Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-261/2023 13.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pul və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 2500 manat pulun alınaraq ona verilməsi, onun evində qalmış cehiz əşyalarından yorğan-döşək üçün çexollar və astar-qiyməti 130 manat, asılqanlar- qiyməti 3 manat, balaca stul 1 ədəd- qiyməti 2 manat, bankalar -3 ədəd 3 kiloluq, 1 ədəd 1 kiloluq-qiyməti 10 manat, idman daşı-16 kiloqramlıq qiyməti 60 manat, 15 metr rezin boru- qiyməti 45 manat, dəmir çəkic 2 ədəd-1ədədin qiyməti 15 manat, 2 ədədin qiyməti 30 manat, qaz üçün açarlar - qiyməti 20 manat, köhnə çexollar maşın üçün- qiyməti 10 manat, balaca qazan-qiyməti 8 manat, yumru metrə, “uroven”- qiyməti 5 manat, “urove”n 1 metrəlik- qiyməti 15 manat, 2 ədəd plasmas boçka-1 ədədinin qiyməti 40 manat, 2ədədi 80 manat, 7 kq sarımsaq-qiyməti 35 manat, 3 kisə kartof-150 kq, qiyməti 75 manat, peç üzərinə qoyulan dəmir- qiyməti 10 manat, uzun oturacaq- qiyməti 50 manat, yarım kilo kərə yağı-qiyməti 8 manat, balaca banka tomat-qiyməti 5 manat, 40 ədəd yumurta- qiyməti 8 manat, yarım kq pendir-qiyməti 8 manat, ütü çəkən stol üçün çexol-qiyməti 5 manat, “rokovin”- əl üz yumaq üçün- qiyməti 50 manat, yastıq, çexol, prastina -qiyməti 50 manat, 2 ədəd qızıl boyunbağı -1 ədəd 5 qramlıq- 364 manat, 1 ədəd 15 qramlıq-500 manat-cəmi 1586 manat dəyərində əşyaların həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri 1586 manat olan manat pulun və Cavabdeh ona borclu olduğu 2500 manatın, cəmi 4086 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, qeyrirəsmi nikahla 03 avqust 2019-cu ildə Balakən rayonu Katex kənd sakini Cavabdeh ərə getmişdir. Evlənmələri ilə bağlı verilən ziyafətdə Cavabdeh onun boynuna 15 qram çəkidə qızıl boyunbağı taxmış , lakin həmin gün də geri götürərək daha yaxşısını alacağını bildirmişdir. O, da etiraz etməmişdir. Bundan bir müddət sonra Cavabdeh Zaqatala şəhərindən 350 manat dəyərində qızıl boyunbağı alıb gətirmiş, boyunbağını nisyə aldığını bildirərək pulunu ondan istəmişdir. O, isə boyunbağının pulunu verməkdən imtina etmiş, bu səbəbdən bir neçə gündən sonra Qalib boyunbağını aparıb geri mağazaya vermişdir. Evləndikləri ilk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulmuş və 16 avqust 2021-ci ildə ayrılmışlar. Birgə yaşadıqları dövrdə cavabdeh onu qonşuların, tanışların üstünə onlardan borc pul götürüb ona verməsi üçün göndərmiş, o isə həmin pulları hara xərclədiyini bilməmişdir. O, pulu istəmək üçün getmək istəmədikdə onun üstünə bıçaq çıxarmış, onu döymüşdür. Bir dəfə də bacısı Fəridənin təkidi ilə onu döyüb qolunu qap-qara etmişdi. O, heç yerə şikayət etməmişdir. Cəmi tanışlardan götürdüyü 2500 manat pulu o, öz maaşından ödəmişdir. Cəmi 2500 (iki min beş yüz) manat pul tərəfindən ona borc götürüb verdiyi pulun hesabı olmuşdur.2021-ci ilin avqust ayında Cavabdeh ayrılmaq istədiyini bildirmiş, o da sonuncudan borclarını ödəməsini tələb etmişdir. 16 avqust 2021-ci il tarixdə Cavabdeh ona 1300 (min üç yüz) manat borclu olması barədə qəbz yazıb vermişdir. O, həmin qəbzdə borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Cavabdeh evində olan mebellərini və digər əşyaların bir hissəsini bir neçə dəfəyə yığıb aparmışdır. Mətbəx mebelini apararkən Qalib evdə olmuş, sonrakı dəfədə isə Qalib olmamış, onun yeznəsi və xalası oğlu iştirak etmişlər. Lakin ona məxsus 130 manat dəyərində yorğan-döşək üçün çexollar və astar, 3 manat dəyərində asılqanlar, 2 manat dəyərində 1 ədəd balaca stul, 10 manat dəyərində 3 ədəd 3 kiloluq və 1 ədəd 1 kiloluq bankalar, 60 manat dəyərində 16 kiloluq idman daşı, 45 manat dəyərində 15 metr rezin boru,30 manat dəyərində 2 ədəd dəmir çəkic, 20 manat dəyərində qaz üçün açarlar, 10 manat dəyərində maşın üçün köhnə çexollar, 8 manat dəyərində balaca qazan, 5 manat dəyərində yumru metrə, 15 manat dəyərində 1 metrəlik ölçü aləti, 80 manat dəyərində 2 ədəd plasmas boçka, 35 manat dəyərində 7 kq sarımsaq, 75 manat dəyərində 3 kisə kartof, 10 manat dəyərində soba üzərinə qoyulan dəmir, 50 manat dəyərində uzun oturacaq, 8 manat dəyərində yarım kilo kərə yağı, 5 manat dəyərində balaca banka tomat, 8 manat dəyərində 40 ədəd yumurta, 8 manat dəyərində yarım kq pendir, 5 manat dəyərində ütü stolunun çexolu, 50 manat dəyərində əl –üz yuyan (rokovin) Qalibin evində qalmışdır.O,tələb etsə də Qalib həmin əşyaları ona verməmişdir, Həmçinin Qalib qəbz yazıb verdiyi 1300 manat borcundan 200 manat vermiş, qalan 1100 manatı ödəməmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı Məhəmməd qızının ona qarşı borc pul və cehiz əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “ cəmi 2500 (iki min beş yüz) manat pul tərəfindən borc götürülüb ona verilmişdir.Lakin o, həmin pulun 1300 (min üç yüz) manatını etiraf edir”.Bu deyilənlərə münasibət olaraq bildirmək istəyir ki, iddiaçının dedikləri hamısı yalan və absurd fikirlərdir. İddiaçı ona 2500 manat pul verməyib, əgər veribsə hər hansı sübutu məhkəməyə təqdim etsin. 1300 (min üç yüz ) manat məbləğində pula gəldikdə isə, məhz ondan əl çəkib getsin deyə qarşı tərəfin israrlı təsirləri ilə kağıza iltizam yazaraq 1300 manat verəcəyini bildirmiş və həmin puldan da 200 manatını artıq ödəmişdir. Ödənilmiş 200 manat məbləğində pulu isə məhkəmənin hazırlıq iclasında tərəf özü etiraf etmişdir.İddia ərizəsində qeyd edilmiş 24 adda əşyalardan heç biri onda yoxdur.İddiaçı olmayan hallara istinad edərək əsassız şəkildə, ucuz şəkildə varlanmaq istəyir. İddiaçının onun evində hər hansı əşyalarının olması ilə bağlı heç bir sübutu, dəlili yoxdur. Onlara görə müəyyən elədiyi dəyər isə tamamilə absurddur. Olmayan əşyalardan 1586 manatı ancaq İddiaçı çıxara bilər. İddiaçının qızıl əşyaları barədə dedikləri də yalandır. Bununla bağlı hər hansı sübutu da yoxdur. O, qarşı tərəfə yalnız ümumi dəyəri 350 manat dəyərində olan qızıl boyunbağı almışdır. Onu isə nisyə şəkildə 150 manatını ödəyərək götürmüşdür ( qalan hissəsini isə sonra ödəyəcəkdi). İddiaçıya həmin boyunbağını hədiyyə etmək istəyəndə isə onu bəyənmədiyini bildirmişdir. Onlar birlikdə həmin qızıl boyunbağını aldıqları mağazaya qaytarmışlar.Sözügedən iddiada qeyd edilən ikinci boyunbağı isə ümumiyyətlə olmamışdır. Əgər ikinci boyunbağı ilə bağlı nəsə sübutu varsa məhkəməyə təqdim etsin. Hesab edir ki, iddiaçının verdiyi iddia ərizəsi əsassız, qanunsuzdur.Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2022-ci il tarixli 61 nömrəli rəyində göstərilmişdir ki; 1.Yorğan döşək üçün çexollar və astar - qiyməti 130 manat; 2.Asılqanlar- qiyməti 3 manat; 3.Balaca stul, 1 ədəd - qiyməti 2 manat;
4. Bankalar 3 ədəd 3 kiloluq, 1 ədəd 1 kiloluq - qiyməti 10 manat; 5.İdman daşı ,16 kq - qiyməti 60 manat;
6. 15 metr rezin boru - qiyməti 45 manat; 7.Dəmir çəkic 2 ədəd - 1 ədədin qiyməti 15 manat, 2 ədədin qiyməti 30 manat; 8.Qaz üçün açarlar - qiyməti 20 manat;
9. köhnə çexollar maşın üçün - qiyməti 10 manat; 10.balaca qazan - qiyməti 8 manat;
11. yumru metrə (uroven) - qiyməti 5 manat ; 12.uroven 1 metrlik - qiyməti 15 manat ; 13.2 ədəd plasmas boçka - 1 ədəd qiyməti 40 manat, 2 ədədi 80 manat; 14.7 kq sarımsaq - qiyməti 35 manat; 15.3 kisə kartof-150 kq - qiyməti 75 manat; 16.peç üzərinə qoyulan dəmir - qiyməti 10 manat; 17.uzun oturacaq - qiyməti 50 manat ; 18.yarım kilo kərə yağı - qiyməti 8 manat ; 19.balaca banka tomat - qiyməti 5 manat; 20.40 ədəd yumurta - qiyməti 8 manat; 21.yarım kq pendir - qiyməti 8 manat; 22.ütü çəkən çexol stol üçün-qiyməti 5 manat; 23.rokovin əl-üz yuyan -qiyməti 50 manat; 24.yastıq, çexol prastina qiyməti 50 manat ; 25.1 ədəd 5 qramlıq boyunbağı-364 manat; 26.1 ədəd 15 qramlıq - 500 manat ; Cəmi:məbləğ 1586 (min beş yüz səksən altı) manat. Yuxarıda göstərilən cehiz əşyalarının qiyməti indiki bazar qiymətinə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 avqust 2022-ci il tarixli 109-19961-1222 nömrəli məktubda göstərilmişdir ki,” Sizin xx.xx.2022-ci il tarixdə DİN-nin “102” xidməti zəng mərkəzinə zəng vurub verdiyiniz məlumatınız tərəfimizdən araşdırılmışdır.Müraciətinizdə göstərdiyiniz xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh X1 1300 (min üç yüz manat 00 qəpik) borcluyam.xx.xx.2022-ci ilə qədər ödəyəcəyəm”. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 03 avqust 2019-cu ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş,16 avqust 2021-ci ilə kimi sonuncuya məxsus olan, Balakən rayonu Katex kəndində yerləşən evdə yaşamışlar. 16 avqust 2021-ci il tarixdə Cavabdeh İddiaçı 1300 (bir min üç yüz) manat borclu olması barədə qəbz yazıb vermiş və borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir.Bundan sonra İddiaçı Cavabdeh evində olan mebellərini bir neçə dəfəyə yığıb aparmışdır. Mətbəx mebelini apararkən Cavabdeh evdə olmuş, sonrakı dəfədə isə əşyalar Cavabdeh iştirakı olmadan aparılmışdır.26 dekabr 2022-ci ildə isə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 1300 manat borcu olmasını etiraf etmiş, bu barədə 16 avqust 2021-ci il tarixdə qəbz yazıb vermiş, borcunu 08 aprel 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdir. O,həmin məbləğdən 200 manat ödəmiş, qalan 1100 manat məbləği hal -hazıra kimi ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi 1100 manat borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. İddiaçı cavabdehin ona 1100 manat deyil, 2500 manat borclu olması,ona məxsus 130 manat dəyərində yorğan-döşək üçün çexollar və astarın, 3 manat dəyərində asılqanların, 2 manat dəyərində 1 ədəd balaca stulun, 10 manat dəyərində 3 ədəd 3 kiloluq və 1 ədəd 1 kiloluq bankaların, 60 manat dəyərində 16 kiloluq idman daşının, 45 manat dəyərində 15 metr rezin borunun, 30 manat dəyərində 2 ədəd dəmir çəkicin , 20 manat dəyərində qaz üçün açarların, 10 manat dəyərində maşın üçün köhnə çexolların, 8 manat dəyərində balaca qazanın, 5 manat dəyərində yumru metrənin, 15 manat dəyərində 1 metrəlik ölçü alətinin, 80 manat dəyərində 2 ədəd plasmas boçkanın, 35 manat dəyərində 7 kq sarımsağın, 75 manat dəyərində 3 kisə kartofun,10 manat dəyərində soba üzərinə qoyulan dəmirin , 50 manat dəyərində uzun oturacağın, 8 manat dəyərində yarım kilo kərə yağının,5 manat dəyərində balaca banka tomatın, 8 manat dəyərində 40 ədəd yumurtanın, 8 manat dəyərində yarım kq pendirin , 5 manat dəyərində ütü stolunun çexolunun, 50 manat dəyərində əl –üz yuyanın (rokovin) Cavabdeh evində qalmasını göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iclasında o, bu barədə heç bir sübutunun olmamasını bildirdi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Əksinə, məhkəmə iclasında müəyyən edildi ki, ayrıldıqları dövrdə Cavabdeh evdə olmamış, İddiaçı bu əşyalar olduğu halda, onları heç bir maneə olmadan aparmaq imkanı olmuşdur. Qızıl-zinət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İddiaçı ona 15 qram çəkidə və 5 qram çəkidə qızıl boyunbağıların da bağışlanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Əksinə, məhkəmə iclasında özü göstərdi ki, ailə qurmaları ilə bağlı keçirilmiş ziyafətdə Cavabdeh onun boynuna 15 qram çəkidə qızıl boyunbağı taxmış , lakin həmin gün də geri götürərək daha yaxşısını alacağını bildirmişdir. Bundan bir müddət sonra Cavabdeh Zaqatala şəhərindən 350 manat dəyərində qızıl boyunbağı alıb gətirmiş, boyunbağını nisyə aldığını bildirərək pulunu ondan istəmiş, o, isə boyunbağının pulunu verməkdən imtina etmiş,bu səbəbdən də Qalib boyunbağını aparıb geri mağazaya vermişdir. Buradan da aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya qızıl boyunbağılar hədiyyə edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1100(bir min bir yüz) manat borc pul Cavabdeh alınıb İddiaçı ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin,Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 61 manat dövlət rüsumu xərcinin 16,47 manatı Cavabdeh alınıb İddiaçı ödənməli, 44,53 manatı isə iddiaçının özünə aid edilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat borc pul alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 61 manat dövlət rüsumu xərcinin 16,47 manatı Cavabdeh alınıb İddiaçı ödənsin, 44,53 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov