Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-270/2022 28.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 22 fevral 2015-ci ildə ölmüş X4 anası, 28 dekabr 2013-cü il tarixdə ölmüş X8 isə xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Balakən rayonunda anadan olmuşdur. X44 Abbasoviç, anası isə X23muşdur. Valideynlərinin hər ikisi ölmüşdür. X16 onun xalası olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 28 dekabr 2013-cü il tarixdə ölmüşdür. O, anası X5 və X3ndan irsi transmisya üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. X36 22 fevral 2015-ci ildə, xalası Havva Dibirova isə 28 dekabr 2013-cü ildə ölmüşlər. Təqdim etdiyi sənədlərdə mərhum anası X12 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadı “Əliyeva”, nənəsinin adı “Mina”, babasının soyadı “Əliyev”, həmçinin mərhum xalası X10 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadı “Dibirova”, babasının soyadı “Əliyev”, nənəsinin soyadı “Əliyeva”, ata adı “Əli’ kimi qeyd edilmişdir. Bu uyğunsuzluğa görə notarius notariat əməliyatını aparmaqdan imtina etmişdir. Bundan sonra o Balakən rayon Notariat Kontorunun məsləhəti ilə doğum akt qeydlərində düzəliş edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Belə ki, onun mərhum anası X12 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində onun anasının və nənəsinin soyadının “Əliyeva” dan “Dibirova”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, həmçinin mərhum xalası X10 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Əliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, ata adını “Əli’dən “Dibir’ə düzəliş edilməsini xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsi düzəliş üçün kifayət qədər əsaslar olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək ərizənin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(019)-896/2021 saylı qətnaməsi ilə Ərizəçi mərhum anası X12 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin (anasının anası) soyadının “Əliyeva”, adının “Mina”, babasının (anasının atası) soyadının “Əliyev”, həmçinin mərhum xalası X10 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının (xalasının və anasının atası) soyadının “Əliyev”, nənəsinin (xalasının və anasının anası) soyadının “Əliyeva”, ata adı “Əli’ kimi yazılması barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması müəyyən edilməsi, Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi mərhum anası X12 və nənəsinin (anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ad qeydində “Mina” adının “Mana” adına, babasının (anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, həmçinin Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalası X10 barəsində mərhum xalasının soyadı qeydində “Dibirova” soyadının “Əliyeva” soyadına, babasının (xalası və anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, nənəsinin (xalası və anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ata adı qeydində “Əli’ adının ”Dibir” adına düzəliş edilməsi üçün əsas olması izah edilmişdir. Bundan sonra sözügedən qətnamə əsasında Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 02 dekabr 2021-ci il tarixdə doğum haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra o, həmin sənədlərlə bağlı Balakən rayon Notariat Kontoruna müraciət edərkən oradan yenidən ona bildirmişlər ki, anası X2 yanlış olaraq Dibirovaya, xalası X1 isə Əliyevaya dəyişdirilmiş və bu barədə doğum haqqında şəhadətnamələrdə qeyd edilmişdir. Hazırki vəziyyətdə yenə də anası və xalasının soyadları arasında uyğunsuzluq vardır. X4 anası, X8 isə xalası olması faktının müəyyən edilməsi üçün göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 və X20 ifadələrində X4 və X8 doğma bacılar olduğunu, Pirdas Xəlillovanın 22 fevral 2015-ci ildə, Havva Dibirovanın isə 28 dekabr 2013-cü ildə öldüyünü, 22 fevral 2015-ci ildə ölmüş X4 Ərizəçi anası, 28 dekabr 2013-cü il tarixdə ölmüş X8 isə onun xalası olmasını, X11 mülkiyyətinə Balakən şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, hazırda həmin əmlaka vərəsəlik açıldığını göstərmişlər. İşdə olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş 1175 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X18 12 may 1930-cı il tarixdə anadan olmuş, atası X24, anası X30 yazılmışdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş 1176 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X21 13 avqust 1936-cı il tarixdə anadan olmuş, atası X22, anası X41 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qabaqçöl qəsəbə İƏDsi üzrə nümayəndəliyi tərəfindən 18 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 711351 nömrəli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 fevral 2015-ci il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01.2014-cü il tarixli, AZ-İ seriyalı 648388 №-li ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 28.12.2013-cü il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(019)-896/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi mərhum anası X12 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin (anasının anası) soyadının “Əliyeva”, adının «Mina», babasının (anasının atası) soyadının “Əliyev”, həmçinin mərhum xalası X10 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının (xalasının və anasının atası) soyadının “Əliyev”, nənəsinin (xalasının və anasının anası) soyadının “Əliyeva”, ata adı “Əli’ kimi yazılması barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi, Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi mərhum anası X12 və nənəsinin (anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ad qeydində “Mina” adının “Mana” adına, babasının (anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, həmçinin Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalası X10 barəsində mərhum xalasının soyadı qeydində “Dibirova” soyadının “Əliyeva” soyadına, babasının (xalası və anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, nənəsinin (xalası və anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ata adı qeydində “Əli’ adının ”Dibir” adına düzəliş edilməsi üçün əsas olmasının izah edilməsi qət edilmişdir. İşdə olan 8 iyun 1977-ci il tarixdə verilmiş İV-JQ seriyalı 493076 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 3 dekabr 1959-cu il tarixdə doğulmuş X14 anası X15 göstərilmişdir. İşdə olan AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidır. İşdə olan 10.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Balakən rayonunda anadan olmuşdur. X44 Abbasoviç, anası isə X19 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. X16 onun xalası olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 28 dekabr 2013-cü il tarixdə ölmüşdür. Ərizəçi anası X5 və X3ndan irsi transmisiya üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Ərizəçinin X36 22 fevral 2015-ci ildə, xalası Havva Dibirova isə 28 dekabr 2013-cü ildə ölmüşlər. Ərizəçinin təqdim etdiyi sənədlərdə mərhum anası X12 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadı “Əliyeva”, nənəsinin adı adı “Mina”, babasının soyadı “Əliyev”, həmçinin mərhum xalası X10 barəsində Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadı “Dibirova”, babasının soyadı “Əliyev”, nənəsinin soyadı “Əliyeva”, ata adı “Əli’ kimi qeyd edilmişdir. Bu uyğunsuzluğa görə notarius notariat əməliyatını aparmaqdan imtina etmişdir. Bundan sonra ərizəçi Balakən rayon Notariat Kontorunun müvafiq tövsiyyəsi əsasında doğum akt qeydlərində düzəliş edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin təşkilat bundan imtina etmişdir. Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(019)-896/2021 saylı qətnamə əsasında Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 02 dekabr 2021-ci il tarixdə doğum haqqında şəhadətnamələr verilmişdir. Ərizəçi həmin sənədlərlə bağlı Balakən rayon Notariat Kontoruna müraciət edərkən oradan yenidən ona bildirmişlər ki, anası X2 yanlış olaraq Dibirovaya, xalası X1 isə Əliyevaya dəyişdirilmiş və bu barədə doğum haqqında şəhadətnamələrdə qeyd edilmişdir. Hazırki vəziyyətdə yenə də ərizəçinin anası və xalasının soyadları arasında uyğunsuzluq vardır. X4 anası, X8 isə xalası olması faktının müəyyən edilməsi üçün göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə təhqiqatı zamanı ərizəçinin anası X4 və xalası X9 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən X4 ərizəçinin anası və X8 xalası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə xalasının mirasından pay almaq və bu məqsədlə həmin mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 22 fevral 2015-ci ildə ölmüş X4 Ərizəçi anası, 28 dekabr 2013-cü il tarixdə ölmüş X8 Ərizəçi xalası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 22 fevral 2015-ci ildə ölmüş X4 Ərizəçi anası, 28 dekabr 2013-cü il tarixdə ölmüş X8 Ərizəçi xalası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-270/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-270/2022
28.03.2022 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver