Məhkəmə qərarları › İş №e-2(019)-210/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-210/2024

07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-210/2024 07.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı torpaq sahələrində paylarının naturada ayrılması, cavabdehlərin onlara məxsus hissədən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinə 4/15 hissədə paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onlara düşən 8/15 hissədən çıxarılmaları, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı1,cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ümumi paylı mülkiyyətinə verilmiş 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 3/14 hissədə və İddiaçı1 3/14 hissədə, ümumilikdə 6/14 hissədə paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 onlara məxsus 6/14 hissədə həyətyanı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı2 , İddiaçı1 və mərhum X6 , cavabdehlər Cavabdeh1 və Cavabdeh3, ünvan 1i ünvanından 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən onların hər birinin 4/15 hissədə payları müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və mərhum X3 ümumi birgə mülkiyyətinə 0,2498 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 3/14 hissədə payları müəyyən edilmişdir. Lakin cavabdehlər onların ümumibirgə mülkiyyətlərinə verilmiş 1,5 ha kənd təsərrüfatı və 0,2498 ha həyətyanı torpaq sahəsindən istifadə etməyə qoymurlar. Dəfələrlə cavabdehlərlə məhkəmədənkənar pretenziya qaydasında aparılan danışıqlar müsbət nəticə verməmişdir. Odur ki, onlar paylarının naturada ayrılması, cavabdehlərin onlara aid torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahələrinə hüquqlarının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinin 3/14 hissəsi İddiaçı2, 2/14 hissəsi Cavabdeh1, 2/14 hissəsi Cavabdeh3, 2/14 hissəsi Cavabdeh4, 2/14 hissəsi Cavabdeh2, 3/14 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki,ünvan 1ində yerləşən 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/15 hissəsi İddiaçı2, 3/15 hissəsi Cavabdeh1, 3/15 hissəsi Cavabdeh3, 4/15 hissəsi İddiaçı1,1/15 hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 avqust 2024-cü il tarixdə verilmiş 3- 16-16/2-10/1193 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********0, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli hüquqların X1 əsasən ünvan 2ində yerləşən İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1 və Cavabdeh3 ümumi paylı mülkiyyətində olan 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan hüquqların X1 əsasən ünvan 2ində yerləşən İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X3 ümumi paylı mülkiyyətində olan 0.2498 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: ünvan 1ində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1l Əli oğlunun və X4 hər birinin 3/14 hissə,ümumimlikdə 6/14 hissə paylarının və 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 4/15 hissə , ümumilikdə 8/15 hissə paylarının naturada ayrılması mümkündür. Bölgü planı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. İş üzrə aparılmış məhkəmə mühəndistexniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı2 , İddiaçı1 və mərhum X6 , cavabdehlər Cavabdeh1 və Cavabdeh3, ünvan 1i ünvanından 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsindən onların hər birinin 4/15 hissədə payları müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və mərhum X3 ümumi birgə mülkiyyətinə 0,2498 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 3/14 hissədə payları müəyyən edilmişdir. Cavabdehlər iddiaçıları ümumi paylı mülkiyyətlərinə verilmiş 1,5 ha kənd təsərrüfatı və 0,2498 ha həyətyanı torpaq sahəsindən istifadə etməyə maneçilik törətdiklərindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0.2498 ha həyətyanı torpaq sahəsindən və 1.50 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, mübahisəli torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmasını, ümumi paylı mülkiyyətdə olan həmin 0.2498 ha olan həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 3/14 hissə-ümumilikdə 6/14 hissə paylarının və sözügedən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 4/15 hissəümumilikdə 8/15 hissə paylarının naturada ayrılmasının mümkün olmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və mərhum X3 ümumi paylı mülkiyyətində olan, ünvan 2i ünvanında yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/14 hissə, İddiaçı2 3/14 hissə, ümumilikdə 6/14 hissə payları; iddiaçılar İddiaçı2 , İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və mərhum X3 ümumi paylı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 4/15 hissə və İddiaçı2 4/15 hissə, ümumilikdə 8/15 hissə payları naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 payına verilmiş həmin torpaq sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılmalı, iddiaçıların həmin torpaq sahələrinə mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu və torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün 95 manat, cəmi 195 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və mərhum X3 ümumi paylı mülkiyyətində olan, ünvan 2i ünvanında yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 3/14 hissə, İddiaçı2 3/14 hissə, ümumilikdə 6/14 hissə payları; iddiaçılar İddiaçı2 , İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və mərhum X3 ümumi paylı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 4/15 hissə və İddiaçı2 4/15 hissə, ümumilikdə 8/15 hissə payları naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 payına verilmiş həmin torpaq sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılsınlar; iddiaçılarıın həmin torpaq sahələrinə mülkiyyət hüquqları bərpa edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu və torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün 95 manat, cəmi 195 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar