Məhkəmə qərarları › İş №e-2(019)-161/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-161/2025

02.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-161/2025 02.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80,qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, 0.0877 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********17- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 0.0223 ha torpaq sahəsi, İddiaçı2 0.0327 ha torpaq sahəsinin paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, ayrılmış torpaq sahələrindən cavabdehin çıxarılması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 , qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80,qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonu Qullar kəndində 0.0877 ha həyətyanı və ona bitişik olan 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır.xx.xx.2024-cü il tarixdə 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə 0.0877 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 116.60 kvm-dən ibarət fərdi yaşayış evi tam, 0.0223 ha torpaq sahəsi İddiaçı1, 0.0327 ha torpaq sahəsi İddiaçı2, 0.0327 ha torpaq sahəsi Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********17-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçılar ilə cavabdeh arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özlərinə məxsus olan hissənin naturada ayrılmasını və ona sahib olmalarını istəyirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi,Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80,qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/12 hissəsi X5, 3/12 hissəsi Cavabdeh, 4/12 hissəsi İddiaçı1,4/12 hissəsi isə İddiaçı2 adına reyestr nömrəsi **********80 olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən 0.0877 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi-fərdi yaşayış evi tam,0.0223 ha torpaq sahəsi İddiaçı1, 0.0327 ha torpaq sahəsi X3 və 0.0327 ha torpaq sahəsi Cavabdeh adına reyestr nömrəsi **********17-10301 olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.1999ci il tarixdə vəfat etmiş-X5 vərəsələri: BALAKƏN RAYONU, QULLAR Ə/D, QULLAR KƏNDİ ünvanında qeydiyyatda olan ARVADİ- İddiaçı1 QİZİ (AA*******, 24,12.2022 - Asan- Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1964)BALAKƏN RAYONU, KATEX Ə/D, KATEX KƏNDİ ünvanında qeydiyyatda olan QİZİ- İddiaçı2 QİZİDİR (AA*******, xx.xx.2024 - Asan 3, FİN:xxxxxxx, d/t:xx.xx.1989) və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar, Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2024 tarixdə X10 OĞLUNA verilmiş **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1522 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********CU34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın 1/3 hissəsinə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanıldı. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 fevral 2025-ci il tarixdə verilmiş 3-21-3-47/2-765/2025 nömrəli mütəxəssis rəyindən görünür ki,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan,Qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5, Cavabdeh, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.0877 ha həyətyanı torpaq sahəsinin naturada yerləri müəyyən edilmişdir. 2.Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/13 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış, Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılmasının mümkün olan vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

3. Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********17-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yaşayış evinin altındakı torpaq sahəsi İddiaçı1 sahibliyində və istifadəsində saxlanılmaqla 0.0877 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 0.0223 ha və İddiaçı2 0.0327 ha torpaq sahəsinin paylarının birlikdə saxlanılmaqla 0.055 hektar torpaq sahəsinin naturada ayrılması ilə bağlı bildirilir ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 aprel 2025-ci il tarixdə verilmiş 10/461 nömrəli ekspert rəyində göstərilmişdir ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualın həlli məqsədilə, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur. Qeyd olunan mütəxəssis rəyi aşağıdakı kimi tərtib edilmişdir: 1.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0877 ha həyətyanı torpaq sahəsinin naturada yerləri müəyyən edilmişdir. 2.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5,3/12 hissədə Cavabdeh, 4/12 hissədə X1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış, Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılmasının mümkün olan vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3.Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yaşayış evinin altındakı torpaq sahəsi İddiaçı1 sahibliyində və istifadəsində saxlanılmaqla 0.0877 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 0.0223 ha və İddiaçı2 0.0327 ha torpaq sahəsinin paylarının birlikdə saxlanılmaqla 0.0055 hektar torpaq sahəsinin naturada ayrılması ilə bağlı bildiririk ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1,İddiaçı2 və Cavabdeh qohumdurlar, Balakən rayonu Qullar kəndi ünvanında yaşayırlar. Onların Balakən rayonu Qullar kəndində ümumi paylı mülkiyyətlərində 0.1522 ha kənd təsərrüfatı təyinatlı,0.0877 ha həyətyanı torpaq sahələri vardır.xx.xx.2024-cü il tarixdə 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/12 hissəsinə X5, 3/12 hissəsinə Cavabdeh, 4/12 hissəsinə İddiaçı1, 4/12 hissəsinə isə İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçılar ilə cavabdeh arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə iddiaçılar Balakən rayonu Qullar kəndində yerləşən 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özlərinə məxsus olan hissələrin birlikdə naturada ayrılması üçün hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətlərində olan 0.1522 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının naturada bölünməsi mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ünvan 4i ünvanında yerləşən, mübahisəli 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmasını, mülkiyyətçilərdən X5 ölməsini,ondan miras qalan 1/12 hissənin faktiki olaraq Cavabdeh mülkiyyətində olmasını, mübahisənin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında olmasını, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 4/12 hissə olmaqla 8/12 hissə paylarının birlikdə bölünməsini tələb etmələrini, ekspert rəyinə əsasən iddiaçıların 8/12 hissə paylarının birlikdə saxlanılmaqla naturada bölünməsinin mümkün olmasını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X5, Cavabdeh,İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan,Balakən rayonu Qullar kəndi ünvanında yerləşən,Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80,qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə 8/12 hissə payları və mərhum X5 1/12 hissədə və Cavabdeh 3/12 hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 03 aprel 2025-ci il tarixdə verilmiş 10/461 nömrəli ekspert rəyinə əsasən naturada ( rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada) bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ödənmiş 100 manat dövlət rüsumu xərcini tələb etmədiklərindən 100 manat məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməlidir. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. X5, Cavabdeh,İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 4i ünvanında yerləşən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********80 , qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/12 hissədə X5, 3/12 hissədə Cavabdeh, 4/12 hissədə İddiaçı1, 4/12 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydə alınmış 0.1522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə 8/12 hissə payları və mərhum X5 1/12 hissədə və Cavabdeh 3/12 hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 03 aprel 2025-ci il tarixdə verilmiş 10/461 nömrəli ekspert rəyinə əsasən naturada ( rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada) bölünsün. İddiaçılar İddiaçı1 və İddiaçı2 ödənmiş 100 manat dövlət rüsumu xərcini tələb etmədiklərindən 100 manat məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar