Məhkəmə qərarları › İş №e-2(019)-130/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-130/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-130/2023 27.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi X6, nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətlərində olan 0.10 ha həyətyanı və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payına düşən hissənin naturada ayrılması və cavabdehlərin ona aid torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinin onun və onun azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 onlara məxsus hissədən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı nümayəndəsi X10 iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumibirgə mülkiyyətinə verilmiş, Balakən rayon Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən onun və azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının hər birinin ¼ hissədə paylarının naturada ayrılması və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 onlara düşən hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 20 sentyabr 2021-ci ildə vəfat etmiş mərhum əri X5 miras qalmış Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mərhum əri X8 verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mərhum əri X8 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə onun payının müəyyən edilməsi və naturada bölünməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ona düşən ¼ hissəsindən çıxarılması, birgə nikah dövründə əldə etdiyi 4000 (dörd min) manat pulun Cavabdeh2 alınaraq ona verilməsi və 828 (səkkiz yüz iyirmi səkkiz) manat dəyərində bir ədəd “Redmi Note-9 pro” markalı mobil telefonun Cavabdeh1 alınaraq ona verilməsi, naturada qaytarılması mümkün olmadıqda həmin telefonun dəyəri olan 828 (səkkiz yüz iyirmi səkkiz) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında o, iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 20 sentyabr 2021-ci ildə ölmüş mərhum əri X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mərhum əri X8 verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mərhum əri X8 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən birinci növbəli vərəsə olaraq özünün və azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-258/2022 nömrəli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia təmin edilmiş, 20 sentyabr 2021-ci ildə ölmüş mərhum əri X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mərhum əri X7 ümumi birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən hər birinə ¼ hissə olmaqla birinci növbəli vərəsələr İddiaçı onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı Cavabdeh2 Şamil qızının, cavabdehlər Cavabdeh3, Cavabdeh2 payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, qətnamədən şikayət verilməmişdir. Hal-hazırda o, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumibirgə mülkiyyətinə verilmiş, Balakən rayon Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən onun və azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının hər birinin ¼ hissədə paylarının naturada ayrılması və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 onlara düşən hissəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10,nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki,Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumibirgə mülkiyyətinə verilmiş,Balakən rayon Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin ¼ hissəsi İddiaçı, ¼ hissəsinin ¼ hissəsi isə onun azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının mülkiyyətindədir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən torpaq sahələrindən özünün və azyaşlı qızının payının naturada ayrılmasını və cavabdehlərin onlara aid torpaq sahələrindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/195 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlərlə ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrindən iddiaçı və onun azyaşlı qızının payının naturada ayrılması mümkün deyildir. Odur ki, iddia tələbi təmin edilə bilməz. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-709 KOD40105018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh3 İbrahim oğluna, Cavabdeh2,Cavabdeh1 və X8 Balakən rayonu Xalatala kəndi ərazisindən 1.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 708 A KOD 40115018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Xalatala kəndi ərazisindən Cavabdeh3 İbrahim oğluna, Cavabdeh2, Cavabdeh1 və X8 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-258/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia və qarşılıqlı iddianın təmin edilməsi, 20 sentyabr 2021-ci ildə ölmüş X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən hər birinə ¼ hissə olmaqla birinci növbəli vərəsələr İddiaçı, onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı-Cavabdeh2 Şamil qızının, cavabdehlər Cavabdeh3, Cavabdeh2 paylarının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi tərəfindən 11 aprel 2023-cü il tarixdə verilmiş 10/195 nömrəli ekspert rəyindən görünür ki,Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” Publik hüquqi şəxs tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Qərardadın 1-ci sualı üzrə: Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin naturada yeri müyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçı və onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı Cavabdeh2 Şamil qızının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan JN-708 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 708 M cizgisində göstərilən 0.51 ha torpaq sahələrinin naturada ölçüləri ümumilikdə həyətyanı ərazi ilə birlikdə 0.55 hektardır. Həmin mübahisəli ərazi hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən faktiki istifadə vəziyyəti az olduğuna görə ¼ hissəsinin ¼ hissəsi paylarının naturada ayrılması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri yerləşmə vəziyyəti və faktiki istifadə vəziyyətinin kordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 06 iyul 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-2430/2023 nömrəli mütəxəssis rəyindən görünür ki; Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Xalatala kəndində yerləşən 0.10 ha həyətanı, 1.63 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin və 0.10 ha həyətyanı sahəyə bitişik olan JN-708 saylı torpağa mülkiyyət hüququna dair dövlət akının 708 M cizgisində göstərilən mübahisə predmeti olan 0.51 ha torpaq sahələrinin naturada ölçüləri ümumilikdə həyətyanı ərazi ilə birlikdə 0.55 hektardır. Məlumat üçün bildiririk ki, hüquqmüəyyənedici sənədlərdə göstərilən 0.10 ha həyətyanı və 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin birlikdə ölçüləri 0.55 ha göstərilsə də naturada faktiki istifadə olunan həyətyanı və pay torpağının ölçüləri 0.55 hektardır. 2.İddiaçı və onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı Cavabdeh2 Şamil qızının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə ümumi paylı mülkiyyətində olan Balakən rayonu Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan JN-708 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 708 M cizgisində göstərilən 0.51 ha torpaq sahələrinin naturuda ölçüləri ümumilikdə həyətyanı ərazi ilə birlikdə 0,55 hektardır.Faktiki istifadə olunan ərazi hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən az olduğuna görə torpaq sahələrindən hər birinin 1/16 hissə (1/4 hissənin ¼ hissəsi) paylarının,ikisinin birlikdə 2/16 hissə paylarının naturada ayrılması mümkün olmamışdır.Mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərində göstərilən ölçüləri yerləşmə vəziyyəti və faktiki istifadə vəziyyətinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş 10/4332 nömrəli ekspert rəyindən göstərilmişdir ki; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Püblik hüquqi şəxsin Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən aşağıdakılar müəyyən olunur. Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Püblik hüquqi şəxsin Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyində göstərilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2 , Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı və onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı Cavabdeh2 Şamil qızının cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 ilə ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan JN-708 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 708 M cizgisində göstərilən 0.51 ha torpaq sahələrinin naturada ölçüləri ümumilikdə həyətyanı ərazi ilə birlikdə 0.55 hektardır. Həmin mübahisəli ərazi hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən faktiki istifadə vəziyyəti az olduğuna görə ¼ hissəsinin ¼ hissəsi paylarının naturada ayrılması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri yerləşmə vəziyyəti və faktiki vəziyyətinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini, nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Xalatala kəndi ərazisindən 1.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdlir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-258/2022 nömrəli qətnaməsi ilə 20 sentyabr 2021-ci ildə ölmüş X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh2, Cavabdeh1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən hər birinə ¼ hissə olmaqla birinci növbəli vərəsələr İddiaçı, onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı-Cavabdeh2 Şamil qızının, cavabdehlər Cavabdeh3, Cavabdeh2 paylarının müəyyən edilməsi qət edilmişdir. Digər paylı mülkiyyətçilərlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumibirgə mülkiyyətinə verilmiş, Balakən rayon Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən onun və azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının hər birinin ¼ hissədə paylarının naturada ayrılması və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 onlara düşən hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/195 nömrəli ekspert rəyinə əsasən cavabdehlərlə ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrindən iddiaçı və onun azyaşlı qızının payının naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 ümumi paylı mülkiyyətində olan, Balakən rayon Xalatala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən İddiaçı ¼ hissə payının və onun azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh2 Şamil qızının ¼ hissə payının naturada ayrılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətlərində olan 0.10 ha həyətyanı və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payına düşən hissənin naturada ayrılması və cavabdehlərin ona aid torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq və mütəxəssisə ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməli,100 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətlərində olan 0.10 ha həyətyanı və 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payına düşən hissənin naturada ayrılması və cavabdehlərin ona aid torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq və mütəxəssisə ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar