Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-34/2024 12.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh “Samsung” markalı televizorun dəyəri olan 1700 (bir min yeddi yüz) ABŞ dolları məbləğində pulun, 250 manat televizorun təmiri üçün verdiyi pulun və 50 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tanıdığı televizor ustasıdır. Onun “Samsung” markalı televizoru 2 il bundan əvvəl xarab olmuşdu, həmin televizoru o, 1700 ABŞ dollara almışdır. O, Cavabdeh həmin televizora baxmağını və düzəldə bilibbilməyəcəyini soruşmuşdur. O da televizoru düzəldə biləcəyini söyləyərək, ondan 100 manat xidmət haqqı alaraq televizoru aparmışdır. 4-5 gündən sonra televizorun ekranını sındırıb geri gətirmişdir. Daha sonra ekranı düzəltmək üçün televizoru Bakı şəhərinə aparmaq lazım olduğunu deyərək, ondan 150 manat da əlavə pul götürərək düzəldib gətirəcəyini bildirmişdir. Sonra ondan daha xəbər çıxmamış, nə televizoru, nə də pulu qaytarmışdır. Həmin televizor bu günədək cavabdehdədir. Beləliklə, cavabdeh ona maddi ziyan vurmuşdur. Ekranı sağlam televizoru aparıb ekranını sındıraraq 1700 ABŞ dollarına aldığı “Samsung” markalı televizorunu yararsız vəziyyətə salmışdır. Ona görə də ona dəymiş ziyanın cavabdehdən alınıb ona ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona dəymiş zərərin dəyəri, habelə bu işlə bağlı məhkəmə xərcləri (vəkilə ödənilmiş xidmət haqqı) cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin özünə məxsus həmin «Samsung» markalı televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını, lakin bununla bağlı hər hansı ödəmə qəbzi və digər ödəmə sənədini təqdim edə bilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən-250 manat televizorun təmiri üçün verilmiş pul tələbi hissəsində qəbul və etiraf etmiş, qalan hissədə iddianı qəbul etməmiş və verdiyi izahatında Qarabağ müharibəsi veteranı və məcburi köçkün olduğunu, televizorların təmiri ilə məşğul olduğunu, İddiaçı həqiqətən televizoru təmir etmək üçün onun yanına gətirdiyini, televizorun ekranının xarab olduğunu, onun televizorun ekrarını sındırmadığını, televizorun təmiri üçün İddiaçı cəmi 250 manat aldığını, televizorun ekranı xarab olduğu və ekran tapa bilmədiyi üçün həmin 250 manatı Ramazana qaytarmaq istədiyini, lakin İddiaçı həmin pulu götürmədiyini, həmin 250 manatla bağlı iddianı etiraf etdiyini, iddianın 250 manat tələbi hissəsində təmin olunmasına etiraz etmədiyini, qalan hissələrdə isə iddianın rədd olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh iddiaya yazılı etiraz verərək, izahatında göstərmişdir ki, İddiaçı oglu cavabdehə qarşı vurulmuş ziyan tələbi ilə Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh olaraq məhkəməyə bildirmək istəyir ki, o, 1990-cə il tarixindən radiomexanik vəzifəsində fəaliyyət göstərir. Onun həmin sahə üzrə yetərincə təcrübəsi var. Keçən otuz il müddətində özünü həmin sahədə yetərincə təcrübəli olmağını da sübut edir. 2010-cu ildən isə yeni nəsil televizorlarının təmiri ilə məşğuldur. Bu sahədə də xeyli təcrübəsi var. Yəni o, bu tarixləri qeyd etməklə bildirmək istəyir ki, o, hər hansı vətəndaşa onun düşündüyü kimi yox, yəni sənətkar kimi yanaşır. İddiaçı televizorunun nasaz olması barədə ona məlumat verərkən o, ilk əvvəl həmin nasazlıgın nədən ibarət olmasını müəyyən etməli, sonra isə vətəndaşı bu barədə məlumatlandırmalıdır ki, sonrakı işlərin görülməsi üçün tədbirlərini görə bilsin. Bununla bağlı o, onun müraciəti əsasında yaranan nasazlığı müəyyən etdi və ona bu barədə əvvəlcədən məlumat da verdi. Yəni onun televizorunun ekranının nasaz olması barədə onun artıq əvvəlcədən xəbəri vardı. Həmin televizorlar əvvəlki televizorlardan çox fərqli olduğundan bunların ekranlarını tapmaq çox çətindir. O, həmin televizorun ekranını tapmaq üçün aidiyyatı üzrə bir çox ünvanlara müraciət də etmişdir. Ancaq bu günə kimi buna nail ola bilməmişdir. İddiaçı ona iş görmək üçün 250 manat pul vermişdi. Ancaq çox çalışsa da ekran tapa bilməyəndə o, ona bildirdi ki, hələlik pulunu qaytarsın, nə vaxt ekran tapılsa işlərini davam etdirəcəkdir. O da bununla razılaşdı. Üstündən az vaxt keçmədi ki, aşağıda göstərdiyi hallar baş verdi. İddiaçının həmin televizoru 1700 ABŞ dollarına alması arqumenti ilə bağlı bildirmək istəyir ki, 1700 dolları milli valyuta ilə hesablayanda hardasa 3000 manat təşkil edir. Onun bu hissədə yalan danışması artıq göz qabağındadır, necə ola bilər ki, hazırda həmin televizorların mağazada qiyməti təqribən 1000 manat təşkil edir. Onun dediyi qəbul edilsə, o zaman televizorun zəmanəti olmalıydı. O, həmin zəmanət əsasında televizorunu təmir etdirə bilərdi. Ona nə üçün müraciət etmişdir? Ona görə ki, zəmanəti olan istənilən cihaz vətəndaş tərəfindən açıla bilməz, açıldığı təqdirdə həmin cihaz zəmanətlə təmir edilmir. O, televizoru özü açandan sonra ustaya qarşı belə bir hiylə işlətməyi qərara alıb. Həmin məbləğə mağazadan həmin ölçüdə 3 ədəd televizor almaq olar. İddiaçı televizorunun təmiri üçün ona müraciət edəndə artıq televizorun açılması onun vint olan hissələrindən görünürdü. O, ona televizoru ondan əvvəl kimə göstərdiyini soruşanda bildirdi ki, bir nəfərə göstərmişdir. Beləliklə iddiaçı əvvəlcə öz televizorunda yaranan nasazlığın nədən ibarət olduğunu öyrənmək üçün kiməsə müraciət etmiş sonradan isə ona müraciət etmişdir. O da təkrar olaraq televizoru açandan sonra onun televizorunun künc hissəsinin əridiyini gördükdən, ekranının həmin künc hissəsində çat olmasını aşkarladıqdan sonra bu barədə o, onu məlumatlandırmışdır. Xarab televizorun daha nəyini xarab etməliydi? O, vətəndaşın müraciəti əsasında ona bu barədə yardım etmək istəmiş, göründüyü kimi müəyyən səbəblərdən ekran tapa bilməmiş, yəni televizoru təmir etmək üçün xeyli vaxtını da sərf etmiş, ancaq iddiaçı ona qarşı əsassız ittiham irəli sürmüşdür. Onun ona qarşı əsassız pul tələbi əsas kimi təmin olunmamalıdır. Ekran tapıldığı təqdirdə yenə də həmin televizorun təmiri mümkündür. İddiaçının ona qarşı fərziyə dolu fikirləri ondan küllü miqdarda pul tələb etməkdən başqa bir şey deyildir.Yuxarıda göstərdiyi kimi, onun radiomexanik təcrübəsi yetərincədir, o, ancaq iddiaçıya kömək etmək istəsə də, nasazlıq ekranda baş verdiyindən onu başqa üsulla təmir etmək mümkün olmadığından, onu ancaq dəyişdirməklə təmiri mümkündür.Odur ki, onun tərəfindən ona hər hası bir zərər dəyməmiş, əksinə onun ucbatından xeyli əsassız vaxtını sərf edib hələ üstəlik onun şərəf və layəti onun dostları tərəfindən söyüş və təhqirlərlə alçaldılıb. Bu haqda həmin şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsi barədə məhkəmədə iddia qaldıracaqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı cavabdehə qarşı vurulmuş zərərlə bağlı 1700 ABŞ dolları hissəsəsində tələbi əsassız və qanunsuz hesab etməklə iddianı həmin hissədə rədd edən qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala rayonu, Beretbinə kəndində yaşayan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2021-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında tərəflərindən araşdırma aparılmışdır. Müraciətdə göstərilmiş xüsusatlar mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş Cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə yazdığı izahatında Cavabdeh, İddiaçı 2017-ci ildən tanıdığını, belə ki, ona məxsus televizorun ekranının yandığını, o, həmin televizoru düzəltmək üçün onun xahişini nəzərə alıb təmirə götürdüyünü, onun ona televizoru təmir etmək müqabilində 200 manat pul verdiyini, daha sonra həmin televizor burada düzəlmədiyi üçün onun Ramazanın iştirakı ilə həmin televizoru Bakı şəhərinə göndərdiyini və göndərərkən Ramazanın əlavə olaraq 50 manat yol xərci verdiyini, onun ondan televizoru təmir edib geri qaytarılmasını istədiyini, lakin daha sonra ona qarşı əsassız iddialar edərək televizorun ekranını onun sındırdığını bildirərək ona böhtan atdığını, onun ondan dəfələrlə pul və televizoru gəlib götürməsini xahiş etdiyini, lakin telefonda onun ünvanına nalayiq ifadələr işlətdiyini, bu günə qədər nə televizoru, nə də pulu gəlib götürmədiyini, onun həmin markalı televizorun ekranının düzəlməyəcəyini dəfələrlə onun özünə bildirdiyini, lakin onun nə pulu, nə də televizoru götürmədiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə yazdığı digər izahatında Cavabdeh Balakən rayonu Mahamalar kəndində yaşadığını və ona məxsus evdə televizor ustası kimi fəaliyyət göstərdiyini, 2020-ci ilin fevral ayında Ramazan adlı şəxsin 1.20 metr ekran televizorunu təmir məqsədilə götürərək təmir etmək istədiyini, televizoru sökərkən ekranın əriyərək televizorun korpusunun yandığını gördüyünü, o, ekranı çıxarmaq istədikdə ekranın korpusu yandığına görə çaxaran zaman ekranın çatladığını, həmin televizorun başqa xarab yerinin olmadığını, bununla bağlı televizorun sahibi İddiaçı məlumat verdiyini, lakin onun ondan televizoru təmir etməsini xahiş etdiyini, görəcəyi işin müqabilində Ramazanın ona 200 manat və 50 manat yol pulu verdiyini, onun dəfələrlə həmin televizoru təmir etmək üçün ekran axtardığını, lakin tapa bilmədiyini, bununla bağlı Ramazana məlumat versə də, onun bununla razılaşmadığını və ona televizoru düzəldib gətirməsini bildirdiyini, Ramazanın istəyirsə pulunu geri qaytara biləcəyini göstərmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rəşad Adgözəlzadənin İddiaçı Zaqatala Rayon Polis Şöbəsinə etmiş olduğu müraciətin araşdırılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, xx.xx.2021-ci il tarixdə Zaqatala rayonu Beretbinə kəndində yaşayan İddiaçı Zaqatala Rayon Polis Şöbəsinə etmiş olduğu müraciəti icraata daxil olmuşdur. Həmin müraciətdə Zaqatala rayonu Beretbinə kəndində yaşayan İddiaçı özünə məxsus olan televizoru Akif adlı şəxsə təmir etmək üçün verdiyini və bunun müqabilində Akifin ondan 250 manat pul aldığını, lakin bu günə qədər televizoru təmir etmədiyini, nə də pulu geri ala bilmədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahatı alınmış, o, izahatında Balakən rayonu Mahamalar kəndində yaşayan Akif adlı televizor ustasına hissə-hissə olmaqla 250 manat pul verdiyini, lakin Akifin televizoru təmir edə bilmədiyini və bunun müqabilində verdiyi pulu ona geri qaytarmadığını bildirmişdir. Vətəndaş Cavabdeh izahatında göstərilən xüsusatları təsdiq etmiş, lakin televizorun orijinal ekranını tapa bilmədiyini, dəfələrlə bununla bağlı həmin televizorun sahibi İddiaçı zəng etdiyini bildirmişdir. Cavabdeh öz izahatında pulu ona geri qaytarmaq istədiyini, lakin İddiaçı televizoru təmir etməyini ondan xahiş etdiyini və pulu geri götürmədiyini qeyd etmişdir. Vətəndaş İddiaçı müraciəti ilə bağlı göstərilən xüsusatların mülki xarakterli olması ona izah olunmuş və bununla bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Vətəndaş İddiaçı Zaqatala Rayon Polis Şöbəsinə etmiş olduğu müraciətdə cinayət və inzibati xəta tərkibi olmadığından materialın işə tikilərək RPŞ-nin dəftərxanasında saxlanmasına göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan xx.xx.1998-ci il tarixdə verilmiş 013088 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Zaqatala rayon Vəkil Bürosunun hesabına 50 manat hüquqi yardım xərci ödənilmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qismən-250 manat televizorun təmiri üçün verilmiş pul hissəsində qəbul və etiraf etdiyini bildirmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarda ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair mülki iş üzrə kompleks məhkəmə- texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun texniki vəziyyəti; hansı hissələrdə nasazlıqların olması, ekranda nasazlıqların olub-olmaması müəyyən edilsin? 2.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun a) hazırki bazar qiyməti, o cümlədən b) ekranının qiyməti müəyyən edilsin? 3.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun ekranının sınması nəticəsində İddiaçı vurulan ziyanın məbləği müəyyən edilsin? İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 9/2534 nömrəli məktubundan və aparıcı ekspert Elvin Qəhrəmanovun 25 iyun 2023-cü il tarixli məlumatından görünür ki, 2(019)- 183/2023 №-li iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən əşyanın «Samsung» markalı televizorun modeli, yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərc barədə mütəxəssis rəyinin təqdim edilməsi xahiş edilmişdir. Lakin həmin vəsatət hal-hazıradək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarda ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair mülki iş üzrə kompleks məhkəmə- texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun texniki vəziyyəti; hansı hissələrdə nasazlıqların olması, ekranda nasazlıqların olub-olmaması müəyyən edilsin? 2.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun a) hazırki bazar qiyməti, o cümlədən b) ekranının qiyməti müəyyən edilsin? 3.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun ekranının sınması nəticəsində İddiaçı vurulan ziyanın məbləği müəyyən edilsin? İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 3-16-16/2-9/6748/2023 nömrəli məktubundan və aparıcı ekspert Elvin Qəhrəmanovun 13 noyabr 2023-cü il tarixli məlumatından görünür ki, 2(019)-183/2023 №-li iş üzrə məhkəmə tərəfindən xx.xx.2023cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən əşyanın «Samsung» markalı televizorun modeli, yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərc barədə mütəxəssis rəyinin təqdim edilməsi xahiş edilmişdir. Lakin həmin vəsatət hal-hazıradək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair mülki iş üzrə kompleks məhkəmə- texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun texniki vəziyyəti; hansı hissələrdə nasazlıqların olması, ekranda nasazlıqların olub-olmaması müəyyən edilsin? 2.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun a) hazırki bazar qiyməti, o cümlədən b) ekranının qiyməti müəyyən edilsin? 3.Ekspertizaya təqdim edilən İddiaçı məxsus “Samsung” markalı televizorun ekranının sınması nəticəsində İddiaçı vurulan ziyanın məbləği müəyyən edilsin? İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 3-16-16/2-9/1199/2024 nömrəli məktubundan və ekspert Vüsalə Şıxəliyevanın 02 aprel 2024-cü il tarixli məlumatından görünür ki, 2(019)-34/2024 №-li iş üzrə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət (qərardadda qeyd edilən «Samsung» markalı televizorun modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri barədə məlumat.) göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarından görünür ki, iş üzrə 3 dəfə müvafiq ekspertizanın təyin edilməsinə baxmayaraq İddiaçı iddia predmetini təşkil edən «Samsung» markalı televizorun modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri, həmçinin qiyməti barədə məlumatları, həmin televizorun yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərc barədə mütəxəssis rəyini ekspertizaya təqdim etməmiş, bununla da həmin ekspertizanın keçirilməsinə mane olmuşdur. İşin hallarına görə də həmin məlumatlarla bağlı mütəxəssis rəyi təqdim olunmadan «Samsung» markalı televizorun modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri, həmçinin qiyməti barədə məlumatları, həmin televizorun yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərci müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hazırki iş üzrə müvafiq ekspertiza təyin edildiyi iddianın predmetini təşkil edən «Samsung» markalı televizorun dəyərinin 1700 ABŞ dolları olmasını və Cavabdeh İddiaçı 1700 ABŞ dolları məbləğində maddi ziyan vurmasını qəbul etmir və təsdiq etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə sübütlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81,88,217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırki işin faktoloji hallarına hüquqi qiymət verən məhkəmə ilk əvvəl nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 2020-ci ilin fevral ayında özünə məxsus «Samsung» markalı televizoru təmir üçün Cavabdeh təqdim etmiş, televizorun təmir xərci və ekranın alınması üçün 200 manat və 50 manat olmaqla cəmi 250 manat pulu Cavabdeh vermişdir. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə verdiyi izahatlarında və məhkəmədə verdiyi izahatında təmir etmək üçün televizoru sökərkən ekranın əriyərək televizorun korpusuna yapışdığını gördüyünü, bu barədə dərhal İddiaçı məlumat verdiyini, onun televizorun ekranını sındırmadığını və televizorla bağlı İddiaçı ziyan vurmadığını bildirmiş, məhkəmə iclasında yazılı ərizə ilə məhkəməyə müraciət edərək 250 manat tələb hissəsində iddianı qəbul və etiraf etmişdir. İddiaçı isə iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ona məxsus televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını, televizorun ekranını sındırmaqla cavabdehin ona 1700 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu, həmçinin cavabdehə televizorun təmiri ilə bağlı 250 manat pul verdiyini bildirmişdir. İş üzrə 3 dəfə ekspertizanın təyin edilməsinə baxmayaraq, İddiaçı iddia predmetini təşkil edən «Samsung» markalı televizorun modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri, həmçinin qiyməti barədə məlumatları, həmin televizorun yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərc barədə mütəxəssis rəyini ekspertizaya təqdim etməmiş, bununla da həmin ekspertizanın keçirilməsinə mane olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hazırki iş üzrə müvafiq ekspertiza təyin edildiyi iddianın predmetini təşkil edən «Samsung» markalı televizorun dəyərinin 1700 ABŞ dolları olmasını və Cavabdeh İddiaçı1700 ABŞ dolları məbləğində maddi ziyan vurmasını qəbul etməmiş və təsdiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tətbiq edilməli olan müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1700 ABŞ dolları məbləğində pul tələb edərkən ona məxsus «Samsung» markalı televizorun dəyərinin məhz 1700 ABŞ dolları məbləğini təşkil etməsi, cavabdehin hansısa qanunazidd hərəkətləri nəticəsində ona məhz 1700 ABŞ dolları məbləğində ziyan vurulması, vurulması ehtimal edilən 1700 ABŞ dolları məbləğində ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən bu 1700 ABŞ dolları məbləğində ziyanın vurulmasında təqsirli olmasını sübut etmə vəzifəsini daşıyır. Bu vəzifə MPM-nin 77.1-ci maddəsinin tələbindən irəli gəlir. Lakin İddiaçı tərəfindən ona məxsus «Samsung» markalı televizorun dəyərinin məhz 1700 ABŞ dolları məbləğini təşkil etməsi, Cavabdeh hansısa qanunazidd hərəkətləri nəticəsində ona məhz 1700 ABŞ dolları məbləğində ziyan vurulması, vurulması ehtimal edilən 1700 ABŞ dolları məbləğində ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən bu 1700 ABŞ dolları məbləğində ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçı 1700 ABŞ dolları tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsində və məhkəmədə verdiyi izahatlarında İddiaçı məxsus televizorun ekranını sındırmadığını və bununla bağlı iddiaçıya heç bir ziyan vurmadığını, televizoru sökərkən ekranın əriyərək televizorun korpusuna yapışdığını gördüyünü, televizorun ekranının həmin künc hissəsində çat olmasını aşkarladığını, televizoru açandan sonra televizorun künc hissəsinin əridiyini gördükdən, ekranının həmin künc hissəsində çat olmasını aşkarladıqdan sonra bu barədə İddiaçı məlumatlandırdığını bildirmişdir. İddiaçı televizorun ekranının məhz cavabdeh tərəfindən sındırıldığını, televizorun məhz cavabdeh tərəfindən yararsız hala salındığını və cavabdehin ona 1700 manat maddi ziyan vurduğunu sübut edə bilməmişdir. Bu xüsusda məhkəmə onu da bildirir ki, 1700 ABŞ doları məbləğində tələb həm də ona görə əsassız tələbdir ki, iddiaçı həmin televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bu 10 il müddət ərzində televizor köhnəlmiş, köhnəlmə faizi tətbiq edilməklə onun dəyəri aşağı düşmüşdür. Hətta 2014-cü ildə alındığı vaxt sözügedən televizorun qiymətinin 1700 ABŞ dolları məbləğində olması hipotetik olaraq qəbul edilsə belə (hərçənd ki, bununla bağlı iddiaçı heç bir sübut təqdim etməmiş və həmin televizorun məhz 1700 ABŞ dollarına alınmasını və onun dəyərinin məhz 1700 ABŞ dolları təşkil etməsini sübut edə bilməmişdir), 10 ildən sonra hazırda həmin televizorun dəyərinin 10 il bundan qabaq alındığı iddia edilən 1700 ABŞ dolları məbləğində olması ağlabatan deyildir və əsassızdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Samsung” markalı televizorun dəyəri olan 1700 (bir min yeddi yüz) ABŞ dolları məbləğində pul tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçı həmçinin cavabdehdən 250 manat televizorun təmiri üçün verdiyi pulu tələb edir. İddiaçının televizorun təmiri üçün cavabdehə 250 manat verməsi iş materialları ilə təsdiq olunur. Cavabdeh də İddiaçı televizorun təmiri üçün cəmi 250 manat aldığını həm məhkəməyə verdiyi izahatında, həm də iddianın qismən etirafı barədə yazılı ərizəsində təsdiq etmişdir. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qismən-250 manat televizorun təmiri üçün verilmiş pul hissəsində qəbul və etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən-250 manat tələbi hissəsində etirafı qəbul olunmalı və iddia qismən-250 manat pul tələbi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsinin yazılması və müvafiq yazılı sənədlərin toplanaraq iddia ərizəsinə əlavə edilməsi üçün hüquqi yardım xərci olaraq Zakqatala rayon Vəkil Bürosuna 50 manat ödəmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilməsi ilə bağlı tələb etdiyi 50 manat ağlabatan və ədalətli məbləğdir. Ona görə də həmin 50 manat hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müharibə veteranı kimi hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azaddır və ona görə də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 4,09 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh 250 manat televizorun təmiri üçün verilmiş pul və 50 manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 4,09 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh 250 manat televizorun təmiri üçün verilmiş pul və 50 manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 4,09 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-34/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-34/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver