Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-227/2023 31.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü ildə reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2013-cü ildə reyestr nömrəsi **********58 olan daşınmazəmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı ilə işin məhkəmədənkənar həll edəcəkləri ilə bağlı razılığa gəldiklərini, buna görə də İddiaçı işin məhkəmədə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasını istədiyini bildirərək, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsinə və Cavabdeh2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2013-cü ildə reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair e-2(019)- 227/2023 saylı mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 167-ci maddəsinə əsasən hazırki işin məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respulikasının Dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə iəsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa… Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli 12 №-li qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarına edilmiş dəyişikliyə əsasən (5.1. 2-ci bənd) məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə hazırlıq iclasında hazırki iddia ərizəsinin qaytarılması barədə vəsatət verdiyindən və bu, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2013-cü ildə reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçı qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2013-cü ildə reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçı qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etimək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-227/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-227/2023
31.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver