Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-171/2024 07.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsivəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 , İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 0.1985 ha həyətyanı torpaq sahəsinin 3/10 hissəsinə İddiaçı1, 2/10 hissəsinə İddiaçı3, 2/10 hissəsinə İddiaçı2, 3/10 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları qeydə alınmış, ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu Mahamalar kəndi ünvanında yerləşən 0.1985 ha həyətyanı torpaq sahəsindən iddiaçıların 7/10 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Mahamalar kəndi ünvanında yaşayırlar. Cavabdeh onların yaxın qohumudur. Balakən rayonu Mahamalar kəndində ümumi paylı mülkiyyətlərində 0.1985 ha həyətyanı torpaq sahələri vardır. xx.xx.2022-ci il tarixdə 0.1985 ha həyətyanı torpaq sahəsinin 3/10 hissəsinə İddiaçı1, 2/10 hissəsinə İddiaçı3, 2/10 hissəsinə İddiaçı2, 3/10 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********08-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hazırda iddiaçılar ilə cavabdeh arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özlərinə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmağını istəyirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1985 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi, torpaq sahəsinin 3/10 hissəsi və fərdi yaşayış evi tam olaraq İddiaçı1, torpaq sahəsinin 2/10 hissəsi İddiaçı3, torpaq sahəsinin 2/10 hissəsi İddiaçı2 və torpaq sahəsinin 3/10 hissəsi Cavabdeh adına reyestr nömrəsi **********08-10301 olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 07 yanvar 2022ci il tarixdə verilmiş 208 nömrəli fərdi yaşayış evinin Texniki Pasportu İddiaçı1 adına verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22 fevral 2024-cü il tarixdə verilmiş 3—21-3-47/2-673/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətdə olan , Balakən rayon Mahamalar kəndində yerləşən 0.1985 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan, Balakən rayon Mahamalar kəndində yerləşən 0.1985 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/10 hissə,İddiaçı3 2/10 hissə, İddiaçı2 2/10 hissə olmaqla 7/10 hissə payın birlikdə və fərdi yaşayış evi onlara aid hissədə saxlamaqla naturada ayrılması mümkündür. İddiaçılar və cavabdehin paylarına düşən hissələrin mümkün olan bölgüsü yerquruluşu planında göstərilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 avqust 2024-cü il tarixdə verilmiş 3- 16-16/2-10/451nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur; Qərardadın 1-ci sualı üzrə: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan, Balakən rayon Mahamalar kəndində yerləşən 0.1985 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, Balakən rayon Mahamalar kəndində yerləşən 0,1985 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/10 hissə, İddiaçı3 2/10 hissə, İddiaçı2 2/10 hissə olmaqla 7/10 hissə payları birlikdə və fərdi yaşayış evi onlara aid hissədə saxlanılmaqla naturada ayrılması mümkündür.İddiaçılar və cavabdehin paylarına düşən hissələrin mümkün olan bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh qohumdurlar, Balakən rayonu Mahamalar kəndi ünvanında yaşayırlar. Onların Balakən rayonu Mahamalar kəndində ümumi paylı mülkiyyətlərində 0.1985 ha həyətyanı torpaq sahələri vardır. xx.xx.2022-ci il tarixdə 0.1985 ha həyətyanı torpaq sahəsinin 3/10 hissəsinə İddiaçı1, 2/10 hissəsinə İddiaçı3, 2/10 hissəsinə İddiaçı2, 3/10 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********08- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hazırda iddiaçılar ilə cavabdeh arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə iddiaçılar daşınmaz əmlakdan özlərinə məxsus olan hissələrin naturada ayrılması və cavabdehin torpaq sahəsinin onlara aid hissəsindən çıxarılması üçün hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətlərində olan 0.1985 ha olan həyətyanı torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının naturada ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, mübahisəli torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmasını, ümumi paylı mülkiyyətdə olan 0.1985 ha olan həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/10 hissə, İddiaçı3 2/10 hissə, İddiaçı2 2/10 hissə,Cavabdeh 3/10 hissə paylarının naturada ayrılmasının mümkün olmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2i ünvanında yerləşən 0.1985 ha kənd həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/10 hissə, İddiaçı3 2/10 hissə, İddiaçı2 2/10 hissə payları naturada (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada) ayrılmalı,iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 payına verilmiş həmin torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı1 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu və torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün 95 manat, cəmi 195 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı1 ödənilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2i ünvanında yerləşən 0.1985 ha kənd həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/10 hissə, İddiaçı3 2/10 hissə, İddiaçı2 2/10 hissə payları naturada (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada) ayrılsın; iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 payına verilmiş həmin torpaq sahəsindən Cavabdeh çıxarılsın . İddiaçı1 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu və torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün 95 manat,cəmi 195 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı1 ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-171/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-171/2024
07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver