Məhkəmə qərarları › İş №e-2(019)-292/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-292/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-292/2024 22.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızı və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçıların 4/7 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızı və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 ümumi birgə mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızı və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar ünvan 2 ünvanında yaşayırlar. Cavabdehlər qardaş-bacıdırlar, ünvan 2 ünvanında ümumi paylı mülkiyyətlərində 0.0838 ha həyətyanı torpaq sahəsi vardır. xx.xx.2023-cü il tarixdə 0.0838 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 70.9 kvm-dən ibarət fərdi yaşayış evi X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********03-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Hazırda iddiaçılar ilə cavabdehlər arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Odur ki, iddiaçılar X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 ümumbirgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsini istəyirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2, 0.0838 ha həyətyanı torpaq sahəsi X3, X1,X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 ümumi mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 dekabr 2023-cü il tarixli inventar nömrəsi 904, reyestr nömrəsi- **********03-10301 olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, həmin texniki pasport İddiaçı2 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 noyabr 2008-ci il tarixdə verilmiş AZ- İ seriyalı 460013 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında 21 noyabr 2008-ci ildə 238 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Həmətiyeva soyadı verilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2, X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və X5 ümumi birgə mülkiyyətinə 0.0838 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdehlər isə torpaq sahəsindən iddiaçıların payının müəyyən edilməsinə etiraz edirlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, X3, X1,X7, İddiaçı3, İddiaçı1,Cavabdeh1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı3 1/7 hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçıların ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub iddiaçılar İddiaçı2, İddiaçı1, Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızına və İddiaçı3 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar X3, X1, X7, İddiaçı3, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.0838 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1 Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızının və İddiaçı3 1/7 hissə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub iddiaçılar İddiaçı2 , İddiaçı1 , Həmətiyeva (Nəsibova) Mətanət Kəmaləddin qızına və İddiaçı3 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar