi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona heç bir məlumat verməmişdir. Bir neçə gün əvvəl Balakən Rayon İcra və X7 rayon Notariat Ofisinin 8İ-11056 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında məlumat verilmişdir. Həmin məlumata əsasən ona məlum olmuşdur ki, Balakən rayon Notariat Ofisinin 8İ-11056 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir: həmin sənədlər üzrə AZ 1093, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN**********/ xeyrinə BALAKƏN rayonu Katex kəndi ünvanında qeydiyyatda olan İddiaçı **********004 nömrəli müqaviləyə əsasən müddət uçun vaxtında ödənilməmiş 1641 manat 23 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı 866 manat 53 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2532 manat 76 qəpik pul tutulsun. İcra qeydi ilə bağlı ona heç bir məlumat verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də mübahisənin həll edilməsi ilə bağlı ona hər hansı məlumat verməmişdir. Bundan əlavə icra qeydindən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti **********004 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1641 manat 23 qəpik, eyni zamanda 866 manat 53 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2532 manat 76 qəpik pul tələb edir. Belə bir icra qeydi açıq-aşkar əsassız və qanunsuzdur və kredit məbləğindən bir neçə dəfə şişirdilmiş rəqəmlərdir. Yuxarıda göstərdiyi sənədləri almadığına görə ona etiraz edə və hazırda həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2025-ci il tarixli reyestrdə 8İ-11056 nömrə ilə qeyd edilmiş icra qeydi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinin tələblərini pozaraq heç bir qanuni əsas olmadan icra qeydi aparmışdır. Belə ki, **********004 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1641 manat 23 qəpik, eyni zamanda 866 manat 53 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2532 manat 76 qəpik pula görə ödəniş müddətinin keçməsi ilə bağlı mənə yazılı bildiriş göndərilməmiş, icra qeydlərinin yalnız təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq edildiyi halda aparıldığından notarius həmin tələblərə əməl etmədiyindən, əsas borc və cərimə mübahisələndirildiyindən hesab edir ki, icra qeydi tam əsassız aparılmışdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 1641 manat 23 qəpik manat borca görə 866 manat 53 qəpik (peniya) hesabladığından tələb mübahisəli olmuşdur. Bundan başqa alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən təfsilatlı maliyyə arayışı tərtib olunub notariusa təqdim edilməmişdir. Eyni zamanda icra qeydi ilə bağlı bildiriş iddiaçıya təqdim edilməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı iddia ərizəsinin əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müvafiq elektron kabinetə daxil olan məlumata əsasən məlum olmuşdur ki, İddiaçı tərəfindən Balakən Regional “Asan xidmət” mərkəzində notariat ofisi və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2025-ci il tarixli, 8İ-11056 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət olunmuşdur. Aşağıdakı əsaslara görə hesab edir ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir: İlk öncə iddiaçı kredit əldə etmək üçün “SF Azerbaijan BОКТ” ММС-yə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri qəbul etməsinə dair müvafiq qaydada razılığını bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" BOKT MMC arasında xx.xx.2024-cü il tarixli, **********004 nömrəli əlavə kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, verilmiş kreditin məbləği: 1400.00 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 56.07 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 3.7%,verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği: 197.40 AZN, illik faiz dərəcəsi: 60.85%,ödəniləcək ümumi məbləğ: 1641.23 AZN, verilmiş kredit məbləğinin ödənilmə tarixi: xx.xx.2025 olaraq təsdiq edilmişidir. Bu müqavilənin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85% həcmində faiz tələb etmək hüququna malikdir. İddiaçı - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli, **********004 nömrəli kredit müqaviləsinin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, BOKT bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış “tələb hüquqlarının satılması haqqında” müqaviləyə əsasən İddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinə dair tələb üzrə bütün hüquqlar Cavabdeh1 MMC-yə ötürülmüşdür. İddiaçı uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh1 MMC tərəfindən qanunvericiliyə uyğun olaraq barəsində icra qeydinin aparılması üçün Balakən Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-11056 nömrəli icra qeydinə əsasən müqavilə üzrə vaxtında ödənilməmiş 1641,23 (bir min altı yüz qırx bir manat iyirmi üç qəpik) AZN, hesablanmış cərimə məbləği 866,53 (səkkiz yüz altmış altı manat əlli üç qəpik) AZN (Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş Cavabdeh1 MMC-yə olan borcun və cərimənin hesablanması haqqında maliyyə arayışı etiraza əlavə olunur) və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2532,76 (iki min beş yüz otuz iki manat yetmiş altı qəpik) AZN məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən, hazırda, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilməli olan qalıq borcun məbləği 2250,76 (iki min iki yüz əlli manat yetmiş altı qəpik) AZN təşkil edir. Cavabdeh X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 məhkəməyə ididaya etiraz ərizəsi göndərərək bildirmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanuna və eyni zamanda Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən icra qeydinin aparılması aşağıdakı qaydada həyata keçilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər”. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, tələbkar Cavabdeh1 borclu İddiaçı borcun tələbi haqqında xx.xx.2025-ci il tarixdə bildiriş ünvanlamışdır. Bildirişin borclunun qeydiyyat ünvanına eyni zamanda elektron ünvanına da göndərilməsi barədə qeyd Bildirişdə göstərilmişdir. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş və eyni zamanda bildirişin göndərilməsinə dair qəbz də elektron qaydada sənədlərə əlavə edilərək elektron notariat informasiya sisteminə göndərilmişdir. Odur ki, bildirişin borcluya göndərilməsindən 20 (iyirmi) gün müddət keçdiyini nəzərə alaraq və o cümlədən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsini və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndinin 3-cü və 4-cü bəndini əsas götürərək borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. Aparılmış icra qeydi tamamilə qanuna uyğundur. Borclu İddiaçı iddiasını əsassız hesab edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mülki iş hazırda məhkəmənin icraatındadır və iş üzrə məhkəmənin növbəti hazırlıq iclası xx.xx.2026-cı il tarixinə, saat 15:45-ə təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Lakin göründüyü kimi, İddiaçı barəsində Balaken regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən aparılmış 8İ-11056 nömrəli icra qeydi xx.xx.2025-ci il tarixdə aparıldığı halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi uzun müddət ötürülərək xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq icra qeydinin mübahisələndirilməsi müddəti ötürüldüyündən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının dediyinə görə ona xx.xx.2025-ci il tarixdə icra qeydi barədə məlumat verilmişdir, bildiriş iddiaçıya sms və ya elektron poçt vasitəsilə də göndərilməmiş, göndərildiyini sübut etmək cavabdehin vəzifəsidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın əsassız olması səbəbindən rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, digər cavabdeh X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X6 tərəfindən aparılan icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1093, ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti /VÖEN:**********/ xeyrinə Balakən ray., Katex ərazi d, Katex k. ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 -Asan- Balakən; FİN: xxxxxxx; d/t: xx.xx.1996) **********004 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1641 manat 23 qəpik tutulsun. Bundan əlavə təklif etmişdir ki, borcludan İddiaçı 866 manat 53 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2532 manat 76 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. Reyestrdə 8İ - 11056 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. 25.00 manat haqq tutulub. Balakən rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında 20 avqust 2025-ci il tarixli qərarından görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8İ-11056 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Qərar xx.xx.2025-ci il tarixdə elektron imzalanmışdır. **********004 saylı, xx.xx.2024 tarixli kredit verilməsi haqqında müqaviləyə üzrə əlavə kredit məbləğinin verilməsi haqqında "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, bank borc alana xx.xx.2025-ci il tarixədək illik 60.85 % dərəcəsi ilə 1400 AZN məbləğində kredit verməyi, borc alan isə krediti və bütün digər məbləğləri müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Verilmiş kredit üzrə xidmət haqqının məbləği 197.40 manatdır. 1802/25 nömrəli 18 fevral 2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə 05 nömrəli əlavədən görünür ki, bu əlavə, bir tərəfdən, bundan sonra “Tələbkar" adlandırılan, Azərbaycan Respublikasının Qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor Fuad Muradov şəxsində təmsil olunan “SF X12 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, digər tərəfdən isə bundan sonra “Yeni Tələbkar” adlandırılan Azərbaycan Respublikasının Qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor X9 şəxsində təmsil olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılır. Tərəflər 1802/25 Ns-li, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə dair şərtləri, tərəflər arasında razılaşdırılmış öhdəlikləri və Tələbkarın bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01, 02, 03 və 04 saylı əlavələrdə (siyahı) qeyd edilən müştəri portfeli üzrə borc qalıqlarına dair bütün hüquqların Yeni Tələbkara ötürülməsini təsdiq edirlər. Bu əlavədən irəli gələn bütün digər məsələlər və şərtlər, 1802/25 №-li, xx.xx.2025-ci il tarixli müqavilə ilə tənzimlənir. Bu əlavə 1802/25 №-li, xx.xx.2025-ci il tarixli Tələb hüququnun satılması haqqında müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı kredit üzrə əsas borc 1400 manat, faiz borcu 56.07 manat, cərimə borcu 866.53 manat, komissiya borcu 185.16 manat, iddia tələbinin cəmi məbləği 2507.76 manat təşkil edir. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, İddiaçı barəsində **********004 saylı xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi mövcuddur. **********004 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, ona xx.xx.2025-ci il tarixinədək geri qaytarılmaq şərti ilə 1400 AZN məbləğində borc pul vəsaiti verilmişdir. Hal-hazırda 2 507,76 AZN məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Tələb haqqında məhkəməyə müraciət notarius tərəfindən icra qeydinin aparılmasını dayandırmır. Bildiriş həmçinin elektron ünvana və SMS vasitəsilə də göndərilmişdir. 498887 saylı qaimədən görünür ki, bildirişin İddiaçı ünvan 4 ünvanda olmadığından çatdırılması mümkün olmamışdır. Notariat icra qeydi haqqında ərizədən görünür ki, ərizəyə İddiaçı göndərilən bildiriş, əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, maliyyə arayışı göndərilmişdir. Balakən rayon İcra və probasiya şöbəsinin 143183 nömrəli 29 sentyabr 2025-ci tarixli X5 ünvanlanmış məktubundan görünür ki, “EMF elektron icra” informasiya sistemi üzrə sorğu zamanı müəyyən olunmuşdur ki, borclu İddiaçı fiziki şəxs “X11” yanında işləyir, rəsmi gəliri var və icra sənədində göstərilən 2365 manat məbləğində borc ödənilib qurtarana kimi hər ay əmək haqqından 50 faizi tutularaq tələbkarın bank hesabına, köçürülməsi məqsədilə göndərilir. Borclu “İcra Haqqında” X2 nəzərdə tutulmuş könüllü müddət ərzində məhkəmə qərarını icra etməzsə, həmin qanunun 78.1-ci maddəsinə əsasən tələb olunan məbləğin 10% həcmində məcburi icra xərci alınmalıdır. Odur ki, Balakən Rayon Notariat Ofisinin 8İ-11056 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi məcburi qaydada icra edilməli, ödənilməli olan məbləğin 10 faizi dəyərində, yəni 253 manat məbləğində icra ödənişi alınıb Balakən rayon icra və probasiya şöbəsinin məktuba əlavə edilmiş hesabına köçürülməsi məqsədilə göndərilir. “İcra Haqqında” X3 uyğun olaraq əmək haqqından tutulmalar barədə Balakən rayon İcra və probasiya şöbəsinə rəsmi məlumat verilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 161-ci maddəsinə əsasən Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X8 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; [5] b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarına əsasən Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən **********004 saylı, xx.xx.2024 tarixli kredit verilməsi haqqında müqaviləyə üzrə əlavə kredit məbləğinin verilməsi haqqında "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, bank borc alana xx.xx.2025-ci il tarixədək illik 60.85 % dərəcəsi ilə 1400 AZN məbləğində kredit vermişdir. Müqavilənin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Verilmiş kredit üzrə xidmət haqqının məbləği 197.40 manatdır. 1802/25 nömrəli 18 fevral 2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə 05 nömrəli əlavəyə əsasən tələb hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8İ-11056 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə **********004 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 1641 manat 23 qəpik, eyni zamanda 866 manat 53 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2532 manat 76 qəpik pul tutulmalıdır. Cavabdeh1 borclu İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərmiş, bildiriş xx.xx.2025-ci il tarixdə borclu ünvanda olmadığından çatdırılmamışdır. “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. O cümlədən borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh1 tərəfindən bildiriş göndərilsə də, İddiaçı həmin bildirişi faktiki olaraq almamış, bununla da bildirişə cavab məktubu ünvanlamaq hüququndan məhrum olmuşdur. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin iş materiallarından görünür ki, cavabdeh X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı verilmiş kredit üzrə xidmət haqqı ilə razı olsa da, əsas, faiz və cərimə borcunu mübahisələndirir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması ilə müəyyən edilir. Lakin həmin siyahıda nəzərdə tutulduğu qaydada tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilməmiş, 1641.23 manat borca görə 866.53 manat cərimə (peniya) hesablanmışdır. Məhkəmə Cavabdeh1 notariusun icra qeydinin mübahisələndirilməsi müddətinin ötürülməsi dəlili ilə bağlı qeyd edir ki, İddiaçı icra qeydinin aparılacağı barədə xx.xx.2025ci il tarixli bildirişi almamışdır. Balakən rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar xx.xx.2025-ci il tarixdə elektron imzalanmış, həmin qərarın iddiaçıya təqdim edilməsinə dair sübut icra işində aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə isə İddiaçı iş yerinə əmək haqqından tutulma ilə bağlı məktub göndərilmiş, həmin məktubun da iddiaçıya çatdırılması öz təsdiqini tapmamışdır. İddiaçı icra qeydi barədə Balakən rayon İcra və probasiya şöbəsi vasitəsilə xx.xx.2025-ci il tarixdə məlumat aldığını bildirmişdir. İddiaçının həmin tarixdən daha əvvəl notariusun icra qeydindən məlumatının olmasına dair və icra qeydinin mübahisələndirilməsi müddətinin ötürülməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 8İ-11056 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 və Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 8İ-11056 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X13 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 və Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar