Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-15/2025 07.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı və digər iddiaçılar X7, İddiaçı3, İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh və onun nümayəndəsi -vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X7, İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı cavabdehin onlara məxsus ünvan 1 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar X17, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı, Cavabdeh onlara məxsus olan reyestr nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar X17, İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında onlara məxsus olan 0.0399 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 88,8 kv.m sahəsi olan ev vardır. Həmin torpaq sahəsinə və evə reyestr nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ almışlar. Çıxarışdan da göründüyü kimi, torpaq sahəsi və ev onların adına rəsmiləşdirilmişdir.Cavabdeh İddiaçı1 Çinqiz oğlunun, yəni onun bibisidir. Cavabdeh birgə nikahda olduğu şəxsdən ayrıldıqdan sonra onlara gələrək yaşamaq üçün yer istəmişdir. O, onların qohumu olduğundan onun müvəqqəti yaşamasına icazə vermişlər. Daha sonra onlar yaşamaq və işləmək üçün Bakı şəhərinə getmişlər. Həmin vaxt onlara məxsus olan əşyalar və əmlak həmin evdə qalmişdır. İlin müxtəlif vaxtlarında Balakənə gəldikdə həmin evdə qalmış, cavabdehin qalmaq üçün yeri olmadığından həmin evdə qalmasına icazə vermişlər. Lakin son 4-5 ildir ki, cavabdeh onları həmin torpaq sahəsinə və evə buraxmır.İllərdir cavabdehə onlara məxsus olan evi və torpaq sahəsini tərk etməsini bildirsələr də o, buna məhəl qoymamışdır. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayının 05-də cavabdehə yenidən xəbərdarlıq etmişlər. Lakin cavabdeh buna qarşı çıxmış, evi və torpaq sahəsini tərk etməyəcəyini bildirmişdir. Cavabdeh onlara məxsus olan əmlakı zəbt etməkdə, onlara maddi və mənəvi ziyan vurmaqda davam edir. Cavabdehlə apardıqları danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar X7, İddiaçı3, İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, iddiaya qarşı etirazını müdafiə edərək göstərdi ki, iddiaçıların tələbini qanunsuz və əsassız hesab edir. Belə ki, onun atası- xx.xx.1979-cu il tarixdə vəfat etmiş X12, anası isə -xx.xx.1990-cı il tarixdə vəfat etmiş İddiaçı2 Qurban qızı olmuşdur. Valideynləri vəfat edənə qədər hal-hazırda onun yaşadığı ünvan 3 saylı evdə yaşamışdırlar. Özü də doğulduğu gündən həmin evdə yaşamışdır. 1978-ci ildə o, X22 adlı şəxsə ərə getmiş,onunla birgə yaşadıqları dövrdə 2 uşaqları olmuşdur.Cabbarla uzun müddət kirayələrdə yaşamışlar.Cabbarla birgə yaşadıqları dövrdə də o, ünvan 2-də qeydiyyatda olmuşdur.1985-ci ildə Cabbardan ayrılaraq 2 uşağı ilə birlikdə yaşamaq üçün atası evinə qayıtmışdır. Orada anası Əsiyyət, qardaşı X23 ilə birlikdə yaşamışdır. Anası uzun müddət yataq xəstəsi olmuş və özü ona baxaraq qulluq göstərmiş, təsərrüfatı idarə etmiş, kiçik qardaşı Eldara da qulluq etmişdir.O,anası ilə birlikdə yaşadığı müddətdə iddiaçı olan qardaşı X1 yaşamışdır.xx.xx.1990-cı il tarixdə anası İddiaçı2 vəfat edərkən qardaşı X23 hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Eldar işləmək məqsədi ilə X16 getmiş və orada vəfat etmişdir. Eldarın ailəsi və uşaqları olmamışdır. Qardaşı Eldar vəfat edikdən sonra onu Tümen Vilayətindən onun oğlanları Əfqan və Sərxan Balakən rayonuna gətirmiş və Balakən şəhərində dəfn etmişlər. Mərhum qardaşı Eldarın dəfn xərclərini o, çəkmişdir. Eldardan miras qalmış əmlakı da faktiki olaraq hal-hazıra qədər o idarə edir. Belə ki, ondan qalmış mirası faktiki olaraq qəbul etmişdir.Bundan başqa qeyd etmək istəyir ki, qardaşı X17 uzun müddət Rusiyada yaşamışdır. O Balakən rayon sakini İddiaçı3 ilə evlənərək anası Əsiyyət vəfat etdikdən sonra yalnız bir ilə qədər mübahisəli evdə yaşamış,sonra isə ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə getmişdir.Anasının vəfatına qədər o ata evində yaşayaraq anasına qulluq elədiyi müddətdə evdə müəyyən tikinti təmir işləri aparmışdır.Belə ki,ata evi 2 otaq və şüşəbənddən ibarət olmuşdur.O yaşadığı müddətdə evin şüşəbəndini mişar daşı ilə hördürmüş, əlavə olaraq hamam və mətbəx tikdirmişdir. Tikinti işləri bacısı Sevinc Məmmədovanın mərhum əri tərəfindən aparılmışdır.Bunu bacısı Sevinc və qonşuları təsdiq edə bilər. Mübahisəli evdə yaşadığı müddətdə qaz, işıq və sudan istifadə etməyi ilə bağlı müvafiq təşkilatlarla aralarında müqavilələr bağlanılmışdır və ödənişlər onun tərəfindən aparılmışdır. Mübahisəli evin və torpağın vergilərini hər il o, ödəmişdir. O, ata evindən qeydiyyatdan çıxarılmağı ilə bağlı heç bir təşkilata müraciət etməmişdir. Onun xəbəri olmadan onu mübahisəli evdən qeydiyyatdan çıxararaq başqa ünvana qeydiyyata salmışdırlar.Anası İddiaçı2 vəfat edənə qədər təsərrüfat başçısı anası olmuşdur. X19 ailə üzvləri anası vəfat etdikdən sonra təsərrüfata qeydiyyata düşmüşdürlər. JN-303A KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən məlum olur ki, X17 və onun ailə üzvləri olan İddiaçı3, uşaqları Namiq və Əsiyyətin, həmçinin bacısı X13 və qardaşı X9 mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli Qərarı ilə 0.04 ha. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində hal-hazırda onun yaşadığı mübahisəli ev yerləşir. Mübahisəli ata evinə dair xx.xx.1992-ci il tarixdə tərtib olunmuş Fərdi yaşayış evinin Texniki Pasportunun 1-ci vərəqində atası X3 adının üzərindən xətt çəkilərək onun vərəsələrinin anası İddiaçı2 Qurban qızı və uşaqları Çingiz, Sevinc, Eldar və Rahilə Sultanovlar olması, həmçinin xx.xx.1986-cı il tarixdə Notariat Kontoru tərəfindən Reyestr nömrəsi 516 olan X20 şəhadətnamənin verildiyi qeyd olunmuş və Balakən rayon Texniki İnventarlaşdırma bürosunun müdiri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Bu sənəddən də görünür ki, atası Şaban vəfat etdikdən sonra onun adı da onun vərəsələri siyahısında olmuşdur. 13 avqust 2021-ci il tarixdə 2V-549 sayla reyestrdə qeyd edilməklə Balakən Regional “ ASAN xidmət” mərkəzində xüsusi Notariat Ofisi tərəfindən mərhum qardaşı X8 miras qalmış əmlaka dair Qanun üzrə X20 şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən qardaşı Eldardan miras qalmış torpaq sahəsinin ½ hissəsi qardaşı X10 və ½ hissəsi isə bacısı X11 pay olaraq verilmişdir.Bundan başqa valideynlərindən miras qalmış evin mülkiyyətçisi kimi çixarışda qardaşı Sultanov Çingizin adı geyd olunmuşdur. Evin tam olaraq Çingizin adına keçirilməsi də qanunsuzdur.Odur ki, o, Balakən Rayon Məhkəməsində Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamənin və **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Reyestrdəki qeyd ləğv edilməsi barədə iddia qaldırmış,Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)- 38/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamənin ləğv edilməsi; Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamə əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Reyestrdəki qeyd qismən-0.0399 ha həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilməsi; xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 miras əmlakı olan, xx.xx.2021-ci il tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/5 hissəsinə, ümumi əmlakın 1/30 hissəsinə onun miras payı müəyyən edilmişdir.Qətnamə qanuni qüvvəsini almışdır. O,1/30 hissə payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş,müraciəti qeydə alınmışdır. Onun ünvan 3 saylı evdə qeydiyyatda olan X7 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın evə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası hazırda Şəki İnzibati Məhkəməsinin icraatındadır.Onun mübahisəli əmlakda mülkiyyət hüququ vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi-daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində torpaq sahəsininin 2/12 hisssəsi İddiaçı3, torpaq sahəsininin 2/12 hisssəsi İddiaçı2, torpaq sahəsinin 2/12 hissəsi İddiaçı1, fərdi yaşayış evi tam,torpaq sahəsinin 6/12 hissəsi X7 adına qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən 31 avqust 2021-ci il tarixdə verilmiş inventar nömrəsi 4349 reyeystr nömrəsi **********10-10301 olan fərdi yaşayış evininin Texniki Pasportundan görünür ki, Balakən şəhəri, Sabir küçəsi 17 X7 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 119 nömrəli arayışdan görünür ki, mərhum İddiaçı2 Qurban qızının Balakən şəhəri Sabir küçəsində olan torpaq və əmlak vergisi qızı Cavabdeh tərəfindən ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-38/2024 nömrəli qətnaməsinin surətindən görünür ki,həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamənin ləğv edilməsi; Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamə əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Reyestrdəki qeyd qismən-0.0399 ha həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilməsi; xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 miras əmlakı olan xx.xx.2021 tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/5 hissəsinə, ümumi əmlakın 1/30 hissəsinə Cavabdeh miras payının müəyyən edilməsi; iddianın qalan hissədə təmin edilməməsi; cavabdehlər Balakən regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu X2, X4, X5 100 manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116()-450/2025 nömrəli qərardadından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ünvan 3 saylı evdə qeydiyyatda olan X7 adına cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın evə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası hazırda Şəki İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə iddiaçı və digər iddiaçılarının nümayəndəsinin,cavabdehin və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,Cavabdeh iddiaçı X7 bacısı,İddiaçı3 baldızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 bibisidir. ünvan 3 ünvanında yerləşən, mübahisə predmeti olan ev və torpaq sahəsi cavabdehin və iddiaçı Çingiz Sultanovun valideynlərinə məxsus olmuşdur. Onların atası X12 xx.xx.1979-cu il tarixdə, anası İddiaçı2 Qurban qızı isə xx.xx.1990-cı il tarixdə ölmüşlər. Torpaq islahatı zamanı ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə JN 303A KOD 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X7, X9, İddiaçı3, X6, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh ötən əsrin 90-cı illərindən (cavabdeh 1990-cı ildən, iddiaçı tərəf isə 1998-ci ildən cavabdehin mübahisəli evdə yaşadığını bildirir) həmin evdə yaşayır və oradan istifadə edir.13 avqust 2021-ci il tarixdə 2V-549 sayla reyestrdə qeyd edilməklə Balakən Regional “ASAN xidmət” mərkəzində xüsusi Notariat Ofisi tərəfindən iddiaçı Çingiz Sultanovun və Cavabdeh mərhum qardaşı X8 miras qalmış əmlaka vərəsəlik açılmaqla həmin əmlaka dair Qanun üzrə X20 şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən iddiaçının qardaşı Eldarın vəfatından sonra miras qalmış torpaq sahəsinin 1/2 hissəsi onun qardaşı X10 və 1/2 hissəsi isə bacısı X11 mirasdan pay verilmişdir. 08 dekabr 2021-ci il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X18 mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 3/12 hissəsini hədiyyə olaraq qardaşı X10 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanında 0.0399 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi-daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində torpaq sahəsinin 2/12 hisssəsi İddiaçı3, torpaq sahəsinin 2/12 hissəsi İddiaçı2, torpaq sahəsinin 2/12 hissəsi İddiaçı1, fərdi yaşayış evi tam,torpaq sahəsininin 6/12 hissəsi X7 adına qeydə alınmışdır.Bundan sonra iddiaçılar Cavabdeh evdən və torpaq sahəsindən çıxarılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.Cavabdeh iddiası əsasında Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-38/2024 nömrəli qətnaməsi ilə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamənin ləğv edilməsi; Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində 13 avqust 2021-ci il tarixdə 2V-549 nömrə ilə tərtib edilmiş qanun üzrə X20 şəhadətnamə əsasında verilmiş qeydiyyat nömrəsi **********10-10301 olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Reyestrdəki qeyd qismən-0.0399 ha həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilməsi; xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 miras əmlakı olan xx.xx.2021 tarixdə verilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0399 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/5 hissəsinə, ümumi əmlakın 1/30 hissəsinə Cavabdeh miras payının müəyyən edilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh 1/30 hissə payının daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir,müraciəti qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırkı işin materiallarından göründüyü kimi Cavabdeh ünvan 3 ünvanında yerləşən, mübahisəli torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28). Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 31). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 32). 56. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki,əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2 - § 33). Məhkəmə vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir.Başqa sözlə,ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur.Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.Şübhəsizdir ki, cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək.Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi-§ 29- 30).Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28).“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34).Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30).Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz.Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir (§ 23- 27). 76. Yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı məqamda iddiaçılar tərəfindən cavabdehin evdən çıxarılması mümkün deyildir. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-233/2025-ci il tarixli qərarına əsaslanır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar X7,İddiaçı3, İddiaçı2 İddiaçı1 Cavabdeh qarşı cavabdehin onlara məxsus ünvan 1 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia əsassız olduğundan rədd edilməlidir.İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar X7, İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı cavabdehin onlara məxsus ünvan 1 ünvanında yerləşən 0.0399 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia əsassız olduğundan rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-15/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-15/2025
07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver