Məhkəmə qərarları › İş №e-2(019)-167/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-167/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-167/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona vurulmuş 2499 manat maddi ziyanın və ödənilmiş 44.99 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. X2 2020-ci ilin iyun ayının 7-də Balakən rayonu Yeni Şərif kənd sakini Cavabdeh ilə evlənmiş, lakin onların rəsmi nikahları olmamışdır. 2020-ci ilin oktyabr ayında gəlini Günel ona yaxınlaşaraq əri Süleyman Herayevin şalvarının cibindən 200 manat pula ehtiyacı olduğundan götürdüyünü bildirmişdir. O,icazəsiz pulu götürdüyünə görə onu danlamışdır. Sonrakı gün Günel 200 manat pulu ərinin paltarının cibinə geri qoyduğunu ona bildirmişdir. Lakin o, Süleymanın cibinə baxdıqda həmin pulun yenə də kəsir olduğunu görmüşdür. Bu zaman Günelin ona yalan danışdığını anlamışdır. Sonra ilin dekabr-yanvar aylarında Günel ona yaxınlaşaraq evdə döşəklərin altında saxladığı 1600 manat pulu döşəkləri havalandırmaq üçün həyətə çıxartmaq istədiyi zaman tapdığını, lakin həmin 1600 manat pulu götürmədən geri yerinə qoyduğunu ona bildirmiş, lakin o, həmin pulu qoyduğu yerdə tapmamışdır.Günel də ona guya həmin 1600 manat pulu sonradan baxdıqda özünün də tapmadığını bildirmişdir. Əri Süleyman yataq xəstəsi olduğundan təqaüd kartını Günel saxlayıb 233 manat pensiyasını həmişə alaraq Süleymana vermişdir. Lakin 2020-ci ilin sentyabr ayının pensiyasını aldıqdan sonra Süleyman ona kartın özünün saxlayaraq pulunu yığmaq istədiyini bildirmiş və o da kartını vermişdir. 2020-ci ilin noyabr ayının axırlarında Süleyman öz təqaüd kartının paltarının cibindən itdiyini ona demişdir. Sonra onlar dekabr ayında həmin plastik kartı Beynəlxalq bankda itdiyi üçün bağladaraq yeni təqaüd kartı almışlar. Həmin kart da 2021-ci ilin yanvar ayına qədər Günelin çantasında qalmışdır. 2021-ci ilin yanvar ayında o, kartı Güneldən götürmüş və evdə saxlamışdır. 2021-ci ilin yanvar ayının 15-də pensiyalar vurulduqda Süleymanın 2020-ci ilin oktyabr, noyabr, dekabr-ayarının pensiyasını almaq üçün banka getsə də, cəmi 1 ayın, yəni 2020-ci ilin yanvar ayının 233 manat pulunu ala bilmişdir. Həmin vaxt bilmişdir ki, kartdan 3 ay 233 manat, yəni cəmi 699 manat pulu gəlini Günel çıxarmış və ona deməmişdir. Həmin vaxt o, bu barədə soruşduqda Günel kartdan pul çıxartmadığını ona bildirmişdir. Bundan sonra 2021-ci ilin yanvarında ərinin cibindən 200 manat pulu oğurlamışdır. 2021-ci ilin aprel ayında Günel heç bir əsas olmadan evdən çıxıb atası evinə getmişdir. O, da bundan sonra Günelin oğurladığı pulları araşdırmağa başlamışdır.Bu barədə polisə müraciət etmiş, sözügedən məsələ Balakən RPŞ-də araşdırılmış, cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-23806H-3222 nömrəli məktubda göstərilmişdir: “Balakən RPŞ-nə ünvanladığınız 23 sentyabr 2022-ci İİ tarixli 109-23806H- 3122 saylı müraciətinizə cavab olaraq bildirirəm ki, Sizin 10 iyun 2021 -ci il tarixdə ərizə ilə Balakən RPŞ-nə müraciət edərək keçmiş gəlininiz Cavabdeh sizinlə eyni evdə yaşadığı müddətdə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul oğurluğu etdiyini, əriniz Süleyman Herayevin təqaüd kartını oğurlayaraq 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında hər ay üçün 233 manat olmaqla ümumilikdə 699 manat pulu, 2021-ci ilin yanvar ayında ərinizin yataq otağında olan şalvarının cibindən 200 manat pulu və evdə saxlanılan 1600 manat pulu oğurladığını bildirməniz əsasında toplanmış HK-1/449 saylı material üzrə tərəfimdən araşdırma aparılmış və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir, Siz gəlininiz Cavabdeh 16 aprel 2021 -ci tarixdə söz-söhbət edib yaşadığınız evi tərk edərkən Sizə məxsus əşyaları götürüb aparması ilə bağlı 04 may 2021-ci il tarixdə Balakən RPŞ-nə müraciət etmisiniz, müraciətiniz əsasında araşdırma aparılmış və müraciət mülki -xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də, 03 iyul 2021 -ci il tarixdə icraatımda toplanmış HK-1/449 saylı material üzrə tərəfimdən Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın surəti məlumat üçün dərhal Sizə göndərilmişdir. Həmin 03 iyul 2021-ci il tarixli qərarın surəti təkrar Sizə göndərilməklə nəzərinizə çatdırılır ki, qərardan razı olmadığınız təqdirdə, Balakən Rayon Məhkəməsinə, Balakən rayon prokurorluğuna və ya yuxarı prokurorluq orqanına müraciət etmək hüququnuz vardır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla toplanılmış HK- 1/449 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı oğlu- Şamil Herayev 2020-ci ilin iyun ayının 7-də Cavabdeh ilə evlənmiş, lakin rəsmi nikah bağlamamışlar. Onlar İddiaçı ilə eyni evdə yaşamışlar. 2021-ci ilin aprel ayında Cavabdeh çıxıb atası evinə getmişdir. İddiaçı bundan sonra Cavabdeh onun və ərinin pullarını oğurlaması barədə Balakən RPŞ-nə şikayət ərizəsi vermiş, 03 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla onun şikayəti əsasında toplanılmış HK-1/449 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı əri Süleyman Herayevin şalvarının cibindən 200 manat pulu, evdə döşəklərin altında saxladığı 1600 manat pulu, ərinə məxsus kartdan 699 manat pulu Cavabdeh götürdüyünü iddia etsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-78.1-1-ci maddələrinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda o, ərinə məxsus pulu tələb etməyə səlahiyyəti olmasına dair heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı pul tələbinə dair iddiasını əsassız hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 44.99 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar