Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-331/2025 26.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28000 (iyirmi səkkiz min) AZN məbləğində (13500 funt sterling) pulun, 174 manat ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 28000 (iyirmi səkkiz min) AZN məbləğində (13500 funt sterling) pulun,4680,46 ABŞ dolları (7956,78AZN) məbləğində pulun,198 manat ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,X8 onun keçmiş arvadıdır. Onlar X6 yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olmuşlar. Bu müddət ərzində o, əziyyətlə çalışıb müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün arvadı Leyla Əliyevanın və qohumlarının adına yollamış, o cümlədən hazırki işdə cavabdeh olan Leyla Əliyevanın qardaşı arvadı olan Cavabdeh adına müxtəlif vaxtlarda pul göndərmişdir. Onun arvadı ilə faktiki münasibətləri pozulandan sonra o, onu aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar onun maddi vəsaiti hesabına alındığından, pullarını Leyla Əliyevadan istəmiş, Leyla isə pulları ona verməkdən imtina etmişdir. Leyla Əliyeva öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 ( yüz əlli dörd min) manat pul onun tərəfindən ödənilmişdir. O, cavabdehin adına göndərdiyi pullara Leyla Əliyeva “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Leyla ilə aralarında mübahisə yarandıqdan sonra o, Leylaya qarşı pul tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş,Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) onun Leyla Əliyevaya qarşı iddiası təmin edilməmişdir. Məhkəmə Qətnaməsi ilə razılaşmadığından tərəfindən Apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti də təmin edilməmişdir. Yəni işə baxan məhkəmələr belə müəyyən etmişdirlər ki, guya o, cavabdehə qeyd edilən əmlakların dəyərinin verilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Həmin vaxtlar o, müxtəlif şəxslərə, yəni qohumların və tanışların adlarına müxtəlif məbləğlərdə pullar göndərmişdir . Həmin şəxslərdən biri də qeyd edilən cavabdehdir. Cavabdeh onun keçmiş arvadı Leylanın qardaşı arvadıdır. O, həmin şəxsə xx.xx.2019-cu il tarixdən başlayaraq müxtəlif vaxtlarda 13500 (on üç min beş yüz) funt sterling (28000 azn) manat pul göndərmişdir. İndi işin hallarından görünür ki, həmin şəxs göndərdiyi pulları Leylaya verməmişdir. O məhkəmədə şahid qismində dindirilməkdən də imtina etmişdir. Ona görə də hesab edir ki cavabdehə ödədiyi pullar geri tələb edilməlidir. Əks halda cavabdeh onun hesabına əsassız varlanmış olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Farhad oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş ,lakin məhkəməyə çıxış və mülahizələrini göndərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxıb yekunlaşdırımasını və iddia tələbinin əsassız və qanunsuz olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Fəngiz Mahamaxanovun iddia ərizəsi ilə razı deyil, hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. İlk öncə onu qeyd edir ki, iddiaçının iddia tələbi heç bir əsaslı sübuta söykənmir.Belə ki, iddiaçı daha əvvəl fərqli məbləğlə-22000 manat(10000 funt sterlinq) məbləğində pulun tutulması barədə məhkəməyə (e-2(019)-645/2024) müraciət etmiş iddiası əsassız olduğunu bildiyindən məhkəməyə gəlməmiş, nəticədə iddia tələbi baxılmamış saxlanmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, iddiaçı müxtəlif şəxslərə qarşı pul tələbi barədə əsassız iddialar qaldırmış, bu iddiaların heç biri məhkəmə müstəvisində öz təsdiqini tapmamışdır. İddiaçı məhkəmələrdən isitifadə etməklə əsassız olaraq onların (cavabdehlərin) hesabına varlanmaq istəyir. Hazırki, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut yoxdur. İddiaçı tərəfdən ona heç bir pul məbləği göndərilməmişdir.Həmçinin verilmiş sorğulara əsasən alınmış cavablardanda göründüyü kimi iddiaçı tərəfdən ona heç bir pul məbləği göndərilməmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Belə ki, sorğular vasitəsilə iddiaçının ona pul göndərib-göndərməməsini dəqiqləşdirmək əvəzinə digər şəxslər barədə məlumatlar əldə edilmiş, bank sirri təşkil edən,həmçinin şəxsi məlumatlar məhkəmənin vasitəsilə iddiaçının əlinə keçmişdir.Hesab edir ki, məhkəmə bununla Azərbaycan Konstitusiyası ilə onun tanınan hüquqlarını kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbini sübut edən mötəbər sübutların olmaması ilə yanaşı, eyni zamanda bu əsasla (əsassız varlanma) məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu huquqları qüvvədən düşüb. Bu səbəblərdən də, iddia tələbi rədd edilməlidir. Bir daha məhkəməninin nəzərinə iddiaçıdan hər hansı məbləğin onun tərəfindən qəbul edilmədiyini bildirərək, təqdim edilmiş sübutlara əsasən hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, təqdim edilən pul köçürmələrini təsdiqləyən (qoşmaya əlavə edilmiş pulun göndərilməsini təsdiq edən sənəd adlandırılmış) sənədlərin ümumi mənşəyini müəyyən etmək olmur. Hətta hesab edilsə ki, belə bir hal mövcuddur o zaman iddiaçının təqdim etdiyi hazırki sənədlərdə vəsaitin hansı təşkilat (bank və s) tərəfindən göndərilməsini müəyyən etmək olmur. Digər tərəfdən həmin sənədlərdə ölkədən-ölkəyə köçürmə etməyə səlahiyyəti (hüququ) olan hər hansı bir təşkilatın (bank və s) təsdiqedici rekvizitləri(imza möhürü və s.) yoxdur. İddiaçı ümumiyyətlə qeyd edilən məbləğin (məbləğlərin) ona göndərilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Məhkəmə sorğusu əsasında Azərbaycan Beynəlxalq Bankı ASC və Kapitalbank ASC-dən alınmış pul köçürmələrini təsdiqləyən sənədlərə əsasən müəyyən etmək olur, iddiaçı tərəfdən cavabdehin özünə heç bir pul məbləği göndərilməmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı halları sübut etməli olduğu halda, hesab edir ki, bunu edə bilməmişdir. Bu da hazırki iddianın əsassız olmasını göstərir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-89/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) X7 qarşı 154000 (yüz əlli dörd min) manat pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-872/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Mahamaxanov Fəngiz tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(102)-406/2024 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla iddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-872/2023 saylı iş üzrə ,20 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 Filialı tərəfindən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 3-27- 1109/254/2024 nömrəli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, 22 yanvar 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək olan müddətdə Cavabdeh X4 Leyla tərəfindən xx.xx.2019-cu il tarixdə 3700 USD, xx.xx.2019-cu il tarixdə 2374,49 USD, xx.xx.2019-cu il tarixdə 584,44 USD, xx.xx.2019-cu il tarixdə 1928,13 USD, xx.xx.2019-cu il tarixdə 1825,99 USD, xx.xx.2019-cu il tarixdə 2008,93 USD və xx.xx.2019-cu il tarixdə 932,64 USD, həmçinin digər şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti göndərilmişdir. Həmin cədvəldə Cavabdeh İddiaçı tərəfindən pul göndərilməsi qeyd edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 17 mart 2025-ci il tarixli, 32025/204/5926 nömrəli cavab məktubuna əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh Böyük Britaniyadan 07.08. 2019-cu il tarixdə 1132,84 USD məbləğində pul vəsaiti göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 01 may 2025-ci il tarixli, 6-2-106/2-27/2025 qeydiyyat nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Böyük Britaniyadan “Western Union”sistemi vasitəsi ilə Jamshed Butt tərəfindən 3547,62 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür,Cavabdeh həmin vəsaiti xx.xx.2019-cu ildə almışdır. Məhkəmə iddiaçının nümayəndəsi- vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh baldızı X8 ilə rəsmi nikahda olmuş, onlar X6 yaşamışlar və 2013-cü ildə onların nikahı pozulmuşdur. 2022-ci ildə İddiaçı (Fəngiz Mahamaxanov) Leyla Əliyevaya qarşı pul tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət edərək sonuncudan 154000 manat pulun və 444 manat ödənmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra o,hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh pul vəsaitini sonuncunun həmin pulu keçmiş arvadı Leyla Əliyevaya verməsi üçün göndərdiyini, cavabdehin həmin pulu Leyla Əliyevaya verməməsini, bununla da əsassız varlandığını göstərdiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, iddiaçı Rəngiz Mahmaxanov Cavabdeh arvadı Leylaya verməsi üçün 2019-cu ildə 13500 funt sterling və 4680,46 ABŞ dolları məbləğində pul vəsait göndərmiş, Cavabdeh həmin pulu Leyla Əliyevaya verməmiş, bununla da ona zərər vurmuş, özü isə varlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tələb etdiyi 13500 funt sterling və 4680,46 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə göndərdiyini iddia etsə də, bu halı təsdiq edəcək heç bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Təqdim edilmiş sübutların heç biri ilə İddiaçı Cavabdeh pul göndərməsi təsdiq olunmur. Əksinə həmin sübutlarla təsdiq olunur ki, iddiaçının iddia etdiyi 2019-cu ildə X2muş, onun özü Cavabdeh xx.xx.2019-cu il tarixdə 3700 USD, xx.xx.2019-cu il tarixdə 2374,49 USD, xx.xx.2019-cu il tarixdə 584,44 USD, xx.xx.2019-cu il tarixdə 1928,13 USD, xx.xx.2019-cu il tarixdə 1825,99 USD, xx.xx.2019-cu il tarixdə 2008,93 USD və xx.xx.2019-cu il tarixdə 932,64 USD pul vəsaitləri göndərmişdir. X1 halda iddiaçının Cavabdeh Leyla Əliyevaya verməsi üçün pul göndərməsini iddia etməsi iddia tələbinin əsassız olduğunu açıq aşkar sübut edir. Məhkəmə onu da qeyd edir ki, hazırkı vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh hər hansı pul məbləğinin göndərilməsi təsdiq olunduğu halda belə iddia tələbi təmin oluna bilməz. Belə ki, pul məbləği müxtəlif məqsədlər üçün, o cümlədən borcun qaytarılması, bəxşiş və s. məqsədlər üçün göndərilə bilər. 2019-cu ildə X1 halda, iddiaçının ona verməsi üçün Balakən rayonu Talalar kəndində yaşayan Cavabdeh pul göndərməsi inandırıcı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1 Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-331/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-331/2025
26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver