Məhkəmə qərarları › İş №e-2(019)-20/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-20/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-20/2024 11.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1,Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3 29/192, İddiaçı2 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsindən paylarının birlikdə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinə dair hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsində mülkiyyətçilərdən X7 21/192, X8 12/192, X2 24/192, Cavabdeh2 24/192, X3 24/192, İddiaçı3 29/192, İddiaçı1 29/192 və İddiaçı2 29/192 hissədə payları vardır. Torpaq mülkiyyətçilərindən X13, X14 vəfat etmiş, Cavabdeh2 isə Şəki Penitensiar cəzaçəkmə müəssisəsində cəza çəkir.X1 şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da Rusiya Federasiyasındadır, X10 isə Balakən rayonu, Hənifə kəndində qeydiyyatdadır. Mülki iş üzrə cavabdehlər torpaq sahəsindən İddiaçı3 29/192 hissə,İddiaçı2 29/192 hissə və İddiaçı1 29/192 hissə paylarının naturada ayırmalarına razı olmadıqları üçün torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur.Cavabdehlərə torpaq sahəsinin paylarına uyğun olaraq naturada ayrılmasına dair müraciət etmələrinə baxmayaraq, nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli 0.813 kv/m torpaq sahəsinin 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122.8 kv/m olmaqla ümumilikdə 368.4 kv/m-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101.6 kv/m olmaqla 304.8 kv/m-dən ibarətdir. Digər mülkiyyətçi olan X7 88.9 kv/m, X8 isə 50.8 kv/m-dən ibarət mülkiyyət payları vardır. 813 kv/m torpaq sahəsindən iddiaçılar üçün 12.3 m uzunluğunda, 3.5 m enində, cəmi 43 kv/m-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq paylarının azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kv/m torpaq paylarından məhrum olacaqlar. Eyni zamanda mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27.2 m uzunluğunda, 12.3 m enində cəmi 0.0368 kvm-dən ibarət sahəyə 12.3m uzunluğunda, 3.5 m enində cəmi 43 kvm-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər X7 21/192 hissə, X8 12/192 hissə, X2 24/192 hissə, Cavabdeh2 24/192 hissə və X3 24/192 hissə paylarının azalmasına səbəb olacaqdır. İddliaçıların iddia tələbi əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərdi ki, o, bu məsələ barədə öz fikrini bildirmək istəmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135638 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135636 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X11 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqları 21/192 hissəsi X7, 12/192 hissəsi X8, 29/192 hissəsi İddiaçı2, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi X2, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 726408 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 05/Q-95/69 saylı arayışdan görünür ki, X6 və İddiaçı1 nikahı haqqında 22 sentyabr 2016-cı il tarixdə 5061 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Balagözova soyadı verilmişdir. Qeyd: Nikah Balakən Rayon Məhkəmsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci ildə 90 №-li akt qeydi ilə Balakən rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/4408 nömrəli ekspert rəyində göstərilmişdir ki, Balakən rayonu Babək küçəsində yerləşən,mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3798/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki,Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar X4,İddiaçı1 və İddiaçı2 paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrıayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3- 16-16/2-10/7417 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki Ərazi idarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın bininci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 torpaq sahəsində paylarının tərəflər arasında ölçüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə : Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə alınmadan iddaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 iyul 2024-cü il tarixli 3-21-3-47/2-2853/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin üç tərəfi qonşu mülkiyyətçilərlə və bir tərəfi isə Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ərazi ilə əhatə olunmuşdur. Mübahisə predmeti olan 0.0813 ha həyətyanı torpaq sahəsinin birbaşa yol ilə sərhədi mövcud deyildir və həmin torpaq sahəsinə giriş yolu ancaq Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının hüdudları daxilindən keçməklə mümkündür. 0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrlmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 iyul 2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/3428 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu ərazisində yerləşən, sahəsi 0.0813 ha torpaq sahəsinin faktiki vəziyyətini,planlı yerləşməsini,əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq,tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Təklif olunan bölgü variantı rəyə əlavə edilmişdir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsivəkili Nümayəndə2 və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X11 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən 0.0813 ha yaşayış məntəqələrinin torpaqlarının 21/192 hissəsi X7, 12/192 hissəsi X8, 29/192 hissəsi İddiaçı2, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi X2, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hazırda öz paylarının naturada ayrılmasını istəyirlər.Cavabdehlər iddiaçıların öz paylarını ayırmalarına razı olmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, Babək küçəsində yerləşən 0.0813 ha torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə qapıların açılmasının mümkün olduğu nəzərə alınaraq,tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarınİ müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 Rəsul qızının, X7, X8, İddiaçı2, İddiaçı1, X2, Cavabdeh2, X3 ümumi paylı mülkiyyətlərində olan, Balakən şəhəri Babək küçəsində yerləşən, 0.0813 ha həyətyanı torpaq sahəsindən İddiaçı3 29/192 hissə, İddiaçı2 29/192 hissə və İddiaçı1 29/192 hissə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçıların ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilməlidir.. Həmçinin 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan X11 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı3, X7,X8,İddiaçı2,İddiaçı1,X2,Cavabdeh2,Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən şəhəri Babək küçəsində yerləşən,0.0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı3 29/192 hissə,İddiaçı2 29/192 hissə və İddiaçı1 29/192 hissə olmaqla birlikdə-87/192 hissə (368 kv/m) payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılsın. Ödənilmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilsin. 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar