Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-181/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən, ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsindən ona məxsus 6/18 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayır. Balakən rayonu Qabaqçöl qəsəbəsində atası və anasına məxsus 0.2479 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 186.80 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X1nun adına, torpaq sahəsi isə X1nun və anası X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 xx.xx.2002-ci ildə, anası X13 isə xx.xx.2010-cu ildə ölmüşdürlər. Onların ölümündən sonra Balakən rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. 15 noyabr 2019-cu ildə miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Miras əmlakın 1/3 hissəsi ona verilmiş, 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissəsi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Bundan sonra o, 24 yanvar 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.2479 ha həyətyanı torpaq sahəsinin 6/18 hissəsinə və fərdi yaşayış evinin 1/3 hissəsinə reyestr nömrəsi **********73-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. O, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsindən ona məxsus 6/18 hissəsinin naturada ayrılması, payına düşən sahədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)-19/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən İddiaçı məxsus 6/18 hissəsinin məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılması, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)-19/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçı payına düşən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü və payına düşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübuta yetirə bilməmişdir və məhkəmə kollegiyasının 21 aprel 2022-ci il tarixli 2(107)-81/2022 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)- 19/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.Hazırki vəziyyətdə iddiaçıya ayrılacaq torpaq sahəsinin koordinatlarını əldə etmişlər. Eyni zamanda sözügedən iş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyindən də görünür ki, yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsinin 6/18 hissəsindən istifadə etməyə imkan vermir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün yenidən yeni əsaslarla Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş,eyni zamanda göstərmişdir ki,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının payına düşən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü və payına düşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübuta yetirə bilməməsi əsası ilə onların iddiasını rədd etmişdir.Hazırki vəziyyətdə iddiaçıya ayrılacaq torpaq sahəsinin koordinatlarını əldə etmişlər. Eyni zamanda əvvəlki iş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyindən də görünür ki, yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Buna görə də yeni əsaslarla və sübutlarla yenidən Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdırlar. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyun 2023-cü il tarixdə verilmiş 10/208 nömrəli ekspert rəyindən də görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan 0.2479 ha həyətyanı torpaq sahəsindən iddiaçının 6/18 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********73-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi fərdi yaşayış evi 28 №li reyestr kitabının 27 №li vərəqində xx.xx.2020-ci il tarixdə fərdi yaşayış evinin 2/3 və torpaq sahəsinin 10/18 hissəsi X2, torpaq sahəsinin 2/18 hissəsi X10 və fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 16/18 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********73-10301 olan, 219 invertar qeydiyyat nömrəli 23 yanvar 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi fərdi yaşayış evi İddiaçı (1/3 hissə) və X3 (2/3 hissə) adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 iyun 2019-cu il tarixli, 895 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 28 mart 2010-cu ildə ölmüşdür. İş materiallarında olan 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci ildə ölmüş X2 ünvan 1 ünvanında yaşayan qızı İddiaçı (AZE 03871724, xx/xx/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə X4 verilmiş **********73- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 186.80 kv/m olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 5/6 hissəsindən ibarətdir. Miras əmlakın 1/3 hissəsinə Cavabdeh2,1/3 hissəsi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İş materiallarında olan 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə ölmüş X10 ünvan 1 ünvanında yaşayan qızı İddiaçı (AZE 03871724, xx/xx/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı verilmiş **********73- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/6 hissəsindən ibarətdir. Miras əmlakın 1/3 hissəsinə Cavabdeh2,1/3 hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-740/2023 nömrəli mütəxəssis rəyindən görünür ki,İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abakar oğlunun ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0.2479 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti , ölçüləri və koordinatları müəyyən edilmişdir. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan, Balakən rayon Qabaqçöl qəsəbəsində yerləşən 0.2479 ha torpaq sahəsindən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Balakən rayon Qabaqçöl qəsəbəsində yerləşən 0.2479 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.0826 ha torpaq sahəsinin yerləşmə vəziyyəti , ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyun 2023-cü il tarixdə verilmiş 10/208 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan 0.2479 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən,mübahisə predmeti olan 0.02479 ha həyətyanı torpaq sahəsinin 6/18 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı İsayeva X7 rayonu Qabaqçöl qəsəbəsində yaşayır. Balakən rayonu Qabaqçöl qəsəbəsində atası və anasına məxsus 0.2479 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 186.80 kv/m-dən ibarət fərdi yaşayış evi olmuşdur.15 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakın 1/3 hissəsi İddiaçı verilmiş, Cavabdeh2 aid 1/3 hissə və Cavabdeh1 aid 1/3 hissə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır.Bundan sonra İddiaçı 24 yanvar 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.2479 ha həyətyanı torpaq sahəsinin 6/18 hissəsinə və fərdi yaşayış evinin 1/3 hissəsinə reyestr nömrəsi **********73-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. O, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsindən ona məxsus 6/18 hissəsinin naturada ayrılması, payına düşən sahədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)-19/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən İddiaçı məxsus 6/18 hissəsinin məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılması, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)-19/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının payına düşən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü və payına düşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübuta yetirə bilməməsi əsası ilə 21 aprel 2022-ci il tarixli 2(107)-81/2022 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(019)-19/2021saylı qətnaməsini ləğv etmiş və iddia tələbini rədd etmişdir. Bundan sonra İddiaçı yeni sübutlar əldə edərək yeni əsasla və iddia tələbini artırmaqla yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 10/208 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən,mübahisə predmeti olan 0.2479 ha həyətyanı torpaq sahəsindən 6/18 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0,2479 ha məqsədli təyinatlı torpaq sahəsindən İddiaçı 6/18 hissə payının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0.2479 ha həyətyanı torpaq sahəsindən İddiaçı 6/18 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyun 2023-cü il tarixdə verilmiş 10/208 nömrəli ekspert rəyin əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılmalı, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı, İddiaçı payına verilmiş torpaq sahələrinə sahib olması , ondan istifadə etməyinə qarşı yönəlmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0.2479 ha həyətyanı torpaq sahəsindən İddiaçı 6/18 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyun 2023-cü il tarixdə verilmiş 10/208 nömrəli ekspert rəyin əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılsın. Həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar. İddiaçı payına verilmiş torpaq sahələrinə sahib olması, ondan istifadə etməyinə qarşı yönəlmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-181/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-181/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver