Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1307/2024 29.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin (VÖEN **********) rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu İtitala Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2177,87 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) Maraqlı şəxs1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Balakən rayonu İtitala Bələdiyyəsi (VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixə 2177,87 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Lakin vergi ödəyicisinə borc məbləğlərinin ödənilməsi üçün borc bildirişləri verilməsinə və bank hesablarına sərəncamlar qoyulmasına baxmayaraq, yaranmış borc məbləğləri yenə də ödənilməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçi Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəyə etiraz edərək göstərmişdir ki, hazırda bələdiyyə işçilərinə 1000 manat əmək haqqı borcu vardır. Ödənilməyən əmək haqqının borcu tutulur. Bələdiyyədə yığılan vergilər tələbatı ödəmir. Dövlət sərhədləri bağlı olduğundan onsuz da xaricə gedə bilmir. Ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, ərizədə göstərilən dəlilləri iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********7, **********4 və **********3 nömrəli bildirişlərdən görünür ki, xx.xx.2024-cü il tarixə işsizlikdən sığorta haqqı üzrə ümumilikdə 294.05 manat, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi sosial sığorta haqqı üzrə ümumi 4449.48 manat, icbari tibbi sığorta haqları üzrə ümumi 299.40 manat borcun 5 gün ərzində ödənilməsi Balakən rayonu İtitala Bələdiyyəsindən tələb оlunmuşdur. Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin iş materiallarına əlavəsindən görünür ki, Vergi Məcəlləsinin 89-cu maddəsinin tələblərinə əsasən vergi ödəyicisinə məxsus siyahıya alınacaq, istifadəyə yararlı hər hansı daşınar və daşınmaz əmlak aşkar olunmadığından, siyahıya alma tədbirləri həyata keçirilməmişdir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Balakən rayon İtitala Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs1dur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi olan Balakən rayonu İtitala Bələdiyyəsinə 5 (beş) gün ərzində borcun ödənilməsi üçün bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin vergi orqanı tərəfindən borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Bundan başqa vergi ödəyicisinə məxsus siyahıya alınacaq, istifadəyə yararlı hər hansı daşınar və daşınmaz əmlak aşkar olunmadığından, siyahıya alma tədbirləri həyata keçirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin dövlət büdcəsinə olan ümumilikdə 2177,87 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ərizə təmin olunduğu və ərizəçi hazırki ərizə ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, hüquqi şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs1 100 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 355-5, 355-7-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Balakən rayonu İtitala Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs1 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, seriya və nömrəsi: AZE ********, doğum tarixi: xx.xx.1991) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs1 100 (yüz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1307/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1307/2024
29.12.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver