Məhkəmə qərarları › İş №e-2(019)-26/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-26/2024

12.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-26/2024 12.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Qarayev Akı̇ f Nəsrəddı̇ n oğlunun, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Ablyakimovnanın və tərcüməçi X9 iştirakı ilə İddiaçı cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X21 Timofeyevna 14 iyun 2006-cı ildə vəfat edəndən sonra ondan ünvan 1ində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmiş JN-1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət evi miras qalmışdır. Anasının vəfatından sonra həmin miras əmlaklara sahiblik etməklə həmin mirası faktiki olaraq qəbul etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə miras əmlak olan ünvan 1ində yerləşən X4 miras qalmış 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun vərəsələri olan X12, Cavabdeh2 və İddiaçı arasında payları bərabər olmaqla bölüşdürülmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, xx.xx.2022-ci il tarixdə isə digər vərəsələr ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinə 1/3 hissə olmaqla reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlərlə aralarında səngiməyən çox söz-söhbətlər və mübahisələr olduğuna görə qeyd edilən torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasını, cavabdehlərin onun payına uyğun verilmiş ərazidən çıxarılmasını istəyir. ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün “X13” MMC-yə müraciət etmişdir. “X13” MMC-nin xx.xx.2021-ci il tarixli 558 saylı mütəxəssis rəyində ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olduğu və bunun nəticəsində ona 0.0461 ha torpaq sahəsinin düşdüyü müəyyən edilmişdir. Lakin cavabdehlərlə ümumi əşyanın bölünməsi və ya payın ayrılması ilə bağlı razılığa gələ bilmirlər. Buna görə də mübahisələrinin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Ablyakimovna iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, İddiaçı onlara qarşı “torpaq sahəsinə ona düşən payının 1/3 hissəsinin naturada ayrılması tələbinə dair” eyni məzmunlu iddiasına Balakən Rayon Məhkəməsi tərəfindən baxıldığını və məhkəmənin 06 avqust 2020-ci il tarixli, İş № 2(019)-12/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilmədiyini, qətnamədən şikayət verilmədiyini, qanuni qüvvəsini aldığını bildirib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 məhkəməyə etiraz göndərərək etirazında göstərmişdir ki, İddiaçı mərhum atası Vadim Qarayev və əmisi Cavabdeh2 qarşı “torpaq sahəsinə ona düşən payının 1/3 hissəsinin naturada ayrılması tələbinə dair” eyni məzmunlu iddiasına Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimov tərəfindən baxılmış və məhkəmənin 06 avqust 2020-ci il tarixli, iş № 2(019)- 12/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən şikayət edilməmiş, qanuni qüvvəsini almışdır. Bundan başqa İddiaçı əmisi Cavabdeh2, X1, habelə mərhum atası Vadim Qarayevin hüquqi varisləri kimi ona, eləcə də X11 və X15 qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə etmək üçün inşa etdiyi yardımçı saraya cavabdehlər daxil olmaqla istifadə etməyinə maneələr yaratmaları, həmin saraydan icazəsi olmadan istifadə etməklə qanunsuz çəkdikləri kommunal xəttlərin ləğv edilməsi və mülkiyyətində olan yardımçı sarayın ona təhvil vermələrinə dair” təqribi eyni məzmunlu iddiasına Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov tərəfindən baxılmış və məhkəmənin 26 sentyabr 2022-ci il tarixli, İş № 2(019)-34/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********29-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi və 0.0581 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaqları 2/3 hissə X5, 1/3 hissə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-1096 KOD-40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X5 mülkiyyətinə ünvan 1i ərazisindən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X7, 1/3 hissəsi İddiaçı və 1/3 hissəsi Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********29-10301 olan, 318 invertar qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1i fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli №10/323 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mərhum X6 miras qalmiş Balakən rayonu, Gərəkli kəndində yerləşən torpaq sahəsi "xxxx" MMC-nin Elektron Baza məlumatlarında JN-1096 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 1096 N cizgisində göstərilən 0.14 ha pay torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrə düşür və hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, hüquqmüəyyenedici sənəddə göstərilən mərhum X6 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası «X13»-nin 29 noyabr 2021-ci il tarixli 558 nömrəli mütəxəssis rəyində göstərilir ki, Balakən rayonu, Gərəkli kəndində yerləşən, müraciət edən şəxs - İddiaçı tərəfindən baxışa təqdim olunan torpaq sahəsi və orada yerləşən yardımçı tikilinin naturada GPS ölçü aləti vasitəsilə təyin olunan koordinatlarının ərazinin elektron ümumi xəritəsi və ortofotoplan üzərində tədqiqatı zamanı yardımçı tikilinin X16 və İddiaçı birgə xüsusi mülkiyyətlərində olan 0.14 ha torpaq sahəsi hüdudları daxilində olması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsi və yardımçı tikilinin coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda və sxemdə aydın şəkildə göstərilmişdir. "İnşaat Norma və Qaydalarfnın 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənəddə göstərilən mərhum X8 miras qalmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha torpaq sahəsindən orada olan tikili İddiaçı istifadəsində qalmaqla 1/3 payının naturada ayrılması mümkündür. Bölgü zamanı İddiaçı Nəsirəddin oğlunun 1/3 payına 0.0461 ha torpaq sahəsi düşür. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış-plan-sxemdə ətraflı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 10 mart 2023cü il tarixli mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla 1/3 hissə X7, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir fiziki sərhəddi və mərz nişanı yoxdur və həmin ərazidə naturada 1.35 ha torpaq sahəsindən istifadə olunur. X17, İddiaçı, Cavabdeh2 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********32 olan Çıxarış sənədinə əsasən ümumi birgə mülkiyyətlərinə işlənilmiş 0.14 ha torpaq sahəsininin koordinatları, ölçüləri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla 1/3 hissə X7, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Nəsərəddin oğluna düşən 1/3 hissəsinin naturada ayrılması həmin torpaq sahəsində yerləşən tikili bölündükdən sonra paylarına düşən 1/3 hissəsinin naturada ayrılmasına baxıla bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla 1/3 hissə X7, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Nəsərəddin oğluna düşən 1/3 hissəsinin hər hansı formada qanunsuz istifadə olunması ilə bağlı bildirilir ki, mübahisəli 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir fiziki sərhəddi və mərz nişanı olmadığına görə həmin torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə istifadə edildiyini müəyyən etmək olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli №10/4507 nömrəli ekspert rəyində göstərilir ki, Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsinin faktiki olaraq fiziki sərhədləri və hər hansı bir mərz nişanı mövcud olmadığından həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə uyğun olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsindən iddiaçıya aid 1/3 hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X2rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli e-2(019)-26/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/3 hissə X3, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əsasən həmin 0.14 ha torpaq sahəsində birmərtəbəli olmaqla fundament üstündə birmərtəbəli saray binası tikilmiş, həmin saray yardımçı tikili kimi kiminsə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli №10/323 nömrəli ekspert rəyinə əsasən hüquqmüəyyenedici sənəddə göstərilən mərhum X6 miras qalmış ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsinin mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli №10/4507 nömrəli ekspert rəyində göstərilir ki, Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsinin faktiki olaraq fiziki sərhədləri və hər hansı bir mərz nişanı mövcud olmadığından həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə uyğun olub- olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.14 ha torpaq sahəsindən iddiaçıya aid 1/3 hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X2rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli e-2(019)-26/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilmişdir. İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə ödənilmiş 190 manat mütəxəssis xərci ödəmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlkdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X14 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarından görünür ki, mübahisə predmetini təşkil edən ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və X3 ümumi paylı mülkiyyətinə verilmişdir. Yəni reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla ünvan 1ində yerləşən həmin 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə X7, 1/3 hissəsinə İddiaçı və 1/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X2rşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli e- 2(019)-26/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilmişdir. İşdəki sübutlarla müəyyən olunur ki, həmin ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissəsi naturada ayrılmamış, sərhədlər müəyyən olunmaqla həmin payın fiziki bölgüsü həyata keçirilməmişdir. Belə olan halda cavabdehlərin paylı mülkiyyətdə olan həmin torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissəsindən qanunsuz istifadə etməsi və onun mülkiyyət hüquqlarını pozması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müliyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həimn qanun normasının dispozitiv şərtlərinə görə şəxs vindikasiya qaydasında özgəsinin qanunsuz sahiblyindən öz əmlakını onda tələb edə bilər ki, bu əmlak onun mülkiyyətində olsun, başqası həmin əmlaka sahiblik etsin və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olsun. Hazırki halda isə cavabdehlərə münasibətdə bu şərtlər mövcud deyildir. Belə ki, Cavabdeh2, həmçinin Cavabdeh1 mərhum X7 vərəsəsi qismində həmin torpaq sahəsinə iddiaçı ilə bərabər mülkiyyət hüquqlarına malikdirlər. Qanunvericiliyin tələbinə əsasən bütün paylı mülkiyyətin mülkiyyətçilərinin, o cümlədən cavabdehlər Cavabdeh2 və mərhum X7 vərəsəsi olan Cavabdeh1 həmin torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüquqları vardır. Cavabdehlərin həmin torpaq sahəsinə sahiblik etməsi və ondan istifadə etməsi qanunun tələblərinə uyğundur və torpaq sahəsindən qanunsuz istifadə etmə və ona qanunsuz sahiblik etmə anlamına gələ bilməz. Eyni zamanda cavabdehlərin iddiaçıya qarşı sözügedən torpaq sahəsindən onun 1/3 hissə payından istifadəsi və sahibliyinə yönəlmiş hər hansı qərəzli hərəkətlər və qəsdlər etməsi müəyyən olunmur. Belə ki, qeyd edildiyi kimi həmin 0.14 ha torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissəsi naturada ayrılmamsış və onun fiziki bölgüsü həyata keçirilməmiş, həmin payın sərhədləri müəyyən edilməmişdir. Belə olan halda cavabdehlərin torpaq sahəsinin iddiaçının hələ naturada məlum olmayan 1/3 payına düşən hissəsinə sahiblik etməsi və ondan istifadəsinə qərəzli hərəkətlər və qəsdlər etməsinin iddia edilməsi işdəki heç bir mötəbər sübutla təsdiq olunmamaqla əsassızdır. Digər tərəfdən cavabdehlərin də həmin torpaq sahəsinə mülkiyyət hüquqları vardır və onların həmin torpaq sahəsinə sahiblik etməsi və ondan istifadə etməsi tamamilə qanunidir. Əgər iddiaçı və cavabdehlər arasında birgə paylı mülkiyyətdə olan həmin torpaq sahəsindən sahiblik və istifadə ilə bağlı razılaşma yoxdursa, onda qanunvericiliyə əsasən bu sahiblik və istifadə müvafiq iddia əsasında məhkəmənin müəyyənləşdirildiyi qaydada həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə bütün mülkiyyətçilərin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. İş materiallarındakı sübutlarla cavabdehlərin İddiaçı torpaq sahəsindəki payına mülkiyyət hüquqlarını pozması müəyyən edilməmişdir. İddiaçı tərəfindən də cavabdehlərin onun mülkiyyət hüquqlarını pozan hansısa qanunsuz hərəkətlər etməsini və onun mülkiyyət hüquqlarını pozmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əsasən cavabdehlərin iddiaçının payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş hansısa qərəzli hərəkətləri və qəsdləri müəyyən edilməmişdir. İddiaçı cavabdehlərin onun torpaq sahəsindən payından istifadə və sahiblik etməsinə qərəzli hərəkətlər və qəsdlər etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddianın əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə ödənilmiş 190 manat mütəxəssis xərci İddiaçı aid edilməli, İddiaçı Nəsrəddı̇ n oğlundan 50 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respukblikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə ödənilmiş 190 manat mütəxəssis xərci İddiaçı aid edilsin; İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar