Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-216/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 Mühiddin oğlunun və İddiaçı2 nümayəndələri Nümayəndə vasitəsilə Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, torpaq sahəsinin paylarına uyğun naturada bölünərək ayrılıb onların ümumi birgə mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı1 Mühiddin oğlu və İddiaçı2 nümayəndələri Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK Yanında DƏDRX-nin reystr nömrəsi **********95-10305 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 01.11.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən Balakən rayonu Kortala kəndində yerləşən onların ümumi birgə mülkiyyəti kimi qeyd edilmiş 2499 kvm həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərin paylarına uyğun paylarının müəyyənləşdirilməsi, ümümi birgə mülkiyyətdə olan torpaq sahəsindən onların paylarının naturada ayrılaraq onların, yəni İddiaçı1 Mühiddin oğlunun və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 49.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), Azərbaycan Respublikası MPM-nin 49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb və Azərbaycan Respublikası MPM-nin 49.2.2-ci maddəsinə əsasən 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Lakin qanun normalarının tələbləri pozularaq iddia ərizəsində cavabdehin telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi, elektron poçt ünvanı, Balakən rayonu Kortala kəndində yerləşən 0.2499 kvm torpaq sahəsindən İddiaçı1 Mühiddin oğlunun, İddiaçı2 və Cavabdeh hər birinin paylarının naturada ayrılmasının mümkün olub-olmamasını təsdiq edən sübutların siyahısı (mütəxəssis rəyi, ekspertiza rəyi) göstərilməmiş və həmin sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Göstərilənlər hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı1 Mühiddin oğlunun və İddiaçı2 nümayəndələri Nümayəndə vasitəsilə Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, torpaq sahəsinin paylarına uyğun naturada bölünərək ayrılıb onların ümumi birgə mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı1 Mühiddin oğluna və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı1 Mühiddin oğlunun və İddiaçı2 nümayəndələri Nümayəndə vasitəsilə Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, torpaq sahəsinin paylarına uyğun naturada bölünərək ayrılıb onların ümumi birgə mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı1 Mühiddin oğluna və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-216/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-216/2022
12.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver