Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-244/2023 18.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2006-cı ildə vəfat etmiş X3ndan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının muüəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 01 iyul 1963-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur. Onun mərhum atası X27 01 sentyabr 2006-cı ildə vəfat etmişdir. O, atasına məxsus 1961-ci ildə tikilmiş Balakən rayonu Katex kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və orada böyümüşdür. Cavabdeh X14 mərhum X1 nikaha daxil olduğu qadındır. Sonuncudan onun mərhum atasının oğlan övladları dünyaya gəlmişdir. Cavabdeh X5 bir övladı vəfat etmiş, digər oğlu isə uzun illərdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. X3 vəfat etdikdən sonra onunla cavabdeh arasında mərhumdan miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinə dair mübahisə mövcud olmamış, islahat zamanı mülkiyyətə verilmiş 0,90 ha pay torpaq sahəsi naturada bölünməklə o və cavabdeh tərəfindən istifadə edilmiş, hərə özünə düşən paya münasibətdə torpaq sahəsində mövcud fındıq topalarının məhsulu yığmışdır. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən, həyətyanı torpaq sahəsinin 1970-ci ildə inşa edilmiş damın yerləşdiyi hissə bölünərək ona verilmişdir. Son 6 ay ərzində onunla cavabdeh arasında miras əmlaka dair mübahisə yaranmış, cavabdeh torpaq sahəsinin sənədləşməsi üçün birlikdə notariusa getməkdən imtina etmişdir. O, mərhum atasından miras qalan əmlakdan ona düşən payı almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, cavabdeh notariat ofisinə müraciət edərək, X3ndan miras qalmış əmlaka vərəsəlik açdırmış, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mərhumdan miras qalmış əmlaklara dair tam hissədə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən o, həmin şəhadətnamənin etibarsız sayılması ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. İşə məhkəmədə baxılarkən cavabdeh X5 nümayəndəsi tərəfindən məhkəməyə etiraz təqdim edilmiş, etirazda İddiaçı tərəfindən X46 miras qalmış əmlakları qəbul etmək üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən heç bir sübut təqdim edilmədiyi, əmlakları yalnız onun arvadı Cavabdeh tərəfindən idarə edildiyi, İddiaçı 2006-cı ildə vəfat etmiş atasından miras qalmış hər hansı bir əmlakı faktiki olaraq idarə etməyə başlamadığı mübahisələndirilmişdir. Halbuki mərhumdan qalmış miras əmlak vərəsəlik açıldığı vaxtdan onun tərəfindən də idarə olunmuş, o, şəxsən mərhum atasının dəfn mərasimində iştirak edərək dəfn xərclərinin çəkilməsində cavabdehlə birlikdə iştirak etmiş, mütəmadi olaraq miras əmlaka baş çəkmiş, sahiblənmiş, faktiki olaraq miras əmlak cavabdehlə aralarında bölünərək hərə özünə düşən paya münasibətdə torpaq sahəsində mövcud fındıq topalarının məhsulunu əldə etmiş, uzun illər miras əmlakın idarə olunmasında tərəflər arasında mübahisə olmamışdır. Bu fakt həmin kəndin sakinləri, yəni şahid ifadələri ilə təsdiq oluna bilər. Belə ki, onun mərhum atasından miras qalmış əmlakı idarə etməsi kənd sakinlərinin gözü qarşısında baş vermişdir, sonuncular bu faktın həqiqiliyini öz ifadələri ilə bir daha təsdiq edə bilər. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə, edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq təmsil etdiyi İddiaçı X3ndan qalmış mirası faktiki qəbul etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddiada yazilanların yalan və fərziyyələrdən ibarət olduğunu, İddiaçı hələ mərhum Rizvan Ammayev ölməmişdən qabaq atasının təsərrüfatından çıxıb ərə getdiyini ve bir daha atasının yurduna qayıtmadığını, Saniyətin X57 öldükdən sonra ondan miras qalmış heç bir əmlakı Saniyat Avazovanın idarə etmədiyini, ümumiyyətlə heç bir miras əmlakı faktiki olaraq qəbul etmədiyini, 01 sentyabr 2006-cı ildə vəfat etmiş Rizvan Amayevin vəfatından sonra ondan miras qalmış əmlakların Rizvanın arvadı Cavabdeh idarə etdiyini, mərhumdan miras qalmış yaşayş evində Cavabdeh yaşadığını, hətta mərhumdan miras qalmış keçmiş SSSR-i Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşlarına olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin ödənilməsi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq "xxxx" ASC-nin Balakən rayon filialında miras qoyduğu əmanət hesabında pul vəsaitlərinin alınmasına dair xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alındığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı mərhum Rizvan Amayevin qızıdır. Rizvan Amayev 2006-cı ildə vəfat etmişdir. İddiaçı Rizvan Amayev vəfat etməmişdən əvvəl Bakıya köçmüşdür. İddiaçı hər ildə 3-4 dəfə Rizvan Amayevin evinə gəlib-getmişdir. Son 1 ilə kimi Saniyət öz evi kimi həmin evə gəlibgetmiş, təsərrüfatı, bağ-bağçanı idarə etmiş, məhsul yığmış, təmizlik etmişdir. Həmin evdə həm Saniyət, həm də Maysarat yaşamışdır. Onların münasibətləri 1 ildir ki, korlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Saniyət ilə qonşuluqda yaşayır. Rizvan öləndə Saniyət 40 gün orada qalmış, yas mərasimi bitdikdən sonra getmişdir. Yas xərcini Saniyət və Maysarat birlikdə çəkmişlər. Atası öləndən sonra Saniyət həmin evdə daimi yaşamamışdır. O, hər il fındıq yığımı üçün gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Rizvan Amayev 2006-cı ildə rəhmətə gedəndə evdə heç kim olmamışdır. Onlar Saniyətə zəng vurub atasının ölməsi barədə məlumat vermişlər. Saniyət sonrakı gün gəlib çıxmışdır. Saniyət həmişə atası evinə gəlib-getmiş, fındıq yığmışdır. Saniyət həmin evdə daimi yaşamamışdır. Son 1 ildə Saniyət ilə Maysarat arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Saniyət atası Rizvanın yas mərasimində iştirak etmişdir. Saniyət fındıq yığmağa gəlib. X42 yola vermişdir. Saniyət hər il fındıq yığmağa gəlib. O, orada qonşuluqda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cavabdeh onun xalasıdır. Rizvanın yas mərasimini xalası Maysarat yola salmışdır. Saniyətin nəsə etdiyini görməmişdir. Başdaşını da xalası Maysarat düzəltdirmişdir. Saniyət orada yaşamamışdır. Onun yaşadığı evlə həmin ev arasında 300 metr məsafə var. O, 2015-ci ilə qədər Rusiyada olmuşdur. Bütün bunları eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid5 arvadıdır. Cavabdeh əri Rasulun xalasıdır. O, 2015-ci ildə Rasul ilə evlənmişdir. Rizvan öləndə yasda iştirak etməmiş, yas mərasimini Cavabdeh yola salması barədə eşitmişdir. O, 3-5 nəfər ilə birlikdə gündəlik 20 manat müqabilində həmişə Maysaratın bağında olan fındığı yığmışdır. O, Saniyəti tanımır. Saniyət heç vaxt fındıq yığımında iştirak etməmişdir. Saniyət orada yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Cavabdeh qonşusudur. İddiaçı tanımır. 40 ildir ki, orada yaşayır. Saniyəti heç vaxt orada görməmişdir. Atası Rizvan öləndə Saniyətin yasa gəldiyini eşitmişdir. O, 2 dəfə yasa getmişdir. Başsağlığını Maysarat vermişdir. Saniyət heç vaxt fındıq yığılanda orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh onun xalasıdır. O, 2006-cı ildə Rizvan Amayev rəhmətə gedən günü orada olmamış, 2-ci və ya 3-cü gün yasa gəlmişdir. Saniyəti birinci dəfə həmin gün görmüşdür. O, hər gün yasda iştirak etmiş, ancaq Saniyəti bir dəfədən artıq orada görməmişdir. O, hər il həmin bağın fındığını alır. Saniyəti heç vaxt fındıq yığımında da görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, İddiaçı ata yurdu ilə onun ata yurdu qonşuluqda yerləşir. İndi yaşadığı evlə Rizvan Amayevin evi arasında təqribən 1 kilometr məsafə var. Saniyət ərə gedəndən sonra həmin evdə daimi yaşamamışdır. O, ildə 3-4 dəfə gəlib-getmişdir. X57 rəhmətə gedəndə Saniyət gəlib 40 gün yas bitənə kimi orada yaşamışdır. Yasa alınan şeylər, başdaşının xərcini Saniyət və Maysarat birlikdə çəkmişlər. Son 1 ildir ki, Saniyət ilə Maysarat arasında mübahisə vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rizvan öləndən sonra da Maysarat orada yaşamışdır. Saniyət atasının yas mərasimində olmuşdur. O, özü 2-3 dəfə yas mərasiminə getmiş, Saniyəti orada görmüşdür. Atası öləndən sonra Saniyət orada yaşamamışdır. Saniyəti həmin evə gələn, meyvə yığan görməmişdir. Dəfn mərasimini Maysaratın yola saldığını eşitmişdir. Saniyətin həmi evə gələrək orada yaşadığını görməmişdir. Fındığı onun qızı başqaları ilə birlikdə yığmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X27 ilə X18 arasında nikah 08 fevral 1993-cü il tarixdə 4 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Ammayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ 480525 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X41 ilə İddiaçı arasında nikah Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsində 15 mart 2022-ci il tarixdə 11 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Avazova soyadı verilmişdir. İş materiallarında olan 26 dekabr 1963-cü il tarixli AZ-595581 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.1961-ci il tarixdə anadan olmuş, atası X27, anası X20 göstərilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli 05/69-326 nömrəli arayışdan görünür ki, X27 01 sentyabr 2006-cı ildə ölmüş, ölüm haqqında 02 sentyabr 2006-cı ildə 37 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan JN-1923 KOD-40105018 nömrəli Torpağa Mülkiyyət Hüququna X53 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə X10, X5 və X21 ümumi birgə mülkiyyətinə Balakən rayonu Katex kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosu vəkil X33 ünvanlandığı 07 iyun 2022-ci il tarixli 70 nömrəli məktubunda göstərilir ki, Balakən rayonu Katex kənd X19 İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1960-1962-ci illər üzrə 1. X22—a/başçısı (1936,azərb.) 2. X8—yoldaşı( 1938,azərb.) 3. X37—qızı (25/İİİ-1958,azərb.) 4. X23—qızı(1961, azərb.). Evin tikildiyi il----- 1958-ci il yazılıb,mötərizəyə alınıb, 1961-ci il qeyd edilib. Cəmi torpaq sahəsi-----0,15 / hektarın yüzdə biri ilə / .2001-2005-ci illər üzrə 1. X22—a/başçısı( xx.xx.1935,azərb.) 2. İbrahimova (Ammayeva) Meysarat Emin qızı—arvadı (1952,avar) 3. X29-oğlu(xx.xx.1982,avar) 4. X34—oğlu (xx.xx.1974,avar) . adının üstündən xətt çəkilib. Evin tikildiyi il-----1961 -ci il. Damın tikildiyi il— 1970-ci il. Gümxananın tikildiyi il— 1981-ci il. Cəmi torpaq sahəsi----- 0,15 / hektarın yüzdə biri ilə / Qeyd: 1.Müvəqqəti qayıb olan təsərrüfat üzvləri haqqında qeydlər qrafasında X13 qarşısında “Maxak, xx.xx.2004, əsgər”, X24 qarşısında “ 15.3.1992,Sevçenko”yazılıb. 2.Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər qrafasında X24 qarşısında “Rozokistan yaşayır” yazılıb. 2006-2010-cu illər üzrə 1. X22—a/başçısı( xx.xx.1935,azərb.) adının üstündən xətt çəkilib. 2. X30—arvadı (1952,avar) 3. X29 —oğlu (xx.xx.1982,avar). Evin tikildiyi il-----1961 -ci il. Damın tikildiyi il— 1970-ci il. Gümxananın tikildiyi il— 1981 -ci il. Cəmi torpaq sahəsi-----0,15 / hektarın yüzdə biri ilə / Qeyd təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər qrafasında X9 qarşısında “Akt №37,xx.xx.2006”,kənd İnzibati ərazi dairəsinə yeni gəlmiş şəxslər haqqında qeydlər qrafasında “№209674” yazılıb. Fond № 22, Siyahı №l/l,Sax.vahidi № 174,474,481,Səhifə № 9,76,12. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X10 vərəsələri: BALAKƏN, KATEX KƏNDİ, ünvanında qeydiyyatda olan Cavabdeh (AZE0*******, xx.xx.2003 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1952) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -BALAKƏN RAYONU DTXK tərəfindən xx.xx.1999 tarixdə X27NA verilmiş seriya nömrəsi JN:1923A, KOD: 40105018 olan dövlət aktına əsasən BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.2527 ha olan torpaq sahəsidən ibarətdir. - DƏDRX-dən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi B-227 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi BALAKƏN KATEX KƏNDİ, ünvanında qeydiyyatda olan ARVADİ CavabdehDİR (AZE0*******, xx.xx.2003 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1952) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-BALAKƏN RAYONU DTXK tərəfindən xx.xx.1999 tarixdə X27NA verilmiş seriya nömrəsi JN:1923, KOD: 40105018 olan Dövlət Aktına əsasən BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.6472 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. - DƏDRX-dən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi B-228 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsınə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi Balakən rayonu Katex kəndində qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. İş materiallarına əlavə olunmuş Balakən rayonu Katex Bələdiyyəsinin 04 noyabr 2022ci il tarixli 210 №-li arayışından görünür ki, Cavabdeh həyat yoldaşı X44 2006-cı ildə vəfat etdikdən sonra ona və ailəsinə məxsus AN-206523 nömrəli «Torpaq sahəsinin Planı və ölçüsü» sənədində göstərilən 1362.55 m2 həyətyanı və JN-1923A saylı Dövlət Aktı ilə verilmiş 0.2527 ha kənddaxili, JN-1923 saylı Dövlət Aktı ilə verilmiş 0.6472 ha bağ payı torpaq sahəsindən istifadə edir və verigilər onun tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, iddiaçı mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyinə görə və miras açıldığı gündən 6 adan çox müddət keçdiyinə görə iddia müddəti tətbiq edərək iddiaçının miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının, həmçinin iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 01 iyul 1963-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuş, atası X27, anası isə X20 göstərilmişdir. X27 ilə X18 arasında nikah 08 fevral 1993-cü il tarixdə 4 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ammayeva soyadı verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə X10, X5 və X21 ümumi birgə mülkiyyətinə Balakən rayonu Katex kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. X27 01 sentyabr 2006-cı ildə ölmüş, bu barədə ölüm haqqında 02 sentyabr 2006-cı ildə 37 №-li akt qeydi tərtib olunmuşdur. İddiaçı 2001-ci ildən X57in təsərrüfatından qeyddən çıxmış və atası ölməmişdən əvvəl ərə gedərək Bakı şəhərinə köçmüşdür. X41 ilə İddiaçı arasında nikah isə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsində 15 mart 2022-ci il tarixdə 11 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Avazova soyadı verilmişdir. Cavabdeh X5 və X10 bir övladı vəfat etmişdir, digər oğlu isə uzun illərdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. X3 vəfat etdikdən sonra ondan torpaq sahələri və fərdi yaşayış evi və köməkçi tikililər miras qalmışdır.Cavabdeh həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə notariat kontoruna müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Balakən rayon Notariat Ofisində araşdırılmış, vərəsə kimi Cavabdeh xx.xx.1999 tarixdə X27NA verilmiş seriya nömrəsi JN:1923A, KOD: 40105018 olan dövlət aktına əsasən BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.2527 ha olan torpaq sahəsindən mərhuma çatası hissədən mirasla bağlı 15 sentyabr 2022-ci il tarixli və xx.xx.1999 tarixdə X27NA verilmiş seriya nömrəsi JN:1923, KOD: 40105018 olan Dövlət Aktına əsasən BALAKƏN RAYONU, KATEX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.6472 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissədən mirasla bağlı 15 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2006-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Balakən rayonu Katex kəndində qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə irs alması müəyyən edilmişdir. İddiaçı atasından miras qalmış əmlakları qəbul etdiyini bildirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən qanun normasının tələbinə görə İddiaçı atası X7 qalmış mirası qəbul etdiyini sübut etməlidir. İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə X57dən qalmış mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı və onun nümayəndəsi sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər X12, X15, X25, Şahid6 ifadələrində müvafiq olaraq İddiaçı Rizvan Amayev vəfat etməmişdən əvvəl Bakıya köçdüyünü, son 1 ilə kimi Saniyətin miras evə gəlib-getdiyini, təsərrüfatı, bağ-baxçanı idarə etdiyini, məhsul yığdığını, təmizlik etdiyini (şahid Şahruddin Bataraeyev), Rizvan öləndə Saniyətin 40 gün orada qaldığını, yas mərasimi bitdikdən sonra getdiyini, yas xərcini Saniyət və Maysaratın birlikdə çəkdiyini, atası öləndən sonra Saniyətin həmin evdə daimi yaşamadığını, hər il fındıq yığımı üçün gəldiyini (şahid Samarat Qurbanova), Rizvan Amayev 2006-cı ildə rəhmətə gedəndə evdə heç kimin olmadığını, onların Saniyətə zəng vurub atasının ölməsi barədə məlumat verdiklərini, Saniyətin sonrakı gün gəlib çıxdığını, Saniyətin həmişə atası evinə gəlib-getdiyini, fındıq yığdığını, Saniyətin həmin evdə daimi yaşamadığını (şahid Mollaşeyx Ammayev), Saniyətin atası Rizvanın yas mərasimində iştirak etdiyini, Saniyətin fındıq yığmağa gəldiyini, X42in yola verdiyini, Saniyətin hər il fındıq yığmağa gəldiyini (Şahid6) göstərsələr də, həmçinin Şahid9 ifadəsinə atasının yas xərcinin həmçinin Saniyətin çəkdiyini göstərsə də, İddiaçı atası Rizvandan qalan miras əmlaka faktiki sahiblik etməsini və miras əmlakı faktiki idarə etməsini təsdiq etməmişlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Rizvan ölməmişdən əvvəl atasının təsərrüfatından çıxıb ailə quraraq Bakı şəhərinə getmiş və miras açılan vaxt miras əmlaka daxil olan Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evində yaşamamış, torpaq sahələrindən istifadə etməmiş, həmin əmlakları idarə etməmiş və onlara sahib olmamış, yalnız atasının hüzn mərasiminə gəlmişdir. Həmin şahidlər İddiaçı mirası qəbul etməsini onun fındıq yığması və atasının hüzn mərasimini yol verməsi ilə əsaslandırmışlar. Lakin bu şahidlər İddiaçı atasının vəfatından sonra konkert olaraq nə vaxt, harada və hansı məqsədlə fındıq yığmasını, bu fındığın məhz atası Rizvandan qalmış miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi məqsədilə yığmasını göstərməmiş və təsdiq etməmişlər. Heç iş materialları ilə İddiaçı məhz mirasın qəbulu üsulu olaraq atasından miras qalmış torpaq sahəsində fındıq yığması və bunun X57dən qalmış miras əmlaka sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi məqsədilə etməsi sübut olunmur. Digər tərəfdən hətta hipotetik olaraq İddiaçı atasının ölümündən sonra fındıq yığması qəbul olunsa belə, bunun məhz miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etməklə edilməsi barədə birmənalı nəticəyə gəlmək üçün işdə mötəbər əsas və sübutlar mövcud deyildir. Belə ki, iddiaçının fındıq yığması onu istehlak etmək və özü üçün pay aparmaq məqsədilə də edilə bilər. Digər tərəfdən qeyd edilən şahid ifadələrində İddiaçı atası Rizvanın hüzn mərasimini yola verməsi, xərclərdə iştirak etməsi qeyd edilsə də, bunun nədə ifadə olunması, dəfn xərclərini, ehsan xərclərini və başdaşının qoyulması xərclərini ödəyib-ödəməməsi, bunlara nə qədər vəsait sərf etməsi müəyyən olunmur və iddiaçı tərəfindən də atasının dəfn xərclərinə nə qədər vəsait sərf etməsini təsdiq edən qəbzlər və sair ödəniş sənədləri məhkəməyə təqdim olunmamışdır. Bundan başqa hüzn mərasiminin yola verilməsi, dəfnə və yasa sair xərc çəkilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək deyildir. Burada faktiki sahiblik etmə və faktiki idarə etmə miras əmlaklara aid olan məsələdir, yəni burada söhbət miras qoyanın ölümündən sonra miras qalan əmlaka (maddi nemətlilərə) faktiki sahiblik edilməsi və həmin əmlakın faktiki idarə edilməsindən gedir. Qanun normasının mənasına görə hüzn mərasiminin yola verilməsi və bu zaman hər hansı yas xərcin çəkilməsi miras əmlaka faktiki sahiblik etmə və miras əmlakı faktiki idarə etmə kimi qəbul oluna bilməz. İddiaçının atasından qalmış miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi bu halla da təkzib olunur ki, onun atasının xx.xx.2006-cı il tarixdə vəfat etməsinə baxmayaraq iddiaçı hazırki iddia ilə müraciət olunan 14 dekabr 2022-ci il tarixədək mirasın qəbulu faktının müəyyən olunması və ya mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməmişdir. Həmçinin İddiaçı atasından miras qalmış torpaq sahəsinin vergisini ödəməmiş, eyni zamanda əmlak vergisini ödəməmiş, miras evdə yaşamamış, miras əmlakı idarə etməmiş və ona faktiki yiyələnməmişdir. İddiaçı atasından qalmış miras əmlaka faktiki sahiblik etməməsi və həmin miras əmlakı faktiki idarə etməməsi işdə olan digər sübutlarla, o cümlədən digər şahidlər Şahid5, Şahid4, X6, Şahid2 və Şahid1 ifadələri və sair sübutlarla da təkzib olunur. Belə ki, həmin şahidlər İddiaçı miras evdə yaşamadığını, mərhum Rizvan Amayevə məxsus sahədə fındıq yığmadığını, onun hüzn məclisini yola vermədiyini qeyd etmiş, Saniyətin miras əmlakı idarə etmək və ona sahib olmaq üçün hər hansı bir hərəkət etdiyini təsdiq etməmişlər. Eyni zamanda Şahid9 da ifadəsində Saniyətin miras torpaq sahəsində fındıq yığmadığını və atasının ölümündən sonra həmin miras evdə yaşamadığını qeyd etmişdir. Digər tərəfdən işdə olan Balakən rayonu Katex Bələdiyyəsinin 04 noyabr 2022-ci il tarixli 210 №-li arayışından da görünür ki, Cavabdeh həyat yoldaşı X44 2006-cı ildə vəfat etdikdən sonra ona və ailəsinə məxsus AN-206523 nömrəli «Torpaq sahəsinin Planı və ölçüsü» sənədində göstərilən 1362.55 m2 həyətyanı və JN-1923A saylı Dövlət Aktı ilə verilmiş 0.2527 ha kənddaxili, JN-1923 saylı Dövlət Aktı ilə verilmiş 0.6472 ha bağ payı torpaq sahəsindən istifadə edir və verigilər onun tərəfindən ödənilir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasm faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakm mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qebul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: • miras əmlaka faktiki sahiblik etmək üsulu; • miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X26 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ olan digər vərəsələrin miras qəbul etmədikləri halda yaranarsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən hər hansı mötəbər sübut əlavə etməmişdir. İş materiallarından görünür ki, İddiaçı X3nun ölümündən əvvəl onun təsərrüfatında yaşamamış, onunla birgə təsərrüfat aparmamışdır. X46 miras qalmış əmlakları qəbul etmək üçün o, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Qeyd edildiyi kimi, qanun normasının tələbinə əsasən mirası qəbul etməyin 3 yolu vardır: notariat kontoruna ərizə vermək, miras əmlaka faktiki sahiblik etmək və ya əmlakı faktiki idarə etməyə başlamaq. 01 sentyabr 2006-cı ildə vəfat etmiş Rizvan Amayevin vəfatından sonra ondan miras qalmış əmlakları onun arvadı Cavabdeh idarə etmiş, mərhumdan miras qalmış yaşayş evində Cavabdeh yaşamış, hətta mərhumdan miras qalmış keçmiş SSSR-i Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşlarına olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin ödənilməsi haqqında xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq "xxxx" ASC-nin Balakən rayon filialında miras qoyduğu əmanət hesabında pul vəsaitlərinin alınmasına dair xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa mirasın qəbul edilməsi üçün göstərilən hərəkətlər Mülki Məcəllənin 1246 və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində hər hansı bir hərəkətin edilməməsi mirasdan imtinaya bərabər tutulur (MM-nin 1273-1-ci maddəsi). Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə, o zaman yalnız məhkəməyə müraciət etməlidir. O halda 2 iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. 1. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi; 2. Mirasın qəbul edilməsi vaxtının uzadılması. İş materiallarından da göründüyü kimi, İddiaçı 01 sentyabr 2006-cı ildə vəfat etmiş X57dən miras qalmış hər hansı bir əmlakı faktiki olaraq idarə etməyə başladığını və yaxud da idarə etdiyini sübuta yetirəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı hazırki tələblə bağlı iddia müddətini ötürmüşdür ki, bu da iddianın təmin olunmaması üçün bir əsas olaraq da qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, mərhüm X27 xx.xx.2006-cı il tarixdə vəfat emtiş, onun vəfatından sonra cavabdeh Ammayeva X2mış mirası idarə etmiş və onu qəbul etmişdir. İddiaçı 2001-ci ildən Rizvan Amayevin təsərrüfatında qeydiyyatda yoxdur. Belə ki, İddiaçı hələ mərhum Rizvan Amayevin sağlığında ərə köçərək təsərrüfatdan çıxıb getmiş, torpaq islahatı zamanı da Rizvan Amayevin təsərrüfatında olmamış, uzun illər Bakı şəhərində yaşamaqla miras əmlakdan ümumiyyətlə istifadə etməmişdir. Mirasın qəbulu ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinində (Mülki Məcəllənin 1246cı maddəsi) müəyyən edilmiş müddət 6 aydır. Qanun normasının tələbinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunla müəyyən edilmiş həmin müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi ilə əlaqədar tərəfin müddətin tətbiqinə dair ərizənin verilməsi tələb olunmur. Lakin cavabdehin nümayəndəsi-vəkili iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddəti keçdiyi üçün də hazırki iddia təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasən qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı 01 sentyabr 2006-cı ildə vəfat etmiş X3ndan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının muüəyyən edilməsi tələbinə dair iddiası əsasız olduğundan təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-244/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-244/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver