Məhkəmə qərarları › İş №e-2(019)-347/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-347/2023

23.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-347/2023 23.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, onlara verilmiş 0,1071 ha həyətyanı torpaq sahəsindən İddiaçı3 0,01218 ha hissədə, İddiaçı2 0,01218 ha hissədə və İddiaçı1 0,01218 ha hissədə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddiasını onunla əsaslandırmışlar ki, onlara- İddiaçı3, X2, İddiaçı2, İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2022- ci ildə verilmiş çıxarışa əsasən, 0,1071 ha torpaq sahəsindən İddiaçı3 0,01218 ha, İddiaçı2 0,01218 ha, İddiaçı1 0,01218 ha torpaq sahəsindən payları müəyyən edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, onlara verilmiş 0,1071 ha həyətyanı torpaq sahəsindən İddiaçı3 0,01218 ha hissədə, İddiaçı2 0,01218 ha hissədə, İddiaçı1 0,01218 ha hissədə paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam, 0.01218 ha torpaq sahəsi İddiaçı3, 0.02351 ha torpaq sahəsi X1, 0.1218 ha torpaq sahəsi İddiaçı2, 0.02351 ha torpaq sahəsi X6, 0.02351 ha torpaq sahəsi X7, 0.01218 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqdtsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri “Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Rublik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı3, X2, İddiaçı2, X8, X9 və İddiaçı1 verilmiş 0,1071 ha həyətyanı torpaq sahəsinin yeri müəyyən edilmişdir. 2.”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********94-10301 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı3, X1, İddiaçı2, X6, X7 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.1071 ha həyətyanı torpaq sahəsindən İddiaçı3 0.1218 ha hissə, İddiaçı2 0.01218 ha hissə və İddiaçı1 0.1218 ha hissə paylarının naturada ayrılması mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 0.1071 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evləri bölündükdən sonra İddiaçı3 0.01218 ha hissə, İddiaçı2 0.1218 ha hissə və İddiaçı1 0.01218 ha hissə paylarının naturuda ayrılması məsələsinə baxıla bilər. Torpaq sahəsinin reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən yerləşmə vəziyyəti, sahəsi, koordinatları və ölçüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş 10/4332 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsindən İddiaçı3 0.01218 ha hissəsinin, İddiaçı2 0.1218 ha hissəsinin və İddiaçı1 0.1218 ha hissəsinin hər birinin ayrı-ayrılıqda paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Rəyin təsviri- əsaslındırıcı hissəsində göstərilmişdir ki, tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol,3 tərəfdən isə qonşu sahələri ilə əhatə olunduğu və həmin torpaq sahəsinin hüdudları daxilində 3 ədəd fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur. Qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə qeyd olunur ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı ,tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olsun. Yuxarıda qeyd olunanları, torpaq sahəsinin yalnız 1 tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evlərinin mövcud olduğunu və bölgü aparılacağı təqdirdə tərəflərin paylarına düşən sahələrin hər birinə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq tədqiq olunan torpaq sahələrindən İddiaçı3 0.01218 ha, İddiaçı2 0.01218 ha hissəsinin və İddiaçı1 0.1218 ha hissəsinin paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022- ci ildə verilmiş, reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı3 , X1, İddiaçı2, X6, X7 və İddiaçı1 ümumi paylı mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0.1071 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.1218 ha hissəsi İddiaçı3,0.02351 ha hissəsi X1, 0.1218 ha hissəsi İddiaçı2, 0.02351 ha hissəsi X6, 0.02351 ha hissəsi X7, 0.01218 ha hissəsi İddiaçı1 mülkiyyətindədir. İddiaçılar sözügedən torpaq sahəsindən öz paylarının naturada ayrılmasını istəmişlər, lakin digər torpaq mülkiyyətçiləri ilə razılıq əldə edə bilmədiklərindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların paylarının naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis -texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələri ilə əhatə olunur və həmin torpaq sahəsinin hüdudları daxilində 3 ədəd fərdi yaşayış evləri mövcuddur.Mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalı olduğundan bölgü zamanı,tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrinə ayrıayrılıqda giriş-çıxış yolu olmalıdır.Torpaq sahəsi yalnız 1 tərəfdən yol ilə əhatə olunduğundan, həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evlərinin mövcud olduğunu və bölgü aparılacağı təqdirdə tərəflərin paylarına düşən sahələrin hər birinə ayrıayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq tədqiq olunan torpaq sahələrindən İddiaçı3 0.01218 ha, İddiaçı2 0.01218 ha hissəsinin və İddiaçı1 0.1218 ha hissəsinin paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsindən İddiaçı3 0.01218 ha hissə , İddiaçı2 0.1218 ha hissə və İddiaçı1 0.1218 ha hissə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində payların naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən dövlət rüsumu olaraq ödənmiş və mütəxəssisə ödənilmiş məhkəmə xərcləri onların özlərinə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində payların naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən dövlət rüsumu olaraq ödənmiş və mütəxəssisə ödənilmiş məhkəmə xərcləri onların özlərinə aid edilsin. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar