Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-169/2023 23.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin "Daşınmaz Əmlakin Dövlət Kadastri və Reyestri" Publik Hüquqi şəxsinin 18 Sayli Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumi birgə mülkiyyətçi kimi qeyd olunduğu Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1337A nömrəli şəhadətnamə və Torpağa Mülkiyyət Hüququna Dair JN 1337 nömrəli Dövlət Aktının İddiaçı məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Qazma kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına əsasən, X9 ailə başçısı olduğu təsərrüfatda onunla birgə oğlu İddiaçı, gəlini X23 və nəvəsi X24 qeydiyyatda olmuş, həmin təsərrüfata aid 0,25 ha həyətyanı torpaq sahəsində 1968-ci il tarixdə fərdi yaşayış evinin, 1998-ci il tarixdə tövlənin tikildiyi, 2000-ci il tarixdə isə xüsusi mülkiyyətlərinə 0,52 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Balakən rayonu Qazma kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına əsasən Cavabdeh1 oğunun ayrıca təsərrüfatı olmuş, onunla eyni təsərrüfatda arvadı X19 qeydiyyatda olmuş, 2000-ci il tarixdə isə xüsusi mülkiyyətlərinə 0,77 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası ərazisində torpaq islahatı aparılan zaman, yəni 1996-cı ilin avqust ayına olan vəziyyətə, 16 may 2020-ci il tarixdə vəfat etmiş, mərhum X9 ailə başçısı olmuş təsərrüfatda iddiaçı qeydiyyatda olmuş, islahat zamanı sonuncunun arvadı X23 atasına məxsus təsərrüfatda qeydiyyatda olmuş, həmin təsərrüfata aid həyətyanı və pay torpaq sahəsi islahat qərarı ilə onun və digər təsərrüfat sahiblərinin mülkiyyətinə verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən, Balakən rayonu Qazma kəndində yerləşən X9 təsərrüfatına məxsus 0,25 ha həyətyanı və 0,52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin təsərrüfatda qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN 1337A nömrəli şəhadətnamə və hüquqları torpağa mülkiyyət hüququna dair JN 1337 nömrəli Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin mülkiyyət sənədlərində İddiaçı adı texniki səhv olaraq Cavabdeh1 kimi göstərilmişdir. Halbuki Cavabdeh1 ümumiyyətlə mərhum Bikə Qarakişiyevanın təsərrüfatında qeydiyyatda olmamış, onun ayrıca təsərüfatı olmuş, adına həyətyanı torpaq sahəsi olmamış, torpaq islahatı zamanı 0,77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və həmin təsərrüfatda qeydiyyatda olan X10 mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN 0081 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh torpaq islahatı zamanı başqa təsərrüfatda qeydiyyatda olmuş, onun qanuni istifadəsində həyətyanı torpaq sahəsi olmamış, texniki səhv olaraq Bikə Qarakişiyeva və ailə üzvlərinin (iddiaçı da daxil olmaqla) qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi və pay torpaq sahəsində dair mülkiyyət sənədlərində cavabdehin adı qeyd olunmuşdur. Hüquqmüəyyənedici sənədlər olan, torpağın mülkiyyətə verilməsinə dair JN 1337A nömrəli şəhadətnamə və hüquqları torpağa mülkiyyət hüququna dair JN 1337 nömrəli Dövlət aktında iddiaçının adı düz göstərilmədiyindən iddiaçı hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi ilə bağlı cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə rəsmi müraciət etmiş, sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bununla yanaşı, hazırda hüquq haqqında mübahisə olduğundan, yəni iddiaçı eyni predmetə hüquqlarının olmasını iddia etdiyindən xüsusi icraat qaydasında deyil, ümumi əsaslarla iddia verilmiş, nəticədə iddiaçı, hüquq müəyyənedici sənəd olan, torpağın mülkiyyətə verilməsinə dair JN 1337A nömrəli şəhadətnamə və hüquqları torpağa mülkiyyət hüququna dair JN 1337 nömrəli Dövlət aktının özünə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Cavabdeh2 nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 1337KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X45 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində 0.52 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 1337A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X5 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 05 may 2022-ci il tarixli 141 №-li arxiv arayışından görünür ki, Balakən rayonu Qazma kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə 1.X20--- A/başçısı (1942,azərb.), 2. İddiaçı—oğlu (xx.xx.1975,azərb.);3.X23-gəlini (xx.xx.1969,azərb.); 4.X24-oğlu (xx.xx.1999, azərb.). Evin tikildiyi il…1968-ci il. Tövlənin tikildiyi il---1998-ci il. Cəmi torpaq sahəsi---0,25/hektarın yüzdə biri ilə/, o cümlədən xüsusi mülkiyyətdə---2000-ci ildə ---0,25 (hektarın yüzdə biri ilə). Fond № 40, Siyahı № 1/1, Sax.vahidi № 414, Səhifə № 11. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva tərəfindən təsdiq olunmuş və Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X36, Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd (qəsəbə) İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X6, Balakən rayonu Qazma Bələdiyyəsinin sədri X11 və Balakən rayonu Qazma kənd sakini İddiaçı iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq olunmuş torpaq payı alacaq subyektlərin siyahısında İddiaçı adı texniki səhv olaraq Cavabdeh1 yazılmışdır. Bunun da nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına hazırlanmış sənədlərdə (Torpaq sahəsinin planı və ölçüsü sənədində, torpaq payı verilmiş subyektlərin adlı siyahısında) texniki səhv olaraq Cavabdeh1 yazılmışdır. Komissiya müəyyən etdi ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə (Torpaq sahəsinin planı və ölçüsü sənədində, torpaq payı verilmiş subyektlərin adlı siyahısında) qeyd olunan Cavabdeh1 adı texniki səhvdir və həmin ad doğru olaraq aşağıdakı kimi yazılmalıdır:İddiaçı (şəxsiyyət vəsiqəsi AZE 0*******). İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd (qəsəbə) İnzibati Ərazi Dairəsinin xx.xx.2022-ci il tarixli 167 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) Cavabdeh1 kimi qeyd olunmuşdur. Odur ki, İddiaçı (şəxsiyyət vəsiqəsi AZE 0*******) ilə adlı siyahıda qeyd olunan Cavabdeh1 eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd (qəsəbə) İnzibati Ərazi Dairəsinin xx.xx.2022-ci il tarixli 471 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) X3 qeyd olunmuşdur. Odur ki, X20 (ölüm şəhadətnaməsi AZ-İİ 069118) ilə adlı siyahıda qeyd olunan X15 eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilən 19 may 2020-ci il tarixdə verilmiş AZ-İİ 069118 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin may ayının 19 günündə 15 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZE 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı (soyadı, adı və atasınvın adı) İddiaçıdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Cavabdeh2 İddiaçı ünvanlanmış 18 iyul 2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, onun Balakn rayonu Qazma kəndi ünvanda yerləşən 0,5197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1647A KOD 40103018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X8, X29, X16, X17, X18 və X12 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndində 0.24 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1647A KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X45 görünür ki, X8, X29, X16, X17, X18 və X12 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndində 1.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 68 №-li arayışından görünür ki, xx xxxxxx 1972-ci il təvəllüdlü Cavabdeh1 Qazma kənd İƏD nümayəndəliyinin 01 saylı təsərrüfataşına kitabının 32 saylı səhifəsində 15 nömrəli şəxsi hesabda təsərrüfat başçısı olaraq ayrıca təsərrüfatı vardır. Onun təsərrüfatında özündən başqa təsərrüfat üzvləri və ona məxsus fərdi yaşayış evi yoxdur. Ona məxsus Torpağa Mülkiyyət Hüququna Dair 81 nömrəli Torpaq Aktında onun adında 0.77 ha torpaq sahəsi vardır. 1996-cı ildə Gürcüstan Respublikasında yaşayır və orada işləyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 744 №-li arayışından görünür ki, Cavabdeh1 Qazma kənd İƏD nümayəndəliyinin 01 saylı təsərrüfataşına kitabının 15 saylı şəxsi hesabında ayrı təsərrüfatı vardır və həmin təsərrüfatın qeydiyyatındadır. Özündən başqa ailə üzvləri yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 743 №-li arayışından görünür ki, Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1 saylı təsərrüfataşına kitabında İddiaçı təsərrüfatında qeydiyyatda olanlar aşağıdakılardır:1.X1 1969, 2.X14 1999, 3.X7 2002. Qeyd:Cavabdeh1 həmin təsərrüfatda qeydiyyatda yoxdur.Başqa təsərrüfatda qeydiyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 21 sentyabr 2022ci il tarixli 110 №-li arxiv arayışından görünür ki, Balakən rayonu Qazma kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə 1.X20--- A/başçısı (1942,azərb.), 2. İddiaçı—oğlu (xx.xx.1975,azərb.); 3.X23-gəlini (xx.xx.1969,azərb.); 4.X24-oğlu (xx.xx.1999, azərb.). Evin tikildiyi il…1968-ci il. Tövlənin tikildiyi il---1998-ci il. Cəmi torpaq sahəsi---0,25/hektarın yüzdə biri ilə/, o cümlədən xüsusi mülkiyyətdə---2000-ci ildə ---0,25 (hektarın yüzdə biri ilə). 1996-2000-ci illər üzrə 1.Cavabdeh1---A/başçısı (xx.xx.1972, azərb.);2.X19---arvadı (-.08.1970.azərb.). Evin tikildiyi il---qeyd edilməyib.Cəmi torpaq sahəsi---qeyd edilməyib. O cümlədən xüsusi mülkiyyətdə-2000-ci ildə---0,77/hektarın yüzdə biri ilə/. Fond № 40, Siyahı № 1/1, Sax.vahidi № 414, Səhifə № 11,23. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Cavabdeh2 Balakən rayon Vəkil Bürosuna ünvanladığı arayışdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən idarələrinə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Balakən rayonu Qazma kəndi ərazisində Cavabdeh1 və X10 adlarına JN-0081 nömrəli Torpağa Mülkiyyət Hüququna X49 sənədində qeyd olunan 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh1 və X4 adlarına JN-1337 nömrəli Torpağa Mülkiyyət Hüququna X49 sənədində qeyd olnan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Cavabdeh1 və X4 adlarına JN-1337A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədində qeyd olunan 0,25 ha həyətanı torpaq sahələrinin olması qeyd edilmişdir. Qeyd olnan torpaq sahələri üzərində ərazi idarəsində əməliyyat aparılmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Qazma kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına əsasən, X9 ailə başçısı olduğu təsərrüfatda onunla birgə oğlu İddiaçı, gəlini X23 və nəvəsi X24 qeydiyyatda olmuş, həmin təsərrüfata aid 0,25 ha həyətyanı torpaq sahəsində 1968-ci il tarixdə fərdi yaşayış evinin, 1998-ci il tarixdə tövlənin tikildiyi, 2000-ci il tarixdə isə xüsusi mülkiyyətlərinə 0,52 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Balakən rayonu Qazma kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına əsasən Cavabdeh1 oğunun ayrıca təsərrüfatı olmuş, onunla eyni təsərrüfatda arvadı X19 qeydiyyatda olmuş, 2000-ci il tarixdə isə xüsusi mülkiyyətlərinə 0,77 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası ərazisində torpaq islahatı aparılan zaman, yəni 1996-cı ilin avqust ayının 02nə olan vəziyyətə, 16 may 2020-ci il tarixdə vəfat etmiş, mərhum X9 ailə başçısı olmuş təsərrüfatda İddiaçı qeydiyyatda olmuş, islahat zamanı onun arvadı X23 atasına məxsus təsərrüfatda qeydiyyatda olmuş, həmin təsərrüfata aid həyətyanı və pay torpaq sahəsi islahat qərarı ilə onun və digər təsərrüfat sahiblərinin mülkiyyətinə verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən, Balakən rayonu Qazma kəndində yerləşən X9 təsərrüfatına məxsus 0,25 ha həyətyanı və 0,52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi həmin təsərrüfatda qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilmiş, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1337A nömrəli şəhadətnamə və Torpağa Mülkiyyət Hüququna dair JN 1337 nömrəli Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin mülkiyyət sənədlərində İddiaçı adı texniki səhv olaraq Cavabdeh1 kimi göstərilmişdir. Halbuki Cavabdeh1 ümumiyyətlə mərhum Bikə Qarakişiyevanın təsərrüfatında qeydiyyatda olmamış, onun ayrıca təsərüfatı olmuş, adına həyətyanı torpaq sahəsi olmamış, torpaq islahatı zamanı 0,77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və həmin təsərrüfatda qeydiyyatda olan arvadı X10 mülkiyyətinə verilmiş, hüquqları Torpağa Mülkiyyət Hüququna Dair JN 0081 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, Cavabdeh1 torpaq islahatı zamanı başqa təsərrüfatda qeydiyyatda olmuş, onun qanuni istifadəsində həyətyanı torpaq sahəsi olmamış, texniki səhv olaraq Bikə Qarakişiyeva və ailə üzvlərinin (iddiaçı da daxil olmaqla) qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi və pay torpaq sahəsində dair mülkiyyət sənədlərində cavabdehin adı qeyd olunmuşdur. Hüquqmüəyyənedici sənədlər olan, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1337A nömrəli şəhadətnamə və Torpağa Mülkiyyət Hüququna Dair JN 1337 nömrəli Dövlət Aktında iddiaçının adı düz göstərilmədiyindən İddiaçı hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Cavabdeh2nə rəsmi müraciət etmiş, lakin həmin idarə bundan imtina edərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bununla yanaşı, hazırda hüquq haqqında mübahisə olduğundan xüsusi icraat qaydasında deyil, ümumi əsaslarla iddia verilmiş, iddiaçı hüquq müəyyənedici sənədlər olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1337A nömrəli şəhadətnamə və Torpağa Mülkiyyət Hüququna Dair JN 1337 nömrəli Dövlət Aktının özünə məxsus olmasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilən faktın müəyyən edilməsi iddiaçıya sözügedən torpaq sahələrinə mülkiyyət hüquqlarını qeydə aldırmaq və həmin torpaq sahələri üzrə mülkiyyət hüquqlarını həyata keçirmək üçün lazımdır. Ərizəçi bunu təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri nöqteyi-nəzərindən bu şərtlərin hamısı hazırki işdə mövcuddur. Belə ki, JN 1337A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə JN 1337 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X49 hüquqmüəyyənedici sənədlərdir, ərizəçinin həmin sənədlərdə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir (üstüstə düşmür), həmçinin məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, JN 1337A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olması müəyyən edilməlidir. Həmçinin iş üzrə 100 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin "Daşınmaz Əmlakin Dövlət Kadastri və Reyestri" Publik Hüquqi şəxsinin 18 Sayli Zaqatala Ərazi İdarəsindən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : İddia təmin edilsin. JN 1337A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X47 İddiaçı məxsus olması müəyyən edilsin; iş üzrə 100 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin "Daşınmaz Əmlakin Dövlət Kadastri və Reyestri" Publik Hüquqi şəxsinin 18 Sayli Zaqatala Ərazi İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-169/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-169/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver