Məhkəmə qərarları › İş №e-2(019)-24/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-24/2025

27.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-24/2025 27.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı,onun nümayəndəsi-vəkili Nümayəndə1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X17, X40, X22, Nümayəndə2, X23, X32 və X33 qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X17, X40, X22, Nümayəndə2, X23, X32 və X33 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın və qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. X34 onun atasıdır. X17 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. X28 çöl sahəsində yerləşən, onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiyini bildirmişdirlər. 08 aprel 2002-ci ildə X18, X13, X29, X19, Nümayəndə2 və digər kənd sakinlərinin iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində X34 onlara o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Atası onlara inandığına görə razılaşmışdır. Bundan sonra atası və o həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X34 22 noyabr 2008-ci ildə ölmüşdür.Bundan sonra o, dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər ona müraciət edərək 1.35 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Buna görə də xx.xx.2021-ci il tarixdə o,Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı cavabdehlər X17, X29, X20, Nümayəndə2 Asıman qızına, X32 və X23 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş,cavabdehlər X13, X29, X19, Nümayəndə2, X30 və X21 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X28, X41, X35, Nümayəndə2, X42 və X36 ilə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(019)-25/2023 saylı qərardadı ilə 2(019)-25/2023 nömrəli mülki işə baxılıb yekun nəticə verilənədək iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər X17, Sarıyeva (Sailova) Surə Əslan qızına, X22, Nümayəndə2, X32 və X23 qarşı cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X17, Sarıyeva (Sailova) Surə Əslan qızına, X22, Nümayəndə2, X32 və X23 qadağan edilməsi qərara alınmışdır.Həmin qərardad icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. 30 may 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən məhkəməyə daxil olmuş 3-21-3-47/2-1895/2023 saylı məktubundan məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi X51 xidmət mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə- 1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə o, cavabdehlərə qarşı əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər öz adlarına xx.xx.2021-ci il tarixdə 1.3565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsini Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6. Əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəmənin icraatında olan mülki işin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehlər X28, X41, cavabdeh və digər cavabdehlər X19, X30 və X21 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişlər. Həmçinin onlar işə mahiyyəti üzrə baxılması və qərar verilməsini tələb etdiklərini və iş üzrə məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsinə razı olduqlarını bildirmişlər.Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Bundan sonra cavabdehlər məhkəmədə mübahisələndirilən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən həmkəndliləri X6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşdəki sübutlarla o da müəyyən edilir ki, 08 aprel 2002-ci ildə X18, X13, X29, X19, Nümayəndə2 və digər kənd sakinlərinin iştirakları ilə ünvan 2 İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı və cavabdehlər həmkəndlilər olmuş, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması cavabdehlər X17, onun ailə üzvlərinə, digər cavabdeh X33 məlum olmuşdur. Cavabdehlər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını itirəcəkləri üçün mübahisələndirilən torpaq sahəsini digər həmkəndlilərinə satmaqla ondan əsassız bəhrələnmiş, Mülki Qanunvericiliyin tələblərini kobud surətdə pozmuşlar. Buna görə də iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Qeyd edilənlərdən də məlum olur ki, ki, Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqımüqaviləsi əslində Mülki Məcəllənin normaları pozulmaqla bağlanmışdır. Məhkəmə iclasında İddiaçı,onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X31 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi-vəkili Vəkil iddianı etiraf etməyərək izahatında göstərdi ki, nümayəndəsi olduğu X43 mübahisəli torpaq sahəsini notarial qaydada bağlanmış 01 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X28 , X41 , X35 , Nümayəndə2 almış və torpaq sahəsinə görə 8000 manat pul ödəmişdir. O,vaxtdan da torpaq sahəsi Adil Hacıyevin sahibliyində və istifadəsindədir. X8 torpaq sahəsini alarkən həmin torpaqla bağlı mübahisə olduğunu bilməməşdir və bilə də bilməzdi. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X28, X44, X35, Nümayəndə2, X36, X42 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər üçüncü şəxslər X28, X44, X35, X36, X30 nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ona və ailə üzvülərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. X11 onlara verilmiş, çöl sahəsində yerləşən 1.35 ha torpaq sahəsini iddiaçının atası X24 istifadə etməsi üçün vermişdir. 2018-ci ildə onlar həmin torpaq sahəsini geri almışlar və özləri istifadə etməyə başlamışlar. 2021-ci ildə isə onlar torpaq sahəsini satmaq qərarına gəlmişlər və 01 dekabr 2021-ci ildə torpaq sahəsini X33 8000 manata satmışlar. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 01 dekabr 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Onlar həmin vaxt 8000 manat pulu alaraq torpaq sahəsini X3 və istifadəsinə vermişlər. Torpaq sahəsi özlərinin adında olduğundan və torpaq sahəsindən özləri istifadə etdiklərindən həmin torpaq sahəsi ilə əlaqədar mübahisə olmasından X27 məlumatı olmamışdır. Onlar da bu barədə Adil Hacıyevə məlumat verməmişlər. Çünki bu halda Adil Hacıyev torpaq sahəsini almazdı. Torpaq sahəsi özlərinin adında olduğundan onların özləri də iddiaçının tələbini əsaslı hesab etməyərək ona əhəmiyyət verməmişlər. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, cavabdehlər X13, X29, X19, Nümayəndə2, X30 və X21 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X28, X41, X35, Nümayəndə2, X42 və X36 ilə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməsi , hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X12, X25, X14, Nümayəndə2, X26 və X15 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki,ünvan 2ində yerləşən 1.3665 ha kənd təsərrüfatı təyinatlı torpaq X13, X37, X19, Nümayəndə2, X30 və X21 ümumi mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabında 43 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X28, X44, X35,Nümayəndə2, X42 və X10 rayonu Qazma kəndində yerləşən 1.3586 ha torpaq sahəsini X33 8000 manata satmışlar. Müqavilə reyestrdə 4-Ə- 1408 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2i ərizisində yerləşən 1,3586 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X27 adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 30005 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 may 2023-cü il tarixli e-16(019)- 22/2023 nömrəli qərardadından görünür ki, ərizənin təmin edilməsi, 2(019)-25/2023 nömrəli mülki işə baxılıb yekun nəticə verilənədək iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər X17, Sarıyeva (Sailova) Surə Əslan qızına, X22, Nümayəndə2, X32 və X23 qarşı cavabdehlərin mülkiyyətinə verilmiş ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X17, Sarıyeva (Sailova) Surə Əslan qızına, X22, Nümayəndə2, X32 və X23 qadağan edilməsi, qərardadın dərhal icra edilməsi,qərardadın icrasının Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinə və Balakən Rayon Məhkəməsinə ünvanlanmış 24 may 2023-cü il tarixli 3-21-3-47/2-1895/2023 nömrəli məktubda göstərilmişdir ki: “Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , e-16(019)-22/2023 -008 nömrəli icra sənədinin icra olunması barədə məktubunuza “Daşınmaz Əimlakın Dövlət kadastrı və Reyestri» Püblik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Məktubun icrası ilə bağlı məlumat veririk ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, E- 16(019)-22/2023 saylı icra vərəqəsinə əsasən JN-536 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” sənədinin 536 planşet nömrəsində göstərilən X17, X38, X22, Nümayəndə2, X32 və X23 məxsus olmuş ünvan 2i ünvanında yerləşən 1.35 ha torpaq sahəsi üzərinə daşınmaz əmlakın dövlət reyestrində qadağa qoyulmuşdur. Lakin, bununla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Balakən Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixində bağlanılmış 4G-1408 reyeystr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2516/2024 nömrəli qərarından görünür ki, cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2024-cü il tarixli 2(107)-82/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə İddiaçı nümayəndəsi-vəkilinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 nümayəndəsi-vəkilinin, digər üçüncü şəxslərin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların biavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə X28, X44, X35, X36, X42 və Nümayəndə2 ümumi birgə mülkiyyətinə ünvan 2i ərazisindən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. X28 və ailə üzvüləri çöl sahəsində yerləşən, onlara verilmiş 1.35 ha torpaq sahəsini 08 aprel 2002-ci ildə X5, lakin alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmamış, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi X28, X44, X35, X36, X42 və Nümayəndə2 adında qalmışdır. 2018-ci ildə X28, X44, X35, X36, X42 və Nümayəndə2 sözügedən torpaq sahəsini geri almışlar və özləri istifadə etməyə başlamışlar. Onlar həmin torpaq sahəsini Balakən Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satı müqaviləsi bağlanılmış və reyestrdə 4Ə-1408 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X7 və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir O, vaxtdan da torpaq sahəsi X2 və istifadəsindədir. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)- 25/2023 nömrəli qətnaməsi ilə X13, X29, X19, Nümayəndə2, X30 və X21 mülkiyyətinə ünvan 2ində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər X28, X41, X35, Nümayəndə2, X42 və X36 ilə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməsi , hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X12, X25, X14, Nümayəndə2, X26 və X15 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 4Ə-1408 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın və qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci -ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda bağlanmış əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İddiaçı mübahisəli 1.35 ha torpaq sahəsinə görə X28, X41, X35, Nümayəndə2, X42 və X36 ilə X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 nömrəli qətnaməsi ilə etibarlı hesab edilməsinə əsaslanaraq üçüncü şəxslər X28, X41, X35, Nümayəndə2, X42 və X36 ilə X43 arasında Balakən Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixində bağlanılmış və reyestrdə 4Ə-1408 nömrə ilə qeydə alınmış 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olununmasını xahiş etmişdir. İş materiallarından görünür ki, X28, X41, X35, Nümayəndə2, X42 və X21 ümumi birgə mülkiyyətində olmuş, ünvan 2i ünvanında yerləşən 1.35 ha torpaq sahəsinə görə onlarla X34 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi notariat qaydasında bağlanmadığından etibarlı olmamış, yalnız Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(019)-25/2023 nömrəli qətnaməsi ilə etibarlı hesab edilmişdir. Bu səbəbdən 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatı müqaviləsi bağlanarkən alqı-satqının predmeti olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X28, X41, X35, Nümayəndə2, X42 və X21 adında olmuşdur. Məhkəmə iclasında isə müəyyən edildi ki, 2018-ci ildən torpaq sahəsindən X28 və ailə üzvüləri özləri istifadə etmişlər. 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən sonra isə torpaq sahəsi alıcı X3 və istifadəsinə verilmişdir. Həmin vaxtdan da torpaq sahəsindən o,özü istifadə edir. Belə olduğu halda məhkəmə hesab edir ki, alıcı X9 X28, X41, X35, Nümayəndə2, X42 və X4 torpaq sahəsinin mülkiyyətçiləri olmamalarını bilməmiş və bilə də bilməzdi. Bu səbəbdən də o, vicdanlı əldə edəndir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 182.1-182.2-ci maddələrinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, X43 vicdanlı əldə edən olduğundan onunla X28 və digərləri arasında 1,35 hektar torpaq sahəsinə görə bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab oluna bilməz. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. X28 və digərləri ilə X43 arasında 1,35 hektar torpaq sahəsinə görə bağlanmış 01 dekabr 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmadığından sözügedən torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə X27 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə,X51 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X17, X40, X22, Nümayəndə2, X23, X32 və X33 qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərci iddiaçı Mİddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə,X51 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X17, X40, X22, Nümayəndə2, X23, X32 və X33 qarşı qarşı alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış və qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar