Məhkəmə qərarları › İş №e-2(019)-151/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-151/2023

13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-151/2023 13.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını isə 20 may 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində 91 sayla rəsmiləşdirmişlər. Cavabdehlə olan birgə nikahdan 13 sentyabr 2009cu il tarixdə Ayşə adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Bu səbəbdən xasiyyətləri uyğun gəlmədiyinə görə 2015-ci ilin əvvəllərindən ondan ayrılmışdır. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli, 2(019)-818/2015 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması qət edilmişdir. Balakən rayonu Gərəkli kəndində 0.07 ha həyətyan torpaq sahəsi və onun üzərində yerləşən 21.10 kvm-dən ibarət fərdi yaşayış evi vardır. 0.07 ha həyətyanı torpaq sahəsi onun, X1 və X2 adınadır. xx.xx.2019-cu il tarixində sözügedən əmlaklara reyestr nömrəsi **********36-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesteri xidmətindən çıxarış almışdır. Cavabdeh onunla nikahları pozulduğu vaxtdan bəri onun mülkiyyətində olan 0.07 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evini zəbt edərək, onu ora buraxmır. Onun bu hərəkətləri nəticəsində sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Eyni zamanda bildirir ki, 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evini Cavabdeh ilə nikaha girməzdən qabaq əldə etmişdir. Fərdi yaşayış evi 1995-ci ildə tikildiyindən, cavabdehlə isə 2008-ci ildə evləndiyindən və 2015-ci ildə nikahları pozulduğundan cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini zəbt etməklə orada yaşaması qanunsuz və əsassız olmaqla birbaşa onun mülkiyyət hüquqlarına müdaxilədir. İş materiallarından da müəyyən olunur ki, cavabdehin yaşadığı və Gərəkli kəndində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmış qaydada İddiaçı mülkiyyətindədir. Yəni mülkiyyətçi İddiaçı qeyd olunan mübahisəli evin qanuni sahibidir. Cavabdeh iddiaçının ailə üzvü olmadığından iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna malik deyildir. Ona görə də Cavabdeh qeyd edilən evdə yaşaması üçün qanuni əsas yoxdur. Onun həmin evdə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur və həmin hüququnun toxunulmazlığına xələl gətirir. Buna görə də o, Cavabdeh mülkiyyətimdə olan 0.07 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət 1995-ci ildə inşa edilmiş 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evindən çıxarılmağını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. İş üzrə xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, həmçinin qızı ilə həmin evdə yaşadığını və evdən istifadə hüquqlarının tanınması üçün məhkəməyə müraciət etmədiyini, alternativ olaraq atasına məxsus evin olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh 13 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası MPM) 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, Cavabdeh adında həyətyanı torpaq sahəsi yoxdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən 05 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 362528 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 13 sentyabr 2009-cu il tarixdə doğulmuş, atası İddiaçı, anası isə Cavabdeh göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********36-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə İddiaçı, torpaq sahəsi ümumi birgə X1, torpaq sahəsi ümumi birgə X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********05-10301 olan, 07 invertar qeydiyyat nömrəli 27 may 2019-cu il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 2(019)-818/2015 nömrəli 05 noyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 20 may 2009-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 91 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaqları azyaşlı 13 sentyabr 2009-cu ildə anadan olmuş X3 anası Cavabdeh yanında qalması, 05 noyabr 2015-ci il tarixdən başlayaraq azyaşlı 13 sentyabr 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 65 manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, iddia predmetini təşkil edən Balakən rayonu Gərəkli kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən cavabdehlə birgə nikahdan əvvəl-1995-ci ildə tikilmişdir. İddiaçı Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi evlənmiş, nikahları isə 20 may 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində 91 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından 13 sentyabr 2009-cu il tarixdə X6 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-818/2015 nömrəli 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 20 may 2009-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 91 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları azyaşlı 13 sentyabr 2009-cu ildə anadan olmuş X6 anası Cavabdeh yanında saxlanılmış, 05 noyabr 2015-ci il tarixdən başlayaraq azyaşlı 13 sentyabr 2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 65 manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********36-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evi tam və 0,07450 ha torpaq sahəsi ümumi birgə İddiaçı, torpaq sahəsi ümumi birgə X1 və torpaq sahəsi ümumi birgə X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh ona məxsus evdən və torpaq sahəsindən çıxarılmasını tələb edir. Lakin cavabdeh iddiaçı ilə nikahlarının Balakən Rayon Məhkəməsinin 2(019)- 818/2015 nömrəli 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmasına baxmayaraq İddiaçı məxsus evdən və torpaq sahəsindən çıxmaqdan imtina edir. Həmçinin Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan evdən istifadə hüququnun müəyyən olunmasını xahiş etməmiş, bu tələblə bağlı iddia ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh məhkəmə iclasında valideynlərinə məxsus evin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərnin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasəsən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-cı maddəsinə əsasən mülkkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyəti açıqlanmaqla, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edir. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, alə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsnin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notarial qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəlarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüqqui mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslarla və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Qeyd etmək lazımdır ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). İş materiallarından görünür ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi İddiaçı tərəfindən cavabdehlə birgə nikaha girməzdən əvvəl 1995-ci ildə tikilsə də, İddiaçı həmin fərdi yaşayış evinə tam, evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alındığı vaxt iddiaçı ilə cavabdeh arasında nikah münasibətləri artıq mövcud deyildi. Belə ki, işdəki sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)-818/2015 nömrəli 05 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Sözügedən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınan vaxt Cavabdeh İddiaçı qanunda nəzərdə tutulmuş ailə üzvü, digər ailə üzvü, yaxın qohumu və digər qohumları sırasına daxil olmamışdır. İddiaçı Cavabdeh saxlamaq vəzifəsi daşımır. Cavabdeh İddiaçı keçmiş ailə üzvüdür. Lakin Cavabdeh sözügedən həmin fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun müəyyən olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, bunu xahiş etməmiş, maddi vəziyyəti və diqqətə layiq digər hansısa halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh tərəflər arasında 05 noyabr 2015-ci il tarixdən ailə münasibətlərinə xitam verildikdən sonra, eyni zamanda iddiaçının evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alındığı xx.xx.2019-cu ildən də halhazıradək həmin evdə yaşayır və həmin torpaq sahəsindən istifadə edir. Beləliklə Cavabdeh nikahın pozulduğu 05 noyabr 2015-ci il tarixdən hazırki vaxtadək həmin evdə yaşadığı vaxt 7 ildən artıq müddət, evin və torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydə alındığı xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək yaşadığı müddət isə 4 ilə yaxın müddət edir. Cavabdeh hazırki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4cü maddələrinin tələbləri, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respubikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqe baxımından İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə sahiblik etmək və həmin evdən istifadə etmək hüququna malik deyildir. Bu konteksdə məhkəmə qeyd edir ki, sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadan Cavabdeh həmin evdə yaşamaqla evə və torpaq sahəsinə sahiblik etməsi və evdən istifadə etməsi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş mənzil hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, evə heç bir hüququ olmayan cavabdehin həmin evdə qalması və həmin evə və evin yerləşdiyi torpaq sahəsinə qanunsuz sahiblik və istifadəni həyata keçirməsi İddiaçı mülkiyyət və mənzil hüquqlarına əsassız müdaxilədir; belə bir müdaxilə qanunda nəzərdə tutulmamışdır, bu müdaxilə hər hansı ictimai maraq tələblərinə uyğun deyildir, məqsədə mütənasib deyildir və demokratik cəmiyyətdə zəruri deyildir. Belə ki, mülkiyyət hüquqlarının belə məhdudlaşdırılmasının müddəti müəyyən olunmamış, mülkiyyətə müdaxilə ilə bağlı iddiaçıya hər hansı kompensasiya ödənilməmiş, bununla da iddiaçı ağır maddi məhrumiyyətlər yükünə məruz qalmaqla hüquqlar arasında ədalətli tarazlıq prinsipi pozulmuşdur. Şübhəsizdir ki, bu müdaxilə ilə cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan əmlaka sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları və bu hüquqların məcmusunda ifadə olunan mülkiyyət hüquqları pozulur. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X8 zavodları Yunanıstana qarşı, X4rşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1)müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır;5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Hazırki işdə İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan evə və torpaq sahəsinə cavabdehin istifadə hüququnun qəbul edilməsi üçün, bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Belə ki, mövcud halda bu müdaxilənin hansı qanuni məqsəd daşıması, hansı təxirəsalınmaz ictimai tələbata cavab verməsi müəyyən olunmur (qanunda dövlət və bələdiyyə mənzil fondu vasitəsilə vətəndaşların mənzil hüquqlarının təmin edilməsi göstərildiyi halda, konkret fərdin evin mülkiyyətçisi hesabına ona heç bir kompensasiya ödənilmədən istifadə hüququ əsasında mənzillə təmin edilməsi təxirəsalınmaz ictimai tələbat kimi qiymətləndirilə bilməz); evə və torpaq sahəsinə mülkiyyət hüququna müdaxilənin hansı müddəti əhatə etməsi və bunun zəruriliyi barədə cavabdeh tərəfdən hər hansı sübut təqdim olunmamışdır; bu zaman fərdin (İddiaçı) mülkiyyət hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığın gözlənilməsi öz əksini tapmamışdır; evin və torpaq sahəsinin mülkiyyətçisinə səmərəli, ağlabatan və vaxtında ödənilən hər hansı kompensasiya təklif edilməmişdir. Əks hal, yəni cavabdehə evdən və torpaq sahəsindən istifadə hüququnun qəbul edilməsi ilə əlaqədar iddianın rədd edilməsi İddiaçı mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Belə ki, İddiaçı səmərəli və ağlabatan kompensasiya ödənilməməklə göstərilən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqlarının məhdudlaşdırılması, onun həmin evə və eyni zamanda ümumi birgə mülkiyyət hüququ əsasında torpaq sahəsinə sahiblik, stifadə və sərəncam vermək kimi hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılması kimi ağır məhrumiyyətlərə məruz qoyulması fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığın pozulmasına gətirib çıxarardı. Bu da heç şübhəsiz İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının pozuntusu olardı. Məhkəmə hesab edir ki, mülkiyyəçi İddiaçı Balakən rayonu Gərəkli kəndində yerləşən bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi üzərində tam və həmin evin yerləşdiyi 0.07 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdeh həmin evin və torpa sahəsinin üzərində istifadə hüquqları yaranmadığı üçün, iddia tələbi sadalanan maddi hüquq normalarına əsasən haqlı sayılmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 13 sentyabr 2009-cu ildə doğulmuş X6 anası Cavabdeh ilə yaşayır, qanuna görə Ayşə on dörd yaşına çatmadığından onun yaşayış yeri anası Cavabdeh yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Qneyd olunanalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və onun üstündə yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verərək,hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 21.10 kvm-dən ibarət bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 21.10 kv.m-dən ibarət bir mərtəbəli bir otaqlı fərdi yaşayış evindən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar