Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-36/2023 04.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu İtitala kəndində JN 289A KOD ********* olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsindən və JN-289 nömrəli KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna X17 əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsindən 1/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzləri hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olmuşdur. xx.xx.1999-cu ildə Balakən rayon İtitala kənd sakini Nümayəndə ərə getmiş və rəsmi nikaha daxil olmuşlar. Dövlət tərəfindən islahatlar aparılarkəıı ona və ailə üzvlərinə- atası X4, anası X1, bacıları X5, Cavabdeh2 Balakən rayonu İtitala kəndində JN 289A nömrəli, KOD ********* olan "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsi və JN 289 nömrəli KOD ********* olan "Torpağa Mülkiyyət Hüququna Dair " Dövlət Aktına əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Hal-hazırda payına verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edir. Cavabdehlər Cavabdeh2 və X9 torpaq sahələrinin ona məxsus hissəsinin ayrılmasına etiraz edir. Bununla da onun mülkiyyət və istifadə hüququ pozulmuşdur. Hazırda cavabdehlə aralarında münasibətlər son həddə çatmışdır. Buna görə də göstərilən əmlaklardan payının naturada ayrılmasını istəyir. Lakin cavabdehlər ümumiyyətlə mübahisələndirilən əmlaklardan istifadə etməsinə və paylarının ayrılmasına qəti etiraz edir. Ona görə də mübahisəli torpaq şahələrindən payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-289 KOD-40100038 nömrəli Torpağa Mülkiyyət Hüququna X13 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 2.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-289A KOD-40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd icra nümayəndəliyi tərəfindən 05 oktyabr 1999-cu il tarixdə verilmiş Vİİ-JQ seriyalı 313164 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Nümayəndə ilə X11 arasında nikah Balakən rayon İtitala kənd icra nümayəndəliyində 05 oktyabr 1999-cu il tarixdə 6 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Baliaşvili soyadı verilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-69/2020 saylı qətnaməsi ilə İddiaçı JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə və JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X17 əsasən X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 mart 2023-cü il tarixli, 10/8385 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən rayonu İtitala kəndində yerləşən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətində olan JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X17 əsasən 2.39 ha torpaq sahəsi kənddaxili ərazidə Dövlət Aktının cizgisində 289B/0.11ha, 289Q/0.06ha torpaq sahələri və çöl ərazisində isə 289S/0.88ha, 289N/1.13ha torpaq sahələri işlənilmişdir. Həmin torpaq sahələrinin naturada istifadə qaydası hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülər uyğun olmadığına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır; Balakən rayonu İtitala kəndində yerləşən JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsi cizgilərində göstərilən ərazi ilə JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X19nın 289Q/0.06ha cizgilərində göstərilən sahə ilə üst-üstə düşdüyünə görə və həmin ərazidə tikili və köməkçi tikililər olduğu üçün Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 mart 2023-cü il tarixli, 10/8385 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Baliaşvili (Əliyeva) Gülarə Musa qızı tərəfindən 95 manat mütəxəssis xərci Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-289 KOD-40100038 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı əsasında X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 2.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, həmçinin JN-289A KOD-40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı əsasında X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. X11 və Nümayəndə arasında nikah Balakən rayon İtitala kənd icra nümayəndəliyində 05 oktyabr 1999-cu il tarixdə 6 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Baliaşvili soyadı verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-69/2020 saylı qətnaməsi ilə İddiaçı JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə və JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X17 əsasən X10, X12, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 mart 2023-cü il tarixli, 10/8385 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən Balakən rayonu İtitala kəndində yerləşən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətində olan JN- 289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X17 əsasən 2.39 ha torpaq sahəsi kənddaxili ərazidə Dövlət Aktının cizgisində 289B/0.11ha, 289Q/0.06ha torpaq sahələri və çöl ərazisində isə 289S/0.88ha, 289N/1.13ha torpaq sahələri işlənilmişdir. Həmin torpaq sahələrinin naturada istifadə qaydası hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülər uyğun olmadığına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır; Balakən rayonu İtitala kəndində yerləşən JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsi cizgilərində göstərilən ərazi ilə JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X19nın 289Q/0.06ha cizgilərində göstərilən sahə ilə üst-üstə düşdüyünə görə və həmin ərazidə tikili və köməkçi tikililər olduğu üçün Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması mümkün olmamışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci ödəmişdir, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respukblikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 mart 2023-cü il tarixli, 10/8385 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu İtitala kəndində yerləşən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətində olan JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X17 əsasən 2.39 ha torpaq sahəsinin kənddaxili ərazidə Dövlət Aktının cizgisində 289B/0.11ha, 289Q/0.06ha torpaq sahələri və çöl ərazisində isə 289S/0.88ha, 289N/1.13ha torpaq sahələrinə işlənilməsi, həmin torpaq sahələrinin naturada istifadə qaydasının hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülər uyğun olmamasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması və həmçinin Balakən rayonu İtitala kəndində yerləşən JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X3, X6, Cavabdeh2, Əliyeva (Baliaşvili) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsi cizgilərində göstərilən ərazi ilə JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna X19nın 289Q/0.06ha cizgilərində göstərilən sahə ilə üst-üstə düşdüyü və həmin ərazidə tikili və köməkçi tikililər olduğuna görə Əliyeva (Baliaşvili) Gülarə Musa qızının 1/5 hissə payının naturada ayrılması mümkün deyildir. Belə olan halda İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı Balakən rayonu İtitala kəndində JN 289A KOD ********* olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsindən və JN-289 nömrəli KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna X17 əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsindən 1/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzləri hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair hazırki iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə İddiaçı və onun nümayəndəsi iddiaçının Balakən rayonu İtitala kəndində JN 289A KOD ********* olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsindən və JN-289 nömrəli KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna X17 əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsindən 1/5 hissə paylarının naturada ayrılmasının mümkün olması və iddiasının əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı Balakən rayonu İtitala kəndində JN 289A KOD ********* olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsindən və JN-289 nömrəli KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna X17 əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsindən 1/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzləri hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmiş 95 manat mütəxəssis xərci İddiaçı aid edilməli, İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ödənilmiş 95 manat mütəxəssis xərci İddiaçı aid edilsin. İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-36/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-36/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver