Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-258/2022 18.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdehlər(qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakda payının müəyyən edilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 miras paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 20 sentyabr 2021-ci ildə vəfat etmiş mərhum əri X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və mərhum əri X8 verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1, Cavabdeh2 və mərhum əri X8 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə onun payının müəyyən edilməsi və naturada bölünməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 Ramazan oğlunun ona düşən ¼ hissəsindən çıxarılması, birgə nikah dövründə əldə etdikləri 4.000 (dörd min) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi və 828 (səkkiz yüz iyirmi səkkiz) manat dəyərində bir ədəd “Redmi Note-9 pro” markalı mobil telefonun cavabdeh Cavabdeh2 alınaraq ona verilməsi, naturada qaytarılması mümkün olmadıqda həmin telefonun dəyəri olan 828 (səkkiz yüz iyirmi səkkiz) manat pulun Cavabdeh2 Ramazan oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 20 sentyabr 2021-ci ildə ölmüş mərhum əri X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və mərhum əri X8 verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1, Cavabdeh2 və mərhum əri X8 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən birinci növbəli vərəsə olaraq özünün və azyaşlı qızı- 13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh1 Şamil qızının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 sentyabr 2021-ci ildə ölmüş mərhum X4ndan miras qalmış əmlaklara, ümumbirgə mülkiyyət hüququ ilə 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinin və 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 2/4 hissəsinə mirası qəbul etmiş Cavabdeh3 və Cavabdeh1 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə hazırlıq iclasında məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə verərək 20 sentyabr 2021 –ci ildə ölmüş mərhum oğulları- X5 miras qalmış əmlaklara, ümumbirgə mülkiyyət hüququ ilə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin 1/4 -hissə miras payından və 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissə miras payından 2/4 hissəsinə mirası qəbul etmiş Cavabdeh3 və Cavabdeh1 miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Ərizə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, 30 avqust 2018-ci ildə rəsmi nikahla Balakən rayonu, Xalatala kənd sakini mərhum X8 ərə getmişdir. Rəsmi nikahdan 13 yanvar 2020-ci ildə bir qız övladı- Cavabdeh1 Şamil qızı doğulmuşdur. 2021-ci ilin sentyabr ayının 20-də X2 virusa yoluxaraq dünyasını dəyişmişdir.Əri rəhmətə getdikdən sonra hər iki tərəfin razılığı ilə o, atasının evinə gəlmişdir.Bundan sonra o, mərhum həyat yoldaşı X6 vərəsəsi kimi X13 Xidmət Mərkəzi Notariat Ofisinə mərhum ərindən miras qalmış əmlakdan ona və azyaşlı qızı Cavabdeh1 Şamil qızına düşən payı tələb etmək üçün müraciət etmişdir.Lakin vərəsələr arasında mübahisə olduğundan Balakən Regional “Asan” Xidmət Mərkəzi Notariat Ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Miras qoyanın digər vərəsələri anası Cavabdeh1 və atası Cavabdeh3 və qızı- Cavabdeh1 Şamil qızıdır. Cavabdeh1 Şamil qızı mərhum atası X6 mirasını qəbul etmişdir və mirası qəbul etdiyinə dair ərizə ilə qanuni nümayəndəsi olaraq o, X13 Xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir .Onun mərhum əri X6 aşağıdakı əmlakları vardır:Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 və mərhum həyat yoldaşı X8 Balakən rayonu Xalatala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 1\4 hissəsinə onun payı müəyyən edilməlidir. Eyni zamanda Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 İyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 və mərhum həyat yoldaşı X8 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 1\4 hissəsinə onun payı müəyyən edilməlidir. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar isə qanunla miras əmlak qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddəti üzrsüz səbəbdən ötürmüşlər. İlk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Xalatala kəndində yaşayırlar. İddiaçı İddiaçı onların gəlinləri olmuşdur. Hazırda onunla münasibətləri yaxşı deyildir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvləri olan Cavabdeh3, Cavabdeh1 Heybullah qızına, Cavabdeh2 və X8 Balakən rayonu Xalatala kəndi ərazisindən-1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 708 KOD 40115018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı , 0.10 ha həyətyanı torpaq sahəsinə isə JN 708A KOD 40115018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X4 30 avqust 2018-ci ildə İddiaçı ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Onların birgə nikahlarından 13 yanvar 2020-ci ildə Cavabdeh1 Şamil qızı adında bir övladları olmuşdur. 20 sentyabr 2021-ci il tarixdə X11 xəstəlikdən ölmüşdür.Oğlunun ölümündən sonra İddiaçı onlarla birgə yaşamaqdan imtina edərək övladı ilə birlikdə çıxıb getmişdir. Bundan sonra onunla münasibətləri pozulmuşdur. 2022-ci ilin yanvar ayında İddiaçı X4ndan miras qalmış əmlaklara, 0.10 ha həyətyanı torpaq sahəsinin və 1.65/ ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə miras payının onun adına verilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinə görə onlar- Cavabdeh3 və Cavabdeh1 mərhum X4nun birinci növbəli vərəsələridirlər. Buna görə də mərhum X4ndan mıras qalmış əmlaklara, ümumbirgə mülkiyyət hüququ ilə 0.10 ha həyətyanı torpaq sahəsindən 1/4 hissə və 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/4 hissə miras payının ümumilikdə 2/4 hissəsinə onların miras paylarının müəyyən edilməsini istəyirlər.Mərhum X4nun birinci növbəli vərəsələri olduqlarından, miras əmlak ümumbirgə mülkiyyətlərində olduğundan, həmin təsərrüfatı mərhumun ölümündən sonra hazırda da onlar tərəfindən idarə edildiyindən miras əmlakın 2/4 hissəsinə onların miras payları müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə oğlu qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qismən etiraf edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın qismən , qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 sentyabr 2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 fevral 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 367816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Şamil qızı 13.01.2020-ci ildə anadan olmuş, atası X11, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş XVİ-JQ seriyalı 394977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 . 03. 1992-ci ildə anadan olmuş, atası Cavabdeh3, anası Cavabdeh1 Heybullah qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 286605 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında 30 avqust 2018-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Uruxova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş 12 nömrəli arayışda göstərilmişdir ki, “Arayış məhkəməyə təqdim edilməsi məqsədilə verilir İddiaçı ona görə ki, o həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 20 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsidir (arvadı) və miras qalmış əmlakdan irs almalıdır vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir). Bundan əlavə miras qoyanın digər vərəsələri anası Cavabdeh1, atası Cavabdeh3 İbrahim oğlu və qızı X10r. Eyni zamanda bildiririk ki, Cavabdeh1 Şamil qızı mərhum atası X6 mirasını qəbul elmişdir və mirası qəbul etdiyinə dair ərizə ilə qanuni nümayəndəsi olan anası Uruxova X9 Regional Asan Xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala Bələdiyyəsi tərəfindən 17 yanvar 2022-ci il tarixdə İddiaçı adına verilmiş 04 nömrəli arayışdan görünür ki, JN-708A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mərhum əri Uruxov Şamil Ramazan oğlunun və ailəsinin birgə istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-708A KOD 40115018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh3 İbrahim oğluna, Cavabdeh1 Heybulla qızına,Cavabdeh2 və X8 Balakən rayonu Xalatala kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-708 KOD-40115018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh3 İbrahim oğluna, Cavabdeh1 Heybulla qızına, Cavabdeh2 və X8 Balakən rayonu Xalatala kəndi ərazisindən 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Cavabdeh3 iddiaçının qaynatası, Cavabdeh1 qaynanası, Cavabdeh2 isə qaynıdır. İddiaçı 30 avqust 2018-ci ildə rəsmi nikah bağlamaqla X11 ilə evlənmişdir. Birgə nikahlarından 13 yanvar 2020-ci ildə Cavabdeh1 Şamil qızı adlı uşaqları doğulmuşdur. 2021-ci ilin sentyabr ayının 20-də X11 xəstəlikdən ölmüşdür. X1 miras əmlak olaraq Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Xalatala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsi və Balakən Rayon Aqrar İslahat Komissiyasının eyni tarixli və eyni nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi qalmışdır. Onun birinci növbəli vərəsələri atası- Cavabdeh3, anası- Cavabdeh1, arvadı İddiaçı və qızı -13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh1 Şamil qızıdır. Birinci növbəli vərəsələrdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 miras əmlakı idarə etməklə və ona sahiblik etməklə mirası faktiki qəbul etmişlər, İddiaçı və azyaşlı qızı -13 yanvar 2020-ci ildə anadan olmuş Cavabdeh1 Şamil qızı isə notariat kontoruna ərizə verməklə mirası qəbul etmişlər. Vərəsələr arasında mübahisə olduğundan Balakən Regional “Asan” Xidmət Mərkəzi Notariat Ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də vərəsələr hazırkı iddia və qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə vəsiyyət üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1,1159.1.1-1159.1.5-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. -Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, 20 sentyabr 2021-ci ildə ölmüş X5 Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinin miras qalmasını, İddiaçı, onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı- Cavabdeh1 Şamil qızının, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 payları bərabər olmaqla birinci növbəli vərəsələr olmalarını, iddiaçının və azyaşlı qızının mirası notariat kontoruna ərizə verməklə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə mirası faktiki qəbul etmələrini nəzərə alaraq hesab edir ki, İlk iddia və qarşılıqlı iddia təmin edilməli, 20 sentyabr 2021-ci ildə ölmüş X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən hər birinə ¼ hissə olmaqla birinci növbəli vərəsələr İddiaçı, onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı- Cavabdeh1 Şamil qızının, cavabdehlər Cavabdeh3 Cavabdeh1 payları müəyyən edilməlidir. . Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk və qarşılıqlı iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İlk iddia və qarşılıqlı iddia təmin edilsin. 20 sentyabr 2021-ci ildə ölmüş X5 miras qalmış, Balakən rayonu Xalatala kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin və Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh3,Cavabdeh1, Cavabdeh2 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən hər birinə ¼ hissə olmaqla birinci növbəli vərəsələr İddiaçı, onun 13 yanvar 2020-ci ildə anadan olmuş qızı- Cavabdeh1 Şamil qızının, cavabdehlər Cavabdeh3 ,Cavabdeh1 payları müəyyən edilsin. İlk iddianın verilməsi üçün ödənmiş dövlət rüsumu xərci iddiaçıya, qarşılıqlı iddianın verilməsi üçün ödənmiş dövlət rüsumu xərci isə cavabdehlərə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-258/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-258/2022
18.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver