Məhkəmə qərarları › İş №e-2(019)-183/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-183/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-183/2025 25.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva) Gülnar Kamil qızının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva) Gülnar Kamil qızının Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızı Cavabdeh qarşı Cavabdeh tərəfindən 2002-ci ildən başlayaraq 2024-cü ilədək müddət ərzində iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızına məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində hər il üçün əldə edəcəkləri 5 ton qarğıdalı məhsulunun 1 tonunun dəyəri 250 manat olmaqla, cəmi 22 il ərzində əldə edəcəkləri 5 ton x 22 = 110 (yüz on) ton qarğıdalı məhsulunun dəyəri olan əldən çıxmış fayda olaraq 27500 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. İddiaçılar İddiaçı4,İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızının nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması dövründə iddia tələbinin dəqiqiləşdirilməsi barədə məhkəməyə ərizə verərək Balakən rayonu Meşəşambul kəndində JN-0228 kod 4010-018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının 228 planşetində qeyd olunmuş 0,87 ha torpaq sahəsində qarğıdalı əkilməsi ilə bağlı 2002-2024-cü illər üzrə əldən çıxmış fayda olaraq 27500 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı4, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə 2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv.m torpaq sahəsinin 0,87 ha hissəsindən Cavabdeh 2002-ci ildən istifadə edir. Həmin torpaq sahəsində onların icazəsi olmadan 142 ədəd fındıq ağacı, 200 ədəd çinar ağacı və s. əkmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına verilmiş JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv/m torpaq sahəsindən onlar istifadə edə bilməmişlər. Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına məxsus JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv.m torpaq sahəsindən iddiaçıların istifadə, sahiblik, sərəncam hüquqlarından məhrum etməklə torpaq sahəsindən özü istifadə etmişdir. Halbuki, 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızı onlara məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində qarğıdalı məhsulu əksəydilər, hər il həmin torpaq sahəsindən 5 (beş) ton qarğıdalı məhsulu əldə edərdilər. 5 ton x 22 il= 110 (yüz on) ton qarğıdalı məhsulu əldə etmiş olardılar. Həmin qarğıdalı məhsulunun 1 tonunu 250 (iki yüz əlli) manatdan hesablanmaqla 110 ton x 250 m = 27500 (iyirmi yeddi min beş yüz) manat əldən çıxmış fayda olaraq əldə edərdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva)Gülnar Kamil qızının nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi -vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, Cavabdeh istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsində olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Bazarov X6 rayon Meşəşambul kəndi X9 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri cavabdehə bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi Cavabdeh istifadəsindədir. Cavabdeh həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, İddiaçı4 ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv/m torpaq sahəsini istifadə etmişdir. Cavabdeh iddiaçıların razılığı ilə həmin torpaq sahəsində 142 ədəd fındıq ağacları,çinar ağacları əkərək oranı bağ formasına salmışdır. 2024-cü ilə kimi o, həmin torpaq sahəsindən istifadə etmişdir. 2024-cü ildən torpaq sahəsi iddiaçıların özlərinin istifadəsindədir. İddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0223 KOD 40109018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı4, İddiaçı1 Hacı qızına, İddiaçı2, Bazarova Günay Kamil qızına, Bazarova Gülnar Kamil qızına Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2-(019)-985/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı1 Hacı qızının, İddiaçı2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı1 Hacı qızının, İddiaçı2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının Cavabdeh qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinin həmin hissədə-yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X1 tərəfindən verilmiş rəydən görünür ki, torpaq sahəsinin münbitliyi,qida maddələrinin təminatı və aqrotexniki xidmət tədbirlərinin vaxtı-vaxtında aparılmasından asılı olaraq 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən il ərzində 7-8 ton qarğıdalı məhsulu əldə oluna bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZGREEN Mühəndislik və Ətraf Mühit Xidməti MMC-nin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə qiymətləndirici X3 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində JN-0228 KOD 40109018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 228 planşetində qeyd olunmuş 902423 kv.m torpaq sahəsində qarğıdalı əkilsə hər il həmin sahədən 5-7 ton qarğıdalı məhsulu əldə etmək mümkün olar.2000-ci ildən 2024-cü ilə qədər olan dövr ərzində 5x24=120 ton qarğıdalı məhsulu əldə etmək olar. 2000-2024-cü illər üzrə bazar araşdırılması nəticəsi olaraq qarğıdalının birinci mənbədən alıb ortalama 1(bir) tonu 250 AZN müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 902423, kv.m torpaq sahəsində qarğıdalı əkilsə idi ,2000-2024-cü illər üzrə ortalama 30000 AZN (120x250 AZN) dəyərində gəlir əldə olunardı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CC/0xx/xx/2025 nömrəli əldən çıxmış mənfəətin və qarğıdalı məhsulunun dəyərinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, əldən çıxmış mənfəətin və qarğıdalı məhsulunun dəyərinin qiymətləndlirilməsi barədə hesabatın nəticəsi olaraq Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2002-2024-cü illərdə orta hesabla 7,5 ton qarğıdalı məhsulu əldə etmək olar və əldə oluna biləcək qarğıdalı məhsulunun ümumi dəyəri 27525 manat müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli 7/736 nömrəli ekspert rəyində göstərilir ki: Tədqiqata təqdim edilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsinin bir illik mövsüm ərzində 0,87 hektarından 1900 kq-1950 kq qarğıdalı məhsulu götürülə bilər. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən qərardadda qoyulmuş ‘‘İddiaçılar İddiaçı4,İddiaçı1,İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızının mülkiyyətində olan, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2022-2024-cü illərdə orta hesabla illər üzrə və ümumimlikdə və əldə oluna biləcək qarğıdalı məhsulunun illər üzrə və ümumilikdə ümumi dəyəri neçə manat təşkil edir sualı ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə iddiaçılar Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Cavabdehlərin bir müddət Bakı şəhərində yaşamalarından istifadə edərək onlara məxsus torpaq sahəsinin 0.87 hа hissəsini cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu zəbt edərək oradan istifadə etmişdir. Lakin 2018-ci ilə kimi iddiaçılar cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlunun torpaq sahəsindən çıxmasını tələb etməmişlər. Onlar 2018-ci ilin əvvəlindən cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlundan özlərinə məxsus torpaq sahəsindən çıxmasını tələb etməyə başlamışlar. Cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən çıxmaqdan imtina etdiyindən Bаzаrоv Kаmil Ömər оğlu , Qаrаlоvа Züleyxа Hаcı qızı , Bаzаrоv Ömər Kаmil оğlu , Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı1 Hacı qızının, İddiaçı2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının Cavabdeh qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra da Cavabdeh torpaq sahəsindən çıxmamış, 2024-cü ilin əvvəlinə kimi oradan istifadə etmişdir. 2024-cü ildə icra sənədinin icrası qaydasında Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmışdır. Cavabdeh dəymiş zərəri ödəmədiyindən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən mübahisəsiz olaraq müəyyən olundu ki, mübahisə predmeti olan Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar torpaq sahəsi iddiaçılar Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətindədir, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və heç vaxt olmamışdır. Qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur ki, Cavabdeh sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir və bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Buna baxmayaraq iş materialları, həmçinin məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatlarından aydın oldu ki, iddiaçılar 2018-ci ilə kimi həmin torpaq sahəsindən istifafdə etmək fikrində olmamışlar və cavabdehə torpaq sahəsindən çıxması ilə bağlı müraciət etməmişlər. Ona görə də məhkəmə 2002-2017-ci illərə aid hissədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, 2024-cü ildə icra sənədinin icrası qaydasında cavabdeh 0,87 ha torpaq sahəsindən çıxarılmış və torpaq sahəsi iddiaçıların istifadəsinə verilmişdir. Bu əsasa görə iddia tələbi 2024-cü ilə aid hissə də əsaslı deyildir. Cavabdeh 2018-2023-cü illərdə sözügedən torpaq sahəsindən istifadə etməsi, cavabdehləri həmin torpaq sahəsinə buraxmaması, bununla da onlara zərər vurması iş materialları ilə tam təsdiq olunur. Əldən çıxmış faydanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan X1 tərəfindən verilmiş rəydə torpaq sahəsindən il ərzində 7-8 ton qarğıdalı məhsulunun əldə oluna bilməsi; "xxxx" MMC-nin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə qiymətləndirici X3 tərəfindən verilmiş rəydə hər il həmin sahədən 5-7 ton qarğıdalı məhsulunu əldə etməyin mümkün olması; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CC/0xx/xx/2025 nömrəli hesabatda 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla 7,5 ton qarğıdalı məhsulu əldə etməyin mümkün olması və nəhayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli 7/736 nömrəli ekspert rəyində Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bir illik mövsüm ərzində 1900 kq-1950 kq qarğıdalı məhsulu götürülə bilməsi qeyd edilmişdir.. X1 tərəfindən verilmiş rəydə, "xxxx" MMC-nin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə qiymətləndirici X3 tərəfindən verilmiş rəydə və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CC/0xx/xx/2025 nömrəli hesabatda 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla götürülə biləcək məhsulun miqdarı qeyd edilsə də, məhsulun istehsalı və əldə olunması üçün çəkilən xərclər nəzərə alınmamışdır. Çəkilən xərclər nəzərə alınmadan əldən çıxmış faydanın hesablanması isə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə rəydə Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bir illik mövsüm ərzində 1900 kq-1950 kq qarğıdalı məhsulu götürülə bilməsi qeyd edilsə də faktiki olaraq əldən çıxmış fayda ilə bağlı rəy verilməmişdir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılara dəymiş ziyanın miqdarının hər il üçün 1950 kq qarğıdalı məhsulunun əldə olunması kimi hesablanması qanuni, əsaslı və ədalətlidir. Bu hesabla 2018-2023-cü illər üçün, yəni altı ilə görə əldə oluna biləcək qarğıdalı məhsulunun miqdarı 11700 kq təşkil edir. İddiaçılar qarğıdalı məhsulunun dəyərini 1 ton üçün 250 manat (1 kq üçün 0,25 manat) hesabı ilə tələb etdiklərindən 11700 kq qarğıdalı məhsulunun dəyəri 2925 manat (11700 x 0,25 = 2925 ) təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2925 (iki min doqquz yüz iyirmi beş) manat alınıb iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənmiş dövlət rüsumu xərcinə görə 49,25 manat Cavabdeh tutulub iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməli,123,75 manat hissəsi iddiaçıların özlərinə aid edilməlidir. 70 manat ekspertiza xərcinin 7,70 manatı Cavabdeh,62,30 manatı isə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızından və Bazarova Gülnar Kamil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin; Cavabdeh 2925 (iki min doqquz yüz iyirmi beş) manat alınıb iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilsin, iddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş dövlət rüsumu xərcinə görə 49,25 manat Cavabdeh tutulub iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilsin,123,75 manat hissəsi iddiaçıların özlərinə aid edilsin. 70 manat ekspertiza xərcinin 7,70 manatı Cavabdeh,62,30 manatı isə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızından və Bazarova Gülnar Kamil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar