Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-209/2024 28.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 20000 (iyirmi min) manat maddi ziyanın, ödənilmiş 150 manat dövlət rüsumunun və vəkilə ödədiyi 100 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 31 mart 2021-ci il tarixdə Balakən RİHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yazılan aktla dəyəri 20000 manat olan xırda buynuzlu heyvanları Balakən rayon sakini Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 vermişdir. Həmin akt Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən həmin idarənin möhürü ilə təsdiq edilmişdir. Aktda qeyd olunan pul məbləği ona ödənilməmişdir. Daha sonra digər bir aktda isə 20000 manat məbləğində xırda buynuzlu heyvanların pulunu 2021-ci ilin noyabr ayının 15-nə kimi qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edir ki, həmin heyvanların dəyəri, yəni 20000 manat pul bu günkü günə qədər ona ödənilməmişdir. Həmin işlə əlaqədar o, Cavabdeh2 və Cavabdeh1 haqqında polisə şikayət etmişdir. Polisdə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verilmişdir. Həmin qərardan da görünür ki, cavabdehlərin ona borcları vardır. Ona görə də o, cavabdehlərə qarşı ona dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, hazırki iddianı qaldırmaq üçün 150 manat dövlət rüsumu ödəmiş, həmçinin iddia ərizəsinin tərtib edilməsinə də vəkilə xidmət haqqı olaraq 100 manat ödəmişdir. Yuxarıdakılara əsasən hesab edir ki, məhkəmə xərcləri də (100 manat vəkil xidmət haqqı və 150 manat dövlət rüsumu) cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil Cavabdeh2 aid hissədə iddianı qəbul və etiraf edərək, Cavabdeh2 20000 (iyirmi min) manat maddi ziyanın, ödənilmiş 150 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manat xidmət haqqının alınıb İddiaçı ödənilməsii barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş, Cavabdeh1 aid hissədə isə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, iddianı tam qəbul edir, bu barədə qətnamə çıxarılmasına etiraz etmir. Xırda buynuzlu 185 baş 20000 manat dəyərində malları Cavabdeh2 götürmüş, Cavabdeh1 bu işə heç bir aidiyyatı yoxdur. Qətnamə qəbul edilərkən bu məsələyə münasibət bildirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 məhkəmə iclasına təkrar gəlməməsinin səbəblərini üzrsüz sayıb hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Məhərrəm onu çağırıb qoyun satdığını bildirərək, qoyunları avtomaşına yükləməsini demişdir. 185 baş qoyunu avtomaşına üç dəfə yükləmişlər. Qoyunlar Məhərrəmin idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən iki olardı ki, Məhərrəm onu qoyunları avtomaşına yükləməsi üçün köməyə çağırmış, o da Məhərrəmin maşınına minib fermaya getmişdir. Orada bir qadın və bir kişi var idi. Balakənə gətirilməsi üçün avtomaşına 185 baş qoyun yükləmişlər. Həmin heyvanları “Qazel” markalı avtomaşına yükləmiş və həmin avtomaşın 2-3 reys etmişdir. Onların arasında olan söhbəti eşitməmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsivəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tətbiq edilən Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, HK-1/925 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qəbul edilmiş qərardan narazı olarsa, ona ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna və ya Zaqatala rayon məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi, tərəflər arasında olan mülki mübahisə ilə bağlı olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmələrinin izah olunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Həmin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda bu qərarın qəbul ediliməsinə faktoloji və hüquqi əsas olaraq göstərilmişdir kı, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus 185 baş xırda buynuzlu heyvanı 20000 manat müqabilində Cavabdeh2 ilə razılaşmışdır. Həmin razılığa əsasən Cavabdeh2 həmin heyvanların pulunu 3 ay ərzində ödəməyi öhdəsinə götürmüş və «QAZEL» markalı yük maşını ilə heyvanları Balakən rayonuna aparmışdır. Üç ay keçdikdən sonra Cavabdeh2 nisyə aldığı qoyunlara görə ödəməli olduğu pulu İddiaçı ödəməmişdir. Toplanmış materialdan göründüyü kimi Cavabdeh2 Göyəm kənd sakini İddiaçı nisyə aldığı 185 (yüz səksən beş) baş xırda buynuzlu heyvana görə 20000 manat pul borcu olmuş və bu günədək həmin borcu qaytarmamışdır. Odur ki, tərəflər arasında olan mübahisənin predmeti mülki xarakterli olduğuna görə Azəprbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət iqşinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməli və tərəflər arasında olan mülki mübahisə ilə balı olaraq aidiyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi Azər Qarayevin iştirakı ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Nümayəndə, X4, X1 tərəfindən icra nümayəndəsinin yanında imzalanmış Cavabdeh2 izahatında göstərmişdir ki, Zaqatala rayonu Çökəkoba kənd sakini İddiaçı 20 min dəyərində xırda buynuzlu heyvan götürür. Həmin 20 min pulu iyul ayının axırında İddiaçı verəcək. O, Cavabdeh2 izahatı özü yazdı, öz imzası ilə təsdiqləyir. Özü də Balakən rayon Rüfət Əhmədzadə küçəsində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən verilmiş yazılı iltizamda göstərilir ki, Balakən rayon sakini Cavabdeh2 öz iltizamı ilə yazıb bildirir ki, 31 mart 2021-ci il tarixdə Zaqatala sakini İddiaçı iyirmi min manat dəyərində xırda buynuzlu heyvan götürmüşdür, bu şərtlə ki, iyul ayının axırında həmin məbləği vətəndaşa qaytaracaq. Bu günə kimi qayatrmamışdır. Söz verir ki, 2021-ci ilin noyabr ayının 15-i pulu vətəndaşa verəcək. iltizamı özü yazdı, doğruluğunu imzası ilə təsdiq edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 150 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən Zaqata rayon Vəkil Bürosuna 100 manat vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh2 İddiaçı 31 mart 2021-ci il tarixdə pulunu həmin ilin iyul ayının axırında tam ödəmək şərtilə 185 baş xırda buynuzlu heyvanları 20000 manata nisyə almış, yəni İddiaçı ilə Cavabdeh2 arasında həmin malların nisyə alqı-satqısı müqaviləsi bağlanmış, İddiaçı satıcı kimi həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, həmin malları Cavabdeh2 vermişdir. Sonra isə Cavabdeh2 yazılı iltizam yazaraq həmin xırda buynuzlu heyvanların satış pulunu təşkil edən 20000 manatı 2021-ci ilin noyabr ayının 15-nə kimi İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 nisyə satılmış malların pulunu təşkil edən 20000 manatı İddiaçı ödəməmiş, bununla da müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Bununla da Cavabdeh2 İddiaçı 20000 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də həmin 20000 manat pul Cavabdeh2 alınıb, İddiaçı ödənilməlidir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 150 manat dövlət rüsumu və Zaqatala rayon Vəkil Bürosuna 100 manat vəkil xidmət haqqı ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh2 Məhərrəm oğlunun nümayəndəsi-vəkili Vəkil yazılı ərizə verməklə və aidioyazı və videoyazı protokolunda qeyd edilməklə Cavabdeh2 Məhərrəm oğluna münasibətdə hazırki iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Cavabdeh2 Məhərrəm oğlunun nümayəndəsi-vəkili Vəkil Cavabdeh2 Məhərrəm oğluna münasibətdə hazırki iddianı etiraf etməsi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı 20000 (iyirmi min) manat maddi ziyan, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat xidmət haqqı tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı Cavabdeh2 ilə birlikdə digər Cavabdeh1 özünün xeyrinə həmçinin 20000 (iyirmi min) manat maddi ziyan, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat xidmət haqqı tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı digər Cavabdeh1 qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından, o cümlədən Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, Cavabdeh2 yazılı iltizamlarından, Cavabdeh2 nümayəndəsi-vəkilinin izahatından və işdəki digər sübutlardan görünür ki, sözügedən 185 baş xırdabuynuzlu mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamış, malların verilməsi və onların dəyəri, ödənilməsi müddətləri və sair hallar barədə heç bir şərtləşmə olmamışdır. 185 baş xırda buynuzlu mal-qaranın nisyə alqı-satqısı ilə bağlı İddiaçı ilə digər Cavabdeh2 arasında 31 mart 2021-ci ildə müqavilə bağlanmış, onlar malların satış və alış şərtləri barədə razılığa gəlmiş, Cavabdeh2 həmin mal-qaranın şərtləşdirdikləri satış pulunu təşkil edən 20000 manatı həmin ilin iyul ayının axırına, sonra isə yazılı iltizam yazaraq 2021-ci ilin noyabr ayının 15-nə kimi İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman Cavabdeh1 İddiaçı ilə sözügedən mal-qaranın satışı ilə bağlı heç bir müqavilə bağlamamış, İddiaçı qarşısında müqavilə və ya digər əsaslarla hər hansı öhdəlik götürməmişdir. Belə olan halda Cavabdeh1 İddiaçı qarşısında nə müqavilə üzrə, nə mülkiyyət hüquqlarının qorunmasından yaranan, nə əsassız varlanmadan, nə də mülki-hüquq pozuntularından (deliktlərdən) yaranan hər hansı öhdəliyi mövcud deyildir. İş üzrə İddiaçı Cavabdeh1 da ona 20000 manat məbləğdə maddi ziyan vurmasını, tələb edilən 20000 manat ziyanla Cavabdeh1 hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və ona 20000 manat məbləğdə ziyan vurulmasında Cavabdeh1 təqsirli olmasını təsdiq edən və eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Cavabdeh1 aid tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Qanuna görə (MPM-nin 77.1ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş 100 manat ağlabatan məbləğ hesab edilməklə Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı dəymiş 20000 (iyirmi min) manat maddi ziyan, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödənilmiş 100 manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə- Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; İddiaçı dəymiş 20000 (iyirmi min) manat maddi ziyan, ödənilmiş 150 manat dövlət rüsumu və vəkilə ödənilmiş 100 manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı ödənilsin; iddia qalan hissədə-Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-209/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-209/2024
28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver