Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-134/2024 15.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 712 (beş min yeddi yüz on iki ) manat pul vəsaitinin və 77.12 (yetmiş yeddi manat on iki qəpik) manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2023-cü ilin mart ayında tanış olmuşdur. Ortaq tanışları var idi. 2023-cü ilin mart ayında cavabdeh Balakən rayonunda gözəllik salonu açdığını və salonun fəaliyyətini genişləndirmək məqsədi ilə lazer və bədən şəkilləndirmə aparatlarına ehtiyacı olduğunu və gəlinlik paltarlarının icarəyə verilməsi ilə bağlı niyyətini bildirdi. Bu məqsədlə o, cavabdehə mülkiyyətində olan “EPİLYASİYA AVADANLİQLARİNİ: 1). Lazer epilyasiya aparati Diod Jody,2). Grace 2 üz və bədən cavanlaşması üçün çoxfunksiyalı cihaz, 3). G 5 arıqlama aparatını, icarəyə verə biləcəyini bildirmişdir. Lakin gəlinlik paltarlarının alınması üçün müəyyən qədər pul vəsaitinə ehtiyac olmasını ona bildirdi və təklif etdi ki, ən azı 30 ədəd gəlinlik paltarı olsa onları salonunda müştərilərə icarə versə xeyli qazanc əldə edəcəkdir. Bunun üçün ondan 9 800 (doqquz min səkkiz yüz) azn pulu 2023-cü ilin aprel aylarında borc istəmiş və o da cavabdehə inanaraq 9 800 azn pulu cavabdehə vermişdir. May ayında artıq onun mülkiyyətində olan 3 (üç) adda olan epilyasiya avadanlıqları aparatlarını cavabdehin icarəyə götürdüyü gözəllik salonunda cavabdehə təhvil vermişdir.Bundan başqa cavabdeh ondan borc olaraq 9 800 (doqquz min səkkiz yüz) AZN pul almış,həmin pulla 30 ədəd gəlinlik paltarları, gözəllik salonu üçün yumuşaq divan və salon üçün vitrinlər almışdır. Bir müddət sonra cavabdehlə aralarında olan razılığa əsasən cavabdehin icra etməli olduğu öhdəliklərin icra olunmaması səbəbindən o, cavabdehə öz kəskin iradlarını bildirməyə məcbur olmuşdur. Daha sonra isə cavabdehin öhdəliklərin icra etməmə səbəblərini əyani formada öyrənmək üçün Balakən rayonuna getmiş və cavabdehin onun etibarından sözün əsil mənasında istifadə etdiyini, onu aldatdığını öyrənmişdir. Belə ki, Balakən rayonunda cavabdehə təhvil verdiyi gözəllik salonunda 3 (üç) adda olan epilyasiya avadanlıqlarının, nə də ki gəlinliklərin olmadığını görmüşdür. O,artıq məcbur olmuş, xx.xx.2023-cü il tarixində aidiyyatı olan hüquq mühafizə orqanlarına cavabdehin hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün şikayət etmişdir. Nəticədə şikayətinin Balakən rayon polis şöbəsi tərəfindən araşdırılmasına başlanmış və şikayəti əsasında cavabdehdən izahatlar alınmışdır. Cavabdeh izahatında iddia ərizənin təsvir hissəsində qeyd etdiklərini etiraf etmişdir.Yekunda Balakən rayon polis şöbəsində cavabdeh barəsində xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasına rədd edilməsi haqqında Qərar qəbul edilmiş və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi olunmuşdur. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 03 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla ünvan 1 ünvanında yaşayan İddiaçı şikayəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və X2 məhkəmə orqanına müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfində Balakən Rayon Məhkəməsinə ünvanlanmış 22 dekabr 2023-cü il tarixli **********820200 nömrəli məktubdan görünür ki, İddiaçı VÖEN: (**********) xx.xx.2019-cu il tarixdən, Cavabdeh VÖEN (**********) xx.xx.2023-cü il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdırlar. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (VÖEN:**********) xx.xx.2019-cu il tarixdən, Cavabdeh (VÖEN **********) xx.xx.2023-cü il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdırlar. Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirtmək üçün İddiaçı lazer aparatları və gəlinlik libaslarını icarəyə götürmüş, lakin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən onlar arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 24.1-24.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-25.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 32.1, 32.2, 32.3, 32.4 və 32.5, 32.6 və 32.7-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir; hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya minstansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki,MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Məhkəmə onu da diqqətə çatdırır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 06 nömrəli qərarı ilə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına 28-ci bənd əlavə edilmişdir və həmin bənddə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmalarını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair e-2(019)-134/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24-26,32, 44, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair e-2(019)-134/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-134/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-134/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver