Məhkəmə qərarları › İş №e-2(019)-23/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-23/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-23/2025 19.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 2/4 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən və fərdi yaşayış evinin ona ayrılmış hissəsindən cavabdehin çıxarılması, payına verilmiş əmlaklara sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianın həçminin azaldılması barədə məhkəməyə ərizə verərək reyestr nömrəsi **********22-10301 qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsindən 2/4 hissə payının iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun tikililər nəzərə alınmadan, fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehin sözügedən torpaq sahəsində olan paylarına aid edilərək Cavabdeh və X1 və istifadəsində saxlanılmaqla naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 2i ünvanında yaşayır. X5, atası X2r. Onlar 01 noyabr 1995-ci ildə rəsmi nikahla evlənmişlər. Birgə nikahlarından xx.xx.2000-ci ildə İddiaçı adında bir övladları olmuşdur. Eyni zamanda hazırki mübahisələndirilən ərazi olan ünvan 3 ünvanında yerləşən 0.22 ha torpaq sahəsinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X14 və X10 adına torpaq sahəsi verilmiş və 0.22 ha torpaq sahəsinə JN 1018A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mərhum nənəsi X20 hələ öz sağlığında 0.22 ha torpaq sahəsini və fərdi yaşayış evini bölüşdürmüşdür. Belə ki, X20 xx.xx.2019-cu ildə ünvan 2 İnzibati Ərazi Dairəsində vəsiyyətnamə tərtib edərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən 0.10 ha həyətyanı torpaq sahəsini və həmin sahədə yerləşən fındıq bağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Cavabdeh onun əmisinin arvadıdır. X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür. 2021-ci ilin sentyabr ayının 30-da onun vərəsələri olan arvadı Cavabdeh və yetkinlik yaşına çatmayan qızı X19 xx.xx.2012-ci il tarixdə ölmüş X7 və xx.xx.2021-ci ildə ölmüş X13 miras qalmış əmlaklara vərəsəlik açdırmış və 2V-681 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci ildə ölmüş X7 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/2 hissəsinə hər biri bərabər irs almış, eyni zamanda 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci ildə ölmüş X13 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/2 hissəsinə xx.xx.2012-ci ildə vəfat etmiş oğlunun vərəsələri kimi hər biri bərabər irs almışdır. Bundan sonra xx.xx.2021-ci ildə mərhum Eldar Əzizovun vərəsələri miras əmlaka 1/4 və 3/4 hissə olmaqla öz adlarına reyestr nömrəsi **********22-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra o və X5 məhkəmədə iddia qaldıraraq mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2021-ci il tarixli 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 12 noyabr 2021-ci il tarixdə Cavabdeh və X12 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********22-10301 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci ildə vəfat etmiş mərhum X13 miras qalmış Balakən şəhəri H.Əliyev prospekti 26 ünvanında yerləşən 111 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhum X16 düşən hissəsindən vəsiyyət üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq vəsiyyət üzrə və məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin e-2(019)-82/2023 saylı xx.xx.2023 saylı qətnaməsinə əsasən Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, xx.xx.2021-ci il tarixli 2V-682 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********22-10301 olan xx.xx.2021ci il tarixli Çıxarış qismən, Balakən şəhəri H.Əliyev prospektiev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin X12 adına qeydə alınmış 3/4 hissəsində və bu hissədə X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilmiş, mərhum X13 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X13 miras qalmış ünvan 7 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və tam icra edilmişdir. xx.xx.2023-cü ildə ünvan 7 ünvanında yerləşən 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111 kv.m-dən ibarət fərdi yaşayış evinin 2/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə X12 adına reyestr nömrəsi **********22- 10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda cavabdehlə aralarında mübahisə olduğuna görə həmin əmlakların bölüşdürülməsi mümkün deyildir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********22-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 32 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə 1/4 hissə Cavabdeh, 1/4 hissə X12 və 2/4 hissə İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 7825 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 iyun 2022-ci il tarixli inventar nömrəsi 543 olan fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki pasportu X14 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 iyun 2022-ci il tarixli inventar nömrəsi 543 olan fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Balakən şəhəri. H.Əliyev prospekti 26 ünvanında yerləşən fərdi yaşayış evinin 4/2 hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi X12 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-479/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı, Cavabdeh və X12 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin yeri hüquqmüəyyənedici sənədlərə əsasən naturada müəyyən edilmişdir. İddiaçı, Cavabdeh və X12 ümumi paylı mülkiyyətində olan, ünvan 11 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra torpaq sahəsinin 2/4 hissə payının naturada ayrılması məsələsinə baxıla bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3841/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı, Cavabdeh və X12 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsininin yeri (hüquqmüəyyənedici sənədlərə əsasən) naturada müəyyən edilmişdir. İddiaçı, Cavabdeh və X12 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsindən iddiaçının 2/4 hissə payının naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin 2/4 hissə payının naturada ayrılmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyində göstərilmişdir ki; Qərardadın 1-ci sualı üzrə: Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən İddiaçı, Cavabdeh və X12 ümumi paylı mülkiyyətində olan, Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsinin yeri (hüquqmüəyyənedici sənədlərə əsasən) naturada müəyyən edilmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. Qərardadın 2-ci sualı üzrə: Mübahisə predmeti olan fərdi yaşayış evininin faktiki vəziyyətini, yaşayış və yardımçı otaqların planlı yerləşməsini, həmçinin ,tərkibində olan kommunal xidmətləri sahələrin (mətbəx,dəhliz, hamam,ayaqyolu və s.) yeganə olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmağı müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililərin mövcud olduğunu, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğunu və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən şəhəri. H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 4/2 hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi X12 mülkiyyətindədir. Tərəflər arasında mübahisə olduğundan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyinə əsasən mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatilı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 1720-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Məhkəmə işin hallarını, mübahisə predmeti olan Balakən şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin İddiaçı, ¼ hissəsinin Cavabdeh, ¼ hissəsinin isə X12 mülkiyyətində olmasını, ekspert rəyinə əsasən mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını, iddiaçının payının ayrılmasına dair Mülki Məcəllənin 220.3-220.6-cı maddələrində nəzərdə tutulan digər prosedurları tələb etməməsini, iddiaçının payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasını, payına verilmiş əmlaklara sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasını tələb etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Balakən şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən, 0,22 ha həyətyanı torpaq sahəsindən İddiaçı 2/4 hissə payının naturada ayrılmasının mümkün olması barədə mütəxəssis rəyinin olması, ekspert rəyinin işin faktiki hallarına uyğun olmaması barədə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki prosessual qanunvericilik mütəxəssis rəyini sübut kimi qəbul etmir. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi 12 fevral 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-479/2024 nömrəli mütəxəssis rəyində Balakən şəhəri, H.Əliyev prospekti ev 26 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra torpaq sahəsindən İddiaçı 2/4 hissə payının naturada ayrılması məsələsinə baxıla bilməsini göstərdiyi halda, heç bir əsaslandırma olmadan 26 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3841/2024 nömrəli mütəxəssis rəyində 0.22 ha torpaq sahəsindən iddiaçının 2/4 hissə payının naturada ayrılmasının mümkün olmasını qeyd etmişdir. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş 10/3435 nömrəli ekspert rəyində isə aydın surətdə göstərilmişdir ki, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatilı tikililər mövcud olduğundan, 2 tərəfdən zəbt torpaq sahələri ilə əhatə olunduğundan və yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğundan həmin torpaq sahəsindən iddiaçıya məxsus 2/4 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Bu ekspert rəyi əsaslı olmaqla işin faktiki hallarına uyğun olduğundan məhkəmə həmin ekspert rəyini sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 100 manat dövləti rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, payına verilmiş mülkiyyətinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövləti rüsumu xərci İddiaçı özünə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar