Məhkəmə qərarları › İş №e-2(019)-201/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-201/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-201/2023 01.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “ Azəriqaz” X4 X5 idarəsi tərəfindən ona əsassız hesablanmış 1036,80 manat borcun onun abonent hesabından (**********000210) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən şəhəri Heydər Əliyev küçəsində fərdi yaşayış evi vardır. xx.xx.2022-ci il tarixdə Cavabdeh Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin əməkdaşları tərəfindən evinə gələrək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edərək istifadəsində olan qaz sayğacını açaraq götürmüş, dövlət yoxlamasına göndəriləcəyi bildirilmişdir. Daha sonra həmin yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması bildirilmiş, bu barədə akt tərtib olunmuşdur. Cavabdeh Zaqatala RQİİ-nin Balakən xidmət sahəsi heç bir labarator analiz aparmadan bu qənaətə gəlmişlər. Bildirmək istəyir ki, qaz sayğacı evdən kənarda yol sahəsində quraşdırıldığından sayğaca hər hansı zərər vurulsa belə, onun və ailə üzvlərinin qaz sayğacını qorumaq kimi bir imkanları olmamışdır. xx.xx.2022-ci il tarixdə Zaqatala X5ı idarəsinin rəhbərliyi tərəfindən sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması iddia edilərək qazdan pulsuz istifadə etmələri səbəbindən 8640 m3, (1036,80 manat) əlavə borcunun olması qərara alınmışdır. Bu barədə xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə qərara alınmışdır. Yəni onlar heç bir əsas olmadığı halda 1036,80 manat “Azəriqaz" İstehsalat Birliyinə borclanmışlar.Halbuki, sözügedən qaz sayğacı evdən kənarda yol hissədə yerləşdirilmişdir. Onların qaz sayğacını müdafiə etmək və qorumaq kimi bir imkanları yoxdur. Eyni zamanda o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Bu faktı ailə üzvləri də təsdiq edəcəklər. Yolda iri tonnajlı maşınlar və insanlar hərəkətdədirlər. Sayğaca hər hansı müdaxilə olunacağı təqdirdə onun və ailə üzvlərinin bunu görmə və müdaxilə etmə imkanları məhdud dərəcədədir. Bütün bu hallar isə son nəticədə “ Azəriqaz" X4 X5 idarəsinin rəhbərliyi tərəfindən yazılmış əlavə borcun əsassız olduğunu sübut edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərək, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəməyə göndərdiyi etirazını onunla əsaslandırmışdır ki,İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00210 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 991.80 manat borc vardır. Həmin 991.80 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-03094-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir.Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01 iyul 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Qullar kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 sentyabr 2022-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 8940 kub/metr hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “məlumat üçün bildiririk ki, mənzilinizdə istismarda olan xx.xx.2012-cu il tarixdə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə sizin iştirakınızla "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" tərtib edilmiş ******* saylı akta əsasən şəbəkədən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Azəriqaz İB-nin Metrologiya Departamentinin X1 keçirilmiş baxış üzrə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğu müəyyən edilmişdir. Belə ki, mənzildən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş qaz sayğacına verilmiş rəydə qeyd olunanları nəzərə alaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən mənzilinizdə istismarda olmuş G-4 markalı ******* nöməri qaz sayğacı üzrə 8640 kub metr təbii qazın itkisinin yarandığı və həmin sərfiyyat üzrə aparımış hesabat əsasən müəyyən edilmiş 1036.80 manat məbləğin sizin tərəfinizdən ödənilməsi təmin edilməlidir”. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Heydər Əliyev küçəsində yerləşən fərdi yaşayış evi vardır. İddiaçı Cavabdeh İB Zaqatala X5 İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən kənarda, küçədə yol tərəfdən yerləşdirilmişdir. 01 iyul 2022-ci ildə Cavabdeh İB-nin Zaqatala X5 İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və dövlət yoxlanmasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. Sonradan iddiaçının evinə Cavabdeh İB-nin Zaqatala X5 İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 1036,80 manat qazdan istifadəyə görə borcu hesablanması göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun İddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, “ Azəriqaz” X4 X5 idarəsi tərəfindən ona əsassız hesablanmış 1036,80 manat borcun onun abonent hesabından (**********000210) silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “ Azəriqaz” X4 X5 idarəsi tərəfindən İddiaçı əsassız hesablanmış 1036,80 manat borc onun abonent hesabından (**********000210) silinsin. Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar