Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-225/2024 25.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi-vəkili vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksinin, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh2 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinin, Toyota RAV-4 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/2 hissədə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ukrayna Respublikası vətəndaşı, Kiyev şəhəri, Çervonoarmiyska küçəsi, ev 102, mənzil 109 ünvanında qeydiyyatda olan İddiaçı haqqında Ukrayna dövləti adından çıxarılmış Kiyev şəhəri, Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsi qəbul edilmişdir. Ukrayna dövləti adından 13 sentyabr 2022-ci il tarixdə İddiaçı iddiası üzrə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsi qiyabi qərar çıxararaq, onun iddiasını təmin etmişdir. Həmin qərara əsasən İddiaçı Cavabdeh1 qarşı “borc müqaviləsi üzrə borcun tutulması” ilə əlaqədar iddiası təmin edilərək, Cavabdeh1 İddiaçı Mikolayoviçin xeyrinə borc müqaviləsi üzrə 897.943 (səkkiz yüz doxsan yeddi min doqquz yüz qırx üç) ABŞ dolları 84 sent məbləğində borc və 11.350 (on bir min üç yüz əlli) qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır. Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borc həmin mənzilə yönəldilmiş və həmin mənzil 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılmış və hissəvi icra edilmişdir. Məhkəmə qərarına əsasən yerdə qalan borc 1.323 024 manat təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Mykolayeviç 20 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh1 650.000 ABŞ dolları məbləğində borc vermiş, sonuncu isə 20 mart 2015-ci il tarixinədək borc götürülmüş vəsaitin məbləğinin 1,5 % məbləğində vəsaitdən istifadəyə görə aylıq ödənişlə ona qaytarmağı öhdəsinə götürüb və bu barədə borc qəbzi yazıb. Lakin yuxarıda göstərilən müddətədək cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, borcunu qaytarmamış və buna görə də iddiaçı bu iddia ilə borcun, o cümlədən vəsaitdən istifadəyə görə faizlərin, habelə illk üç faizin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış və müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli order verilmişdir. Eyni zamanda Kiyev şəhəri notariat kontorunun xüsusi notariusu tərəfindən təstiq edilmiş etibarnaməyə əsasən İddiaçı səlahiyyətli nümayəndəsidir. Cavabdeh1 Azərbaycan Respublikası vətəndaşıdır, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri Azərbaycan Respublikası olduğundan və onun əmlakları Azərbaycan Respublikası ərazisində yerləşdiyi üçün Ukrayna Respublikası ərazisində məcburi icra hərəkətlərini həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda Ukrayna dövləti adından çıxarılmış qiyabi qərarın tanıtdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. İşə Ali Məhkəmənin hakimi Elşənə Vəliyevanın icraatında 10 yanvar 2023-cü il tarixdə baxılacaqdır. Hesab edirlər ki, borc Cavabdeh1 aid edildiyindən və borcun gələcəkdə onun əmlakdakı payına düşən hissəyə yönəldiləcəyi halda onun ikinci cavabdehlə əmlaklarının birgə nikahda əldə olunması səbəbilə onların daşınar və daşınmaz əmlaklara payları məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət olunması zəruriyyəti yaranmışdır. Ukrayna Respublikası, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2022- ci il tarixdə çıxarılmış hazırki qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə müvafiq sorğu verilmişdir. Sorğuya cavabdan məlum olmuşdur ki, Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binası, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri yaşayış binası, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçməklə hazırda mülkiyyətindədir. Digər Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 adına Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsi onun adına qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Bundan başqa Cavabdeh2 adına Azərbaycan Respublikası DİN-nin Baş X47 İdarəsinin məktubuna əsasən “Toyota RAV-4” markalı 08-BJ878 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişində cavabdehlər arasında razılaşdırılmamış, X19 adına olan Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair açıq qalmış əmlaklara payın müəyyən edilməsi, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha kənd təssərrüfatlı torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsinə və AD seriyalı 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 14 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmış 2019cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, payı müəyyən edilmiş əmlakların həmin hissəsinə borcun yönəldilməsi və bu əmlakların açıq hərracdan satılması, Cavabdeh1 adına qeydiyyata alınan Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m. əmlak kompleksinə, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əmlaklara payı müəyyən edilməklə borcun məbləğində tam yönəldilməsi və həmin əmlakların hərrac vasitəsilə satılması haqqında qətnamə çıxararılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması və tələbin dəqiqləşdirilməsi barədə həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasında tanınmadığını, Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayətininn verildiyini, Kiyev şəhəri Apellyasiya Məhkəməsinin qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edildiyini və həmin işə Kiyev şəhəri Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılacağını bildirərək, iddianın təimn olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınmadığını, ona görə də iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını, Cavabdeh1 nümayəndəsi-vəkilinin Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsindən şikayət verdiyini və Kiyev şəhəri Apellyasiya Məhkəməsinin həmin qiyabi qətnaməni ləğv edərək işə apellyasiya qaydasında yenidən baxacağını bildirərək, iddianın rədd olunmasını xahiş etmişlər. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyriyaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0487 nömrəli xx.xx.2002-ci il tarixli Torpağa Mülkiyyət Hüququna X48 verilmişdir. Cavabdeh2 adına Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Balakən rayonu Şərif kəndində yerləşən 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-225 nömrəli xx.xx.2001-ci il tarixli Torpağa Mülkiyyət Hüququna X48 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X47 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və kompüter çıxarışından görünür ki, DİN Baş X47 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 adında xx.xx.2019-cu il tarixdən «Toyota RAV-4» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda diqqətə çatdırılır ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. İş materiallarında olan Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar iddiası təmin edilmiş, Cavabdeh1 (doğum tarixi xx xxx 1972-ci il, VÖEN **********, Raisa Okipna küç.,4, mən.82, Kiyev şəh.,02002) İddiaçı (doğum tarixi 04 iyun 1978-ci il, VÖEN **********, Velika Vasilkivsa küç.,102, m. 109, Kiyev şəh., 03150) xeyrinə borc müqaviləsi üzrə 897.943 (səkkiz yüz doxsan yeddi min doqquz yüz qırx üç) ABŞ dolları 84 sent məbləğində borc və 11.350 (on bir min üç yüz əlli) qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır. İş materiallarında olan 12 avqust 1996-cı il tarixdə verilmiş Vİ-JQ 314862 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 X1 arasında nikah Azərbaycan Respublikası Balakən rayonu Şərif kənd icra nümayəndəliyində 12 avqust 1996-cı il tarixdə 3 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Xanayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş 31 yanvar 2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 23 iyul 1998-ci il tarixdə vəfat etmiş X17 və 02 iyun 2001-ci il tarixdə vəfat etmiş X15 atası X21 və anası X6 Şərif kəndində yerləşən 0,62 ha pay torpaq sahəsinə bərabər hissələrdə irs almalıdır. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş 12 mart 2008-ci il tarixlli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X21 və qeyriləri özlərinə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha torpaq sahəsini Cavabdeh1 7000 manata satmışlar. İş materiallarına əlavə olunmuş 11 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X26 özünə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.1331 ha torpaq sahəsini və 1047.70 kv.m qeyri-yaşayış binasını Cavabdeh1 bağışlamış və Balakən rayonu Şərif kəndində yerləşən həmin 1047.70 kv.m əmlak kompleksinə və 0.1331 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 10 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X22 və X23 özlərinə məxsus Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0.01908 ha torpaq sahəsini və 148.0 kv metr qeyri-yaşayış binasını Cavabdeh1 satmış və Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən həmin 148.0 kv. metr qeyri-yaşayış binasına və 0.01908 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 10 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X27 və qeyriləri tərəfindən özlərinə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha torpaq sahəsini Cavabdeh1 bağışlanmış və Balakən rayonu Şərif kəndində yerləşən həmin 1.9341 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəni çıxarışdan görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.50 kv.m qeyri-yaşayış binasına və 0.0208 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2016-cı il tarixli 84 №-li sərəncamından çıxarışdan görünür ki, Balakən rayonu Şərif kənd sakini Cavabdeh1 məxsus Balakən rayon Qabaqçöl qəsəbəsində inşa etdiyi fərdi yaşayış evinin sahibkarlıq məqsədi ilə istifadə olunmasına icazə verilmişdir. İş materiallarına əlavə olunmuş JN:225 Kod 40100048 nömrəli Torpağa Mülkiyyət Hüququna X44 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Şərif kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, X2, X8, X9, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəni çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha torpaq sahəsinin 5/24 hissəsinə Cavabdeh2, 5/24 hissəsinə X16, 9/24 hissəsinə X3 və 5/24 hissəsinə X10 mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1lə, nümayəndəsi vasitəsilə Cavabdeh2 arasında aşağıdakı şərtlərlə mediasiyada barışıq sazişi bağlanmışdır: mediasiya zamanı tərəflər qarşılıqlı razılığa gəldilər:1.Birgə nikah dövründə əldə olunmuş Balakən rayonu Şərif kəndində yerləşən 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binası və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyriyaşayış binası və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsi, 2019-cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 və Cavabdeh2 payları bərabər, yəni 1/2 hissə olaraq müəyyən edilsin;2. Müqavilə imzalandığı gündən 3 (üç) gün müddətində Balakən rayonu Şərif kəndində yerləşən 0.65553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binası, onun yerləşdiyi 0.0208 ha torpaq sahəsi və Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binası, onun yerləşdiyi 0.1908 ha torpaq sahəsi tərəflər arasında razılaşdırılmış bölgü planı (miqyas 1:1000, barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan-əlavə №1, əlavə №2-1,2- 2,2-3,əlavə №3) əsasında naturada ayrılsın və ayrılmış hissəyə uyğun hüquqlar dövlət qeydiyyatına alınsın; 3. 2019-cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobil dəyəri 50.000 (əlli min) manat olaraq qiymətləndirilsin, müqavilə imzalandığı gündən 3 (üç) gün müddətində Cavabdeh1 tərəfindən Cavabdeh2 təqdim etdiyi hesaba avtomoblilin yarı dəyəri (1/2 hissə olan 25.000 (iyirmi beş min) manat Cavabdeh2 ödənilsin, 25.000 (iyirmi beş min) manat ödənildikdən sonra 2 (iki) iş günü ərzində Cavabdeh2 Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adına qeydiyyat alınmasını təmin etsin. İş materiallarına əlavə olunmuş AD 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Toyota RAV-4 minik markalı 08BJ878 dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V-nin Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, həmin apellyasiya şikayətində açıq apellyasiya proseduruna başlamaq, yeni müddəti açmaq, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 752/29764/21 saylı mülki iş üzrə qərarın ləğv edilməsi və İddiaçı-in Cavabdeh1 qarşı iddiası üzrə yeni qərarın qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 nümayəndəsi-vəkili X7 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiaçı ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış, apellyasiya icraatının başlanması haqqında qərarın surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsi, şikayətin surətinin və ona əlavə edilmiş materialların məhkəməyə yazılı şəkildə cavab vermək hüququ olan iddiaçıya göndərilməsi, cavabın surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi (təqdim edilməsi) haqqında sübut, iş üzrə icraatın başlanması haqqında qərarın surətinin, eyni zamanda apellyasiya şikayətinin beş gün müddətində təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadından görünür ki, Cavabdeh1 və onun vəkili X11 məhkəməyə Ukraynanın Kiyev şəhərinin Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Kiyev Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını təqdim edərək, tanınması və icrası tələb edilən qiyabi qətnamənin qüvvəyə minmədiyini və apellyasiya şikayətlərinin icraata götürüldüyünü bildirdikləri, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 isə məhkəməyə vəsatət təqdim edərək, Ukraynanın Kiyev şəhərinin Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdiyi əsas tutulmaqla İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizəsindən görünür ki, həmin ərizədə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddia müddəti tətbit edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş materiallarında olan 25.12.203-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrıseçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X14 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40 və 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-nin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-nin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda…443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda… Azərbaycan Respublikası MPM-nin 458.1-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Azərbaycan Respublikası MPM-nin 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. Azərbaycan Respublikası MPM-nin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. Azərbaycan Respublikası MPM-nin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Azərbaycan Respublikası MPM-nin 468.1-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. Azərbaycan Respublikası MPM-nin 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir. İşin faktoloji halları və hüquqi əsasları konteksində məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində 4 əsas üzrə öhdəliklərin yaranması təsbit edilmişdir: mülkiyyət, sahiblik və istifadə hüquqlarının müdafiəsindən yaranan öhdəliklər; müqavilələrdən yaranan öhdəliklər; əsassız varlamadan yaranan öhdəliklər və mülki-hüquq pozuntularından (deliktlərdən) yaranan öhdəliklər. Bu öhdəliklər üzrə pozulmuş və pozulması ehtimal edilən hüquq və azadlıqların bərpası üçün istər Azərbaycan Respublikasının vətəndaşları, istər xarici fiziki və hüquqi şəxslər və həmçinin vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilərlər. Bunun üçün birinci növbədə şəxsin məhkəməyə müraciət etmək üçün cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi ilə bağlı subyektiv hüququ olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Məhkəmə onu da nəzərə çatdırır ki, yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad olunan Konstitusiyasın 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə işdəki hallara təbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsində irəli sürdüyü tələblərin əsası kimi Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 897943 ABŞ dolları borcun və 11350 Ukrayna qrivnası məbləğində məhkəmə rüsumunun İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilməsini, Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borcun həmin mənzilə yönəldilməsi və həmin mənzilin 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılması və hissəvi icra edilməsi, məhkəmə qərarına əsasən yerdə qalan borcun 1.323 024 manat təşkil etsməsini göstərir. Bu xüsusda məhkəmə bildirir ki, qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azərbaycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı ilə İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayəti təmin edilmiş, Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və Cavabdeh1 nümayəndəsi-vəkili X7 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış və işin apellyasiya baxışı təyin edilmişdir. İddiaçı Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə Kiyev Apellyasiya Məhkəməsinin hər hansı qərarı məhkəməyə təqdim edilməmiş, həmçinin həmin məhkəmə aktının Azərbaycan Respublikasında tanınması və məcburi icraya yönəldilməsi barədə hər hansı məhkəmə qərarı və ya digər hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsindən və iş materiallarından, həmçinin iddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə verdiyi izahatdan görünür ki, həmin iş üzrə hələ Kiyev Apellyasaiya Məhkəmənin qərarı qəbul edilməmişdir. Ona görə də hazırki halda İddiaçı və onun nümayəndəsi-vəkilinin Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırki iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh2 ümumiyyətlə iddiaçı ilə bağlı hər hansı borc müqaviləsinin subyekti olmamış, İddiaçı qarşısında nə mülkiyyət, sahiblik və istifadə hüquqlarının müdafiəsindən irəli gələn, nə müqavilə münasibətlərindən irəli gələn, nə əsassız varlanmadan irəli gələn, nə də mülki-hüquq pozuntulardan (geliktlərdən) irəli gələn öhdəliklərlə bağlı yaranmış hər hansı öhdəlik dışımır və iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunda başqa məhkəmə onu da bildirir ki, iddiaçının əmlaklar üzrə tutmanın cavabdehlərin qeyd edilən əmlaklar üzrə ayrılmış payına yönəldilməsi və əmlakların açıq hərracda satılmaqla borcun ödənilməsi icra icraatı qaydasında və ya ipoteka münasibətləri üzrə qanunvericiliklə tənzimlənən məsələdir. Lakin iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 borc tələbi və ya digər əmlak tələbi ilə bağlı Ukrayna Respublikası məhkəmələrinin hər hansı qətnaməsi və ya qərarı Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Həmçinin tərəflər arasında hər hansı daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalarla bağlı notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsi bağlanmamışdır və ipoteka münasibətləri mövcud deyildir, cavabdehlərə məxsus hər hansı əmlak ipoteka ilə yüklü edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayanın qarşısında pul və ya başqa öhdəliyin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Eyni zamanda işdə tərəflər arasında «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən hər hansı qanuni qüvvəyə minmiş qətnamə, yəni icra sənədi mövcud deyildir və həmin icra sənədi məcburi icraya yönəldilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sözügedən əmlaklardan payın ayrılması, tutmanın o hissələrdə əmlaklara olan paya yönəldilməsi və həmin əmlakların hərrac vasitəsilə satılmaqla borcun ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur, ona görə də hazırki iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Əks hal, yəni heç bir faktoloji və hüquqi əsaslar olmadan hazırki iddianın təmin edilməsi cavabdehlərin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da qətiyyən yolverilməzdir. Hazırki işdə cavabdehlərin mülkiyyətlərində olan əmlaklara mülkiyyət hüquqlarına müdaxilə üçün əsaslar;bu müdaxilənin qanuni məqsəd daşıması, həmin məqsədə mütənasib olması və demokratik cəmiyyətdə zəruri olması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hazırki işdə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 ərizəsinə hüquqi qiymət verərək, hesab deir ki, bu ərizə əsassızdır və hazırki işdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcxəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxaranədk verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə idda müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materiallarından və iddia ərizəsindən görünür ki, hazırki iddiada İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə yaranmış tələb irəli sürülməmiş, yəni həmin cavabdehə ondan həmin borc müqaviləsi üzrə hansısa məbləğin alınıb iddiaçıya ödənilməsi tələbi yönəldilməmişdir. Qeyd edildiyi kimi, İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə cavabdehdən müəyyən olunmuş məbləğin iddiaçının xeyrinə alınması məsələsi Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin predmeti olmuşdur. Belə ki, Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar iddiası təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə borc müqaviləsi üzrə 897943 (səkkiz yüz doxsan yeddi min doqquz yüz qırx üç) ABŞ dolları 84 sent məbləğində borcun və 11350 (on bir min üç yüz əlli) qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır. X34 Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş,Cavabdeh1 nümayəndəsi-vəkili X7 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qərarından İddiaçı Cavabdeh1 qarşı iddiaçı ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış və iş məhkəmə baxışına təyin edilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi üzrə hüquqi münasibətlərdən yaranmış məhkəmə mübahisəsi Ukrayna Respublikası Kiyev Apellysiya Məhkəməsinin icraatında olan işlə əlaqədar baxılır və iş üzrə iddia müddətinin tətbiq olunub-olunmaması məsələsi həmin məhkəmə tərəfindən həll oluna bilər. Hazırki iddia tələbi isə tərəflər arasında yaranmış borc müqaviləsinin predmetinə aid deyildir. Ona görə də borc müqaviləsinə aid iddia müddətinin həmin borc müqaviləsinin predmetinə aid olmayan tələblə bağlı hazırki işdə tətbiq ediliməklə bu əsasla hazırki iddianın rədd edilməsi əsassızdır və qanunun tələblərinə uyğun deyilldir. Həmçinin Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 cavabdehlər arasında bağlanmış 11 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, həmçinin həmin əsas və işin məhkəmədə baxılmalı olmaması əsası ilə hazırki mülki işin icraatına xitam verilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurbara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, həmçinin Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, 11 may 2024-cü il tarixli barışıq sazişi tərəflər arasında, yəni iddiaçı ilə cavabdehlər arasında deyil, cavabdehlərin öz arasında mediasiyada bağlanmış barışıq sazişidir. Yəni Azərbaycan Respublikası MPM-nin 52.3, 52.5, 261.0.5-ci maddələri ilə tənzimlənən və iş üzrə icraata xitam verilməsini şərtləndirən barışıq sazişi deyildir. Eyni zamanda cavabdehlər arasında bağlanmış 11 may 2024-cü il tarixli barışıq sazişi tərəflər-iddiaçı və cavabdehlər arasında bağlanmadığından iddiaçının hüquqlarını və qanuni mənafeyini pozmaqla tərəflər arasında işin icraatına xitam verilməsini şərtləndirən barışıq sazişi ilə əlaqədar qanunun tələblərinə uyğun deyildir. Həmçinin MPM-nin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş mülki işin məhkəmə icraatı qaydasında baxılmalı olmaması şərtləri hazırki halda mövcud deyildir. Ona görə də cavabdehin nümayənədəsi-vəkilinin cavabdehlər arasında bağlanmış 11 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə hazırki işin icraatına xitam verilməsi barədə vəsatəti əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iddiaçı Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə vəsatətinə iş materialları ilə birlikdə hüquqi qiymət verərək, hesab edir ki, həmin vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(019)-42/2023 nömrəli qərardadına əsasən e-2(019)- 264/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktının icrasına qədər Cavabdeh1 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksinin, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binasının, Balakəni rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 0,1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh2 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinin və «Toyota RAV-4» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.20234-cü il tarixli qərardadından cavabdehlər şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, hazırki iddianın rədd olunması qənaətinə gəlinmişdir və bununla bağlı məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir. Qanun normasının tələbinə əsasən (MPM-nin 162.3-cü maddəsi) iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qüvvəyə minənə qədər saxlanılır. Eyni zamanda qanun norması məhkəmənin qətnamə ilə eyni zamanda müvəqqəti təminat tədbirini ləğv etməsi məsələsini məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi təsbit edir. Məhkəmə hesab edir ki, hazırki iddianın rədd edilməsi haqqında məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minmədiyindən və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qanunvericiliyin tələbinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tətbiq edilmiş müvvəqqəti təminat tədbiri ləğv edilməməli və bu barədə cavabdehin nümayəndəsivəkilinin verdiyi ərizə-vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə sübütlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81,88,217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. «İnsan Hüquqlarının və X18 Haqqında» Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin faktoloji və hüquqi cəhətdən əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və sair tələbinə dair hazırki iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-225/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-225/2024
25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver