Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-26/2025 19.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi- vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus olan, Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun, vəkilə xidmət haqqı olaraq ödənilmiş 100 manat xidmət haqqının və 2020- 2021-2022-2023-cü illərdə torpaq sahəsindən istifadə edə bilmədiyi üçün cəmi 12000 kq taxıl (arpa) məhsulunun ümumi dəyəri olaraq hesablanmış 5400 AZN məbləğində pulun (5 il*3000 kq*045 qəp) cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus 0,6381 ha torpaq sahəsindən çıxarılmaları, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat,vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahimş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. Xüsusi mülkiyyətində ünvan 1ində 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2013-cü il tarixdə Cavabdeh2 Əhmədulla qızı və onun ailə üzvlərindən almışdır. Həmin torpaq sahəsinə dair hüquqları xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmışdır. Mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsini 2013-cü ildən 2020-ci ilin yazınadək istifadə etmişdir. 2020-ci ilin yaz aylarında ot biçimi zamanı Cavabdeh2 mərhum əri X9 torpaq sahəsinin qapısına qıfıl vurmuş və müxtəlif bəhanələr edərək onu həmin torpaq sahəsinə buraxmayacağını bildirmişdir. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasına dair müraciət etsə də, nəticə vermədiyi üçün Cavabdeh2 və qeyrilərinin torpaq sahəsindən çıxarılmasına dair Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi mülki iş üzrə (2(019)32/2021 saylı mülki iş) ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmişdir. Mülki iş üzrə 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********3 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında cavabdeh X3 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsi göstərilmişdir. , Həmin rəyə əsasən müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə mülkiyyət hüququ üzrə ona məxsus olan 0.63 ha torpaq sahəsinin koordinatları 0.0174 ha hissədə üst-üstə düşür. Həmin mütəxəssis rəyindən sonra iddia ərizəsinin geri götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra tərəfindən mütəxəssis rəyi alınması üçün X10nə müraciət olunmuşdur. Azərbaycan Respublikası “X10” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki stifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X5 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində 512Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsilə kortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir. X10 tərəfindən verilmiş mütəxxəssis rəyinə əsasən Balakən Rayon Məhkəməsinə Cavabdeh2 və onun ailə üzvlərinin torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 61/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X6 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli ürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi darəsinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiasının təmin olunmamasına əsas ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Balakən Rayon Məhkəməsinin icraatında olmuş 2(019)32/2021 saylı mülki iş üzrə ekspertiza keçirilmişdir. 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi 4**********3 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında cavabdeh X3 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəməyə təqdim etdiyi digər sübut “Müstəqil eksperiza mərkəzi”nin rəyi sübut qismində məhkəmə tərəfindən qəbul edilməmişdir. Bu səbəbdən Şəki İnzibati Məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 18 saylı saylı Zaqatala ərazi darəsinə qarşı 4**********3 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin koordinatlarının xx.xx.1999-cu il tarixli JN512 nömrəli Dövlət Aktının 512Q planşet hissəsində göstərilən koordinatlara (0.63 ha torpaq sahəsi) uyğun olaraq işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə mütəxəssis rəyi verilmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən iddia tələbi təmin olunaraq Balakən rayonu, Şambul kəndində yerləşən 0.63 ha torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun (TEKUİS məlumatlarına əsasən) işlənilərək yeni torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. İddia təmin olunduğu üçün ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. DƏDRX tərəfindən verilmiş yeni plan ölçü sənədləri ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 zəbt etdiyi torpaq sahəsi ona məxsus 0.63 ha torpaq sahəsidir. Cavabdeh2 da həmin torpaq sahəsini Cavabdeh1 icarəyə vermişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin185.5-ci maddələrinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 512KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X16 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə ünvan 1ində yerləşən 0.85 ha torpaq sahəsi X9, Cavabdeh2 Əhmədulla qızı və X8 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 4**********3 reyestr nömrəli , ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş, **********68 reyestr nömrəli, 496326 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********68 olan, 180416 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyun 2024-sü il tarixli 3-21-3-47/2-2473/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqdların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********053 olan,********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla iddiaçı X1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6381 ha olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən-reyestr nömrəsi **********053 olan, ********** qeydiyyat nömrəli 18.0.2020-ci iil tarixli çıxarışla iddiaçı X2 xüsusi mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bütövlükdə istifadə olunur. Həmin torpaq sahəsinin yerdləşmə vəziyyəti , ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 10/3424 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestir nömrəsi 4**********3 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6381 ha olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestir nömrəsi 4**********3 olan, ********** qeydiyyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bütövlükdə istifadə olunur. Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddiaçının,onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, 4**********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. O, həmin torpaq sahəsini 2013-cü ildə Cavabdeh2 Əhmədulla qızı və onun ailə üzvlərindən alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə dair hüquqları xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmışdır. Cavabdehlər həmin torpaq sahəsindən çıxmadıqlarına görə İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 və ailə üzvülərinin torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsində sözügedən iddia tələbinə baxılarkən ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********3 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında cavabdeh X3 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Bu əsasla Balakən Rayon Məhkəməsinin 2(019)-61/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X6 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli ürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi darəsinə qarşı cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 4**********3 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin koordinatlarının xx.xx.1999-cu il tarixli JN512 nömrəli Dövlət Aktının 512Q planşet hissəsində göstərilən koordinatlara (0.63 ha torpaq sahəsi) uyğun olaraq işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması ilə bağlı Şəki İnzibati Məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh orqan - Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi Balakən rayonu, Şambul kəndində yerləşən 0.63 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun (TEKUİS məlumatlarına əsasən) yeni plan və ölçü sənədini hazırlayıb vermişdir. Bundan sonra yeni əsasla iddiaçı hazırkı iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 10/3424 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi 4**********3 olan, ********** qeydiyyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bütövlükdə istifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mübahisələndirilən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinə heç bir hüquqları olmadan bu torpaq sahəsindən istifadə etmələrini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin təmin edilməsini və iddiaçının nümayəndə - vəkilin göstərdiyi yardıma görə tələb etdiyi xərcin ağlabatan məbləğdə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, 4**********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş, ünvan 1i ünvanında yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 100 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 Əhmsədullah qızından və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, 4**********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş, ünvan 1i ünvanında yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar; ödənmiş 100 manat dövlət rüsumu xərci və vəkilə hüquqi yardım üçün ödənmiş 100 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 Əhmsədullah qızından və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov