Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-365/2023 21.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində ona dəymiş 72 000 (yetmiş iki min) AZN maddi və 28 000 (iyirmi səkkiz min) AZN mənəvi-cəmi 100 000 (yüz min) AZN ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, onun vəkili Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 və Cavabdeh,onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş üzrə İddiaçı vəkili 13 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 məhkəməyə vəsatət göndərərək ailə üzvü Covid-19 virusuna yoluxduğu səbəbindən xx.xx.2023-cü il tarixədək karantinə alındığını, bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməyinin imkansız olduğunu göstərərək,məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Lakin ərizəyə orada qeyd edilənləri təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi Mülki-Prosessual Məcəllədə imperativ qaydada müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçı, yaxud da onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 74.1-74.2-ci maddələrinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.İddia ərizəsinin imzalanması,işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi,iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi,barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından görünür ki, İddiaçı 14 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi onun tərəfindən deyil, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 tərəfindən imzalanmışdır. Halbuki Nümayəndə1 həmin vaxt onun nümayəndəsi olmamış, iddiaçı ona iddia ərizəsini imzalamaq səlahiyyəti verməmişdir. Nümayəndə1 hal-hazırda belə onun nümayəndəsi deyildir. Nümayəndə1 məhkəmə iclasında vəkil qismində iştirak etməsi üçün order 03 aprel 2023-cü il tarixdə verilmişdir. Beləliklə iş materiallarından görünür ki, İddiaçı məhkəməyə daxil olmuş iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin İddiaçı 390 manat dövlət rüsumu ödəməli olduğu halda həmin məbləği ödəməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçı qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı Şeyxovanaya izah olunur ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-365/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-365/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver