Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-37/2025 17.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payına düşən hissənin naturada bölünməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2525 ha həyətyanı, 0.1924 ha və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıya məxsus ¾ hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2525 ha həyətyanı, 0.1924 ha və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıya məxsus ¾ hissə payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar ünvan 1i ünvanında yaşayırlar. Cavabdeh onun həmkəndlisidir. O hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə mərhum X6 və İddiaçı 0.2525 ha həyətyanı və 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.50 ha torpaq sahəsi iki kontur daxilində 0.1924 və 0.3090 ha torpaq sahələrindən ibarət verilmişdir. X8 29 iyul 2008-ci il tarixdə ölmüş, onun ölümündən sonra iddiaçı ona məxsus torpaq sahəsini öz adına keçirtmiş və həmin torpaq sahələrinin bir hissəsini digər şəxsə satmışdır. Lakin Cavabdeh2 mərhum X3 ona məxsus torpaq sahəsinə dair vəsiyyətnamə tərtib edilməsi əsası ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsinin, çıxarışların ləğv edilməsi və mirasın bölüşdürülməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 20 iyun 2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda cavabdeh İddiaçı ilə cavabdeh X9 arasında bağlanmış AN-1№ 0438554, AN-1№ 0438555, AN-1№ ******* saylı alqı-satqı müqavilələri və həmin torpaq sahəsinə 05 avqust 2014-cü ildə cavabdeh X9 adına Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX №0442600, seriya RX №0442601 və seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi, torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması,İddiaçı torpaq sahələrinə görə aldığı 11000 manat pulun alınıb X11 verilməsi, mərhum X1 miras qalan ünvan 1ində yerləşən 2525,73 kv/m həyətyanı torpaq sahəsi və 0,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid hissəsinin ½ hissəsinə iddiaçı Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış, mərhum X2 miras qalmış əmlaklar isə hər birinə 1/2 hissə olmaqla İddiaçı və Cavabdeh2 arasında bölüşdürülmüşdür. Hazırda iddiaçı ilə cavabdeh arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada bölünməsini və ona sahib olmağını istəyir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.2525 ha həyətyanı torpaq sahəsi,0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-787 KOD40104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki,Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ünvan 1i ərazisindən X6 və İddiaçı 0.50 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilən reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.2525 ha yaşayış məntəqəsinin torpaqlarının ¼ hissəsinə X3, ¼ hissəsinə Cavabdeh2 və 2/4 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.3096 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə X3, ¼ hissəsinə Cavabdeh2 və 2/4 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə X3, ¼ hissəsinə Cavabdeh2 və 2/4 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(019)-1145/2016 nömrəli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi,20 iyun 2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda cavabdeh İddiaçı ilə cavabdeh X9 arasında bağlanmış AN-1 №0438554, AN- 1 №0438555,AN-1 №0438556 saylı alqı-satqı müqaviləsi və həmin torpaq sahəsinə 05 avqust 2014-cü ildə cavabdeh X9 adına Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX №0442600, seriya RX №0442601 və seriya RX №0442602 saylı hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi,torpaq sahələrinin əvvəlki vəziyyətə qaytarılması, İddiaçı torpaq sahələrinə görə aldığı 11000 manat pulun alınıb X11 verilməsi, mərhum X2 miras qalan ünvan 1ində yerləşən 2525,73 kv/m həyətyanı torpaq sahəsi və 0.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid hissəsinin ½ hissəsinə iddiaçı Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir: “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2008ci il tarixdə vəfat etmis-X3 vərəsəsi: BALAKƏN, QAYSA KƏNDİ ünvanında qeydiyyatda olan oğlu- İddiaçıDUR (AZE********, xx.xx.2018- Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1982) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X14 OGLUNA verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.3096 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********XH34401 olan arayışa əsəsən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altnda deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir ki, “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu lsmayılova Gülbahar Əhməd qızı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi: BALAKƏN RAYON,QAYSA kəndi ünvanında qeydiyyatda olan oğlu- İddiaçıDUR (AZE********, xx.xx.2018- Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1982) və o miras əmlakdan tam hissədə irs almışdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X14 OGLUNA verilmis **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.2525 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********5T34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməntin surətində göstərilir ki, “Mən, Balakan regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu lsmayılova Gülbahar Əhməd qızı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2008-ci il tarixdə vəfat etmis-X3 vərəsəsi: BALAKƏN, QAYSA KƏNDİ, ünvanında qeydiyyatda olan oğlu- İddiaçıDUR (AZE********,xx.xx.2018- Balakan, FİN:xxxxxxx, d/t:xx.xx.1982) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin18 Saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X6 verilmis **********79 reyestr nomrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1924 ha olan torpaq sahəsinin məxsus hissəsindən ibarətdir.-Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********Rİ34401 olan arayışa əsəsən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsı tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2525 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus ¾ hissəsinin, 0.1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus ¾ hissəsinin və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus ¾ hissəsinin naturada ayrılmasının mümkün olduğu müəyyən olunur. Bölgü variantları mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdə qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 31008 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə,iddiaçının,onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli və reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən ünvan 1ində yerləşən 0.2525 ha həyətyanı torpaq sahəsinin, 0.3096 ha və 0.1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə X4, ¼ hissəsinə Cavabdeh2 və 2/4 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.Torpaq sahələrinin mərhum X7 aid ¼ hissəsi vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda sözügedən torpaq sahələrinin ¾ hissəsi İddiaçı ¼ hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. Paylı mülkiyyətçilər arasında narazılıq olduğundan İddiaçı sözügedən torpaq sahələrindən öz payının naturada bölünməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrinin İddiaçı ilə Cavabdeh2 aralarında paylarına naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 1720-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Qərardadın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, mübahisəli torpaq sahəsinin tərəflərin paylı mülkiyyətlərində olmasını, torpaq sahələrinin mərhum atası X7 aid ¼ hissəsi də vərəsəlik qaydasında mülkiyyətinə keçdikdən sonra torpaq sahələrinin ¾ hissəsinin İddiaçı,¼ hissəsinin Cavabdeh2 mülkiyyətində olmasını,torpaq sahələrindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olmasını, iddiaçının ¾ hissə payının naturada ayrılmasını tələb etməsini, ekspert rəyinə əsasən torpaq sahələrindən iddiaçının ¾ hissə payının naturada ayrılmasının mümkün olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1i ünvanında yerləşən,Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0.2525 ha həyətyanı torpaq sahəsindən, 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci Cavabdeh2 tutulub İddiaçı verilməlidir. Həmçinin 50 manat ekspertiza xərci Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X10, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətində olan 0.2525 ha həyətyanı torpaq sahəsi , 0,1924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.3090 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ¾ hissə və Cavabdeh2 ¼ hissə paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 10/2625 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünsün; ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh2 alınıb iddiaçı X5 verilsin. 50 manat ekspertiza xərci Cavabdeh2 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X10, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-37/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-37/2025
17.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver